Ağır metallarla çirklənmə. Mikroelemtlərin, o cümlədən ağır
metalların biosferdə yaratdəğı problemlərin öyrənilməsinin kifayət qədər
uzun tarıxi olmasına baxmayaraq, problemin öyrənilməsinin müasir
vəziyyəti yalnız səthi xarakter daşıyır. Ağır metalların biosferin müxtəlif
komponentlərində miqdarının səviyyəsi, canlı orqanizmlərin onların
çatışmazlığına və artıq miqdarına reaksiyası, ağır metalların xüsusi analiz
metodları üzrə çoxsaylı faktiki məlumatlar toplanmış və biokimyəvi
rayonlaşma xəritələri tərtib olunmuşdur. Bütün bunlara baxmayaraq,
biosferdə ağır metalların təsir mexanizmi və roluna dair ümumi nəzəriyyə
hələlik yoxdur. Yalnız onu təsdiq etmək olar ki, ağır metallar istisnasız
olaraq bütün canlı orqanizmlərə lazımdır, çünki onlar ağır metalların həm
artıq miqdarına, həm də çatışmazlığına kəskin reaksiya verirlər. Torpaqda
kimyəvi elementlərin normalaşdırılması kifayət qədər çətindir. Bu bir neçə
səbəblərlə izah olunur. Məsələn, normalaşdırmanın vahid metodologiyasının
olmaması, ekosistemin vəziyyəti haqda obyektiv informasiyanın alınmasının
çətinliyi və s. Buna baxmayaraq, toplanmış materiallar torpaq-bitki
sistemində ekoloji vəziyyətin qiymətləndirilməsi üçün əsas ola bilər.
Torpaqda kimyəvi elementlərin miqdarının normalaşması bu və ya
digər elementin qatılığının müəyyən olunmasıdır, hansı ki, torpaq
münbitliyini azaldır, bitkiləri zədələndirir və onlarda həmin elementlərin
müəyyən olunmuş miqdarından az və ya çox olduğunu göstərir.
144
Aparılmış tədqiqatların nəticəsi göstərir ki, ağır metalların torpaq-bitki
sistemində miqrasiyası torpağn tipinə və ağır metalların növünə uyğun
olaraq dəyişir. Buna görə də torpaq-bitki sistemində ağır metalların təsiri
lokal tədqiq olunmalı və qiymətləndirilməlidir. Ağır metallar çirklənmə
miqyasına və bioloji obyektlərə təsirinə görə çirkləndirici maddələr arasında
xüsusi yer tutur. Prinsipcə onların əksəriyyəti canlı orqanizmlərə lazımdır,
lakin biosferdə intensiv atmosfer paylanması və torpaqda qatılığının artması
nəticəsində onlar biota üçün zəhərli olurlar.
Yerli və xarici nəşrlərdə ağır metallar haqqında çoxsaylı informasi-
yalar, xüsusən XX əsrin son onilliklərində, öz əksini tapır.
XX əsrin 90-cı illərində müxtəlif istehsal fəaliyyəti nəticəsində atmos-
ferə ağır metalların daxil olması Şimali Amerika və Avropada: qurğuşun –
370 min ton, mərgümüş - 31,2 min ton, kadmium – 7,6 min ton və s. Ol-
muşdur. Əlvan metallurqiya müəssisələrində 1ton məhsul istehsalı zamanı
40...60 kq qurğuşun, 3 kq-a qədər mərgümüş, 280 qrama qədər civə, 13 qra-
ma yaxın kadmium ətraf mühitə yayılır (cədvəl 2.23).
Dostları ilə paylaş: |