Ekoloji normalaşma. Ekoloji normalaşmanın əsasında çirklkəndirici
maddənin ayrı-ayrı orqanizmlərə deyil, bütövlükdə sistemə təsirinin
öyrənilməsi durmalıdır. Belə halda təbii ətraf mühitə minimal təsir zamanı
optimal bioməhsul alınması ehtimal olunur. Təsir kriteriyası kimi yol veri-
lən ekoloji yüklənmə (YEY) nəzərdə tuitulur, başqa sözlə yüklənmənin elə
səviyyəsi ki, bu zaman ekosistemin normal funksiyalaşması qorunub
saxlanır.
Çirklənmə şəraitində ekosistemin normal funksiyalaşması ilk növbədə
biotransformasiya və detoksikasiya sisteminin qorunmasına şərait yaradır.
Bu zaman qiymətləndirilən kimi aşağıdakı göstəricilər istifadə olunur. Tor-
pağın özünü təmizləmə qabiliyyəti, bitkidə kimyəvi elementin toplanması
dərəcəsi (bioloji udma əmsalı-BUƏ), torpaqda toksikantın miqdarının gös-
təricisi və qatılıq əmsalı (K), çirklənmiş torpaqda inqridientin qatılığının fon
qatılığına nisbətinin bərabərliyi.
Ekoloji normalaşmanın kriteriyası kimi ərazinin ekoloji tutumu, eko-
loji optimal bioməhsuldarlıq, biogeosenozların, aqro- və urbanosenozların
verilən ərazi üçün optimal olan bitki və heyvanat aləmini nəzərə almaqla
bioməhsuldarlığı da götürülə bilər.
Aşağıdakı 2.34 cədvəldə torpağın genetik tipini nəzərə almaqla ağır
metalların miqdarının ekoloji normalaşma şkalası verilir.
157
Cədvəl 2.34
Dostları ilə paylaş: |