yaradır. Dioksinlər torpaqda qeyri-adi davamlılığı ilə xarakterizə olunurlar.
148
ġəkil 2.16. Torpaqda ağır metalların dövranı.
Torpağa düşdükdə onlar torpağın üzvi fazasına keçirlər, üzvi maddələrlə
kompleks birləşmələr yaradaraq, əsasən vertikal istiqamətdə torpaqda
miqrasiya edirlər, su hövzələrinə və qida zəncirinə daxil olurlarƏtraf
mühitin dioksinlərlə çirklənməsilə əlaqədar böyük ekoloji təhlükəsi olan
torpaqların müxtəlif məqsədlə istifadəyə yararlı olmasına məhdudiyyətlər
qoyulur. Dioksinlərin 1nq/kq qatılığında çirklənmiş torpaqlar yaşayış üçün
yararsız sayılır; sənaye tikintiləri istifadəsi üçün 0,25 nq/kq qatılığı
yararlıdır, kənd təsərrüfatında istifadəyə 0,01 nq/kq qatılığı uyğun gəlir
(Pols,1988, ABŞ).
Torpağı dioksinlərdən təmizləmək olduqca çətindir. Hələlik, yalnız
onların yaratdığı təhlükənin azaldılmasından söhbət gedə bilər. İlk növbədə
toksikantların mənbəyi olan istehsal texnologiyalarını təmilləşdirmək, müx-
təlif obyektlərdə (suda, torpaqda) onların miqdarının normasına ciddi riayət
etmək, onları parçalayan texnologiyalar işləyib hazırlamaq lazımdır. Artıq
çirklənmiş ərazilərin zəhərliliyini azaltmaq üçün mümkün olan tədbirlər –
infraqırmızı isitmənin köməyilə dioksinlərin termiki emal üsulu ilə parça-
lanması və məhv edilməsi, elektrik pirolozi metodu, ultrabənövşəyi fotoliz
və s.
Dostları ilə paylaş: