2.5.5. Torpağın antropogen çirklənməsi
TBK-ə neqativ təsirlərin əsas növləri. Torpaq həyat təminatlı sfera
olaraq, daima insanın müxtəlif formalı istehsal fəaliyyəti ilə şərtlənən təsir-
lərə məruz qalır. İnşaat və nəqliyyat məqsədi ilə torpaqların ayrılması, ero-
ziya və deqradasiya, çirklənmə kimi qlobal xarakterli hadisələrdən meydana
çıxır. B.Q.Rozanovun qiymətləndirməsinə əsasən bəşəriyyətin inkişaf tarixi
boyunca dağıntılar və deqradasiyadan zərər çəkmiş torpaqların ümumi sa-
həsi 20 mln.km
2
-ə çatmışdır. Bu rəqəm müasir dünyanın 15mln.km
2
– lik
ümumi əkin
sahəsindən çoxdur. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin
Konfransında qəbul olunmuş ətraf mühit və inkişaf üzrə sənədlərdə qeyd
olunur ki, son dərəcə deqradasiyaya uğramış torpaqların sahəsi 1%, güclü –
15, orta – 46, yüngül – 38%-dir. Bu zaman deqradasiya proseslərinin 56%-i
su eroziyası, 28%-i külək eroziyası, 12%-i kimyəvi deqradasiya, 4%-i fiziki
deqradasiya hesabına baş verir. BMT-nin Baş Assambleyasının Xüsusi XIX
sesiyasında (iyun 1997-ci il) ―XXI əsrin gündəlik məsələləri‖ həyata
keçirilməsi üçün fəaliyyət proqramı qəbul olundu. Müasirliyinə görə seçilən
kəskin ekoloji problemlər arasında torpaqların mühafizəsi və rasional
istifadəsi vəzifəsi də vardır.
Torpaq resurslarının vəziyyətinin pisləşməsi və münbitliyinin azal-
ması milyonlarala insanların yaşama vasitələri üçün təhlükə yaradır. Təcili
olaraq torpaqların ümumdünya deqradasiya proseslərinin qarşısını almaq
üçün əhalinin tələbatını nəzərə almaqla ekosistem yanaşmadan istifadə
etməknlazımdır. Bəşəriyyətin ən çətin vəzifəsi təbii ehtiyatlar bazasının qo-
runmasının və davamlı istifadəsinin təmin olunmasıdır, hansı ki, ərzaq isteh-
salı onlardan asılıdır. Rusiyada və ölkəmizdə müxtəlif təsərrüfat məqsədilə
istifadə olunan torpaqlar qeyri-qənaətbəxş vəziyyətdədir. Bu qeyri-rasional
təbiətdən istifadənin, torpağın və torpaq ehtiyatlarının mühafizəsi işlərinin
xeyli azalmasının nəticəsidir. Şübhəsiz, torpağın pisləşməsində antropogen
faktorlara aparıcı rol düşür (dəmyə və suvarma əkinçiliyin düzgün aparıl-
maması, həddən çox otarma, torpaq-bitki örtüyünün sənaye, kommunal və
irriqasiya inşaatı ilə məhv edilməsi, dağ-mədən işləri, atmosferə texnoloji və
sənaye qəza tullantılarının atılması, çirkab və drenaj sularının atılması və s.).
Nəticədə şimal rayonlarında maral otlaqlarının pisləşməsi, Rusiyanın
mərkəzi rayonlarında dehumifikasiya, torpağın eroziyası və kasıblaması,
cənubda səhralaşma baş verir; torpaqda təhlükəli təbii-texnogen subasma-
ları, sənaye mənşəli toksikantlarla çirklənmə (ağır metallar, neft və neft
məhsulları və b.), torpaqların cadarlaşması və pozulması artır.
XX əsrin son on illiklərində kənd təsərrüfatı istehsalı sferində 20
mln.ha. şum sahələri dövriyyədən çıxmışdır. Torpağa antropogen təsirlərin
və onların nəticələrinin sistemləşdirilməsi diqqətə layiqdir. Hər bir prob-
143
lemli situasiya üçün münasib qərarlar hazırlamalı və realizə olunmalıdır.
Eroziya və defilyasiya, bataqlaşma və duzlaşma mübarizədə zəngin tarixi
təcrübə toplanmışdır, lakin torpaqların ağır metallarla, dioksinlərlə, neft və
neft mıhsulları ilə, pestisidlərlə, radioaktiv elementlər və digər zərərli
maddələrlə çirklənməsi nisbətən ―cavan‖, kifayət qədər spesifik hadisələrdir
və çox hallarda nəticələri əvvəlcədən bəlli olmur. Əlbəttə, söhbət ondan
getmir ki, neqativ təzahür səviyyəsinə görə antropogen təsirlərin biri yaxşı,
digərləri isə pisdir. Əgər öz vaxtında uyğun əks tədbirlər görülməzsə,
onların hər biri təhlükəlidir.
Biosferin canlı komponentlərinə (hüceyrə səviyyəsindən orqanizm
səviyyəsinədək) çirkləndirici maddələrin təsiri kimi təhlükəni də nəzərdən
qaçırmaq olmaz. Onlar ekosistemin trofik zəncirlərində funksional əlaqələri
parçalayaraq, maddələr mübadiləsi və enerji axını proseslərinin təbii mexa-
nizmini pozur. Ətraf mühitdə mineral elementlərin balansınının bərpasını və
çirkləndirici maddələrin emalını təmin edən atmosferdə fotokimyəvi, su və
torpaq mühitində kimyəvi və bioloji proseslər çirkləndirici maddələrin
kəskin artan miqdarının detoksikasiyasının öhdəsindən gələ bilmir. Belə
balansın bərpasının təbii requlyatorları əhəmiyyətli dərəcədə pozulur.
Dostları ilə paylaş: |