Sanitar-gigiyenik normalaşma. Normalaşmanın bu növünün əsasında
maddənin (elementin) yol verilən qatılıq həddi (YVQ) durur. Bu hədd
mühitdə zərərli maddənin elə miqdarını xarakterizə edir ki, o praktiki olaraq
insan sağlamlığına və onun nəsil artırmasına təsir etmir. Həmçinin yol
verilən atılma (YVA) göstəricilərindən də istifadə olunur.
Sanitar-gigiyenik normalaşma 4 əsas göstəricini nəzərə alır: transloka-
siya (çirkləndirici maddənin torpaqdan kök sistemi vasitəsilə bitkilərə keç-
məsi), hava-miqrasiya (çirkləndirici maddənin havaya keçməsi), su-miq-
rasiya (çirkləndirici maddənin suya keçməsi), ümumsanitar (çirkləndirici
maddənin torpağın özünü təmizləmə xassəsinə və onun bioloji aktivliyinə
təsiri).
Nə qədər ki, insan orqanizminə toksikantlar əsasən qida məhsulları ilə
daxil olurlar, sanitar-gigiyenik normalaşmada torpaq-bitki sistemində
pollyutantların miqrasiya yolunu və bitkinin çirkləndirici maddəyə müna-
sibətini nəzərə almaq çox vacibdir.
Torpaq-bitki sistemində çirkləndirici maddənin miqrasiyası bir neçə
faktorla təyin olunur; onlardan əsasları – toksikantın miqrasiya qabiliyyəti
və ona bitkinin münasibəti. Çirkləndirici maddələrin torpaqda miqrasiyası
onun növündən, torpaq örtüyünün xüsusiyyətindən (humuslaşma, qranulo-
metrik və s.), su rejiminin tipindən, temperatur faktorundan asılıdır. Məsə-
lən, qurğuşun torpaqda daha az mütəhərrikdir, nəinki kadmium. Humin tur-
şuları ilə qurğuşunun kompleksləri, kadmiumun anoloji komplekslərindən
150 dəfə möhkəmdir. Qurğuşun və civə çox az dərinliyə (təxminən 10 sm-ə
qədər) miqrasiya edirlər; kadmium, mis və sinkin dərinliyə miqrasiyası daha
güclüdür (onlar 30 sm-ə qədər miqrasiya edirlər).
Analoji nəticələr digər tədqiqatlarda da alınmışdır: 57...74 % qurğuşun
və civə antropogen çirklənmədə 0...10 sm dərinlikdə toplanmış, yalnız 3...8
% 30...40 sm -ə qədər miqrasiya etmişdir.
Ağır metalların bitki orqanlarında miqrasiyası azalma sırasıyla aşa-
ğıdakı kimidir: köklər – gövdə - yarpaqlar - toxumlar - meyvələr – tumur-
cuqlar. Həm də kök toxumalarında ağır metalların miqdarı 500...600 dəfə-
yədək çoxala bilir ki, bu da yeraltı orqanın böyük müdafiə (bufer) imkan-
larını göstərir (cədvəl 2.28.).
Otlar arasında ən çox davamlılıq aşağıdakı ailələrin bitkilərində qeyd
olunur: Gramineae (Taxıllar), Fabaceae (Paxlalılar) və s. Məsələn, Pb-nun
yüksək qatılığı çoban toppuzunda tutulub saxlanılır. Bitkilər Cd həssaslığına
və özündə toplama qabiliyyətinə görə aşağıdakı ardıcıllıqla düzülür: pomi-
dor – yulaf – salat – çəmən otları – kök – redka – lobya – noxud – spanaq.
152
Cədvəl 2.28
Dostları ilə paylaş: |