174
Radionuklidlərin bitkilərdə toplanması, yerüstü orqanlar vasitəsilə
torpaq-bitki örtüyünə aeral çökmüş radionuklidlərin yerüstü fitokütlədə və
köklərdə- torpaqda radionuklidlərin mənimsənilməsi zamanı tutulub saxlan-
ması nəticəsində olur. Radionuklidlərin aeral daxil olmasının əsas xüsusiy-
yəti onların faktiki olaraq qeyri-selektiv adsorbsiya olmasıdır. Torpağın təbii
sorbent rolu oynadığı zaman radionuklidlərin yerdəyişməsinin torpaq yolu
başqa şəkildə xarakterizə olunur, bitkinin kök sistemi isə radionuklidləri
bitkilərin mineral qidalanmasının qanunauyğunluqları ilə selektiv udur.
Torpaqdan radionuklidlərin bitkilərə daxil olmasının intensivliyini
qiymətləndirmək toplanma əmsalının köməyilə həyata keçirilir (K
t
). Toplan-
ma əmsalı bitkidə toplanan radionuklidlərin miqdarının torpaqda olan miq-
darına nisbətinə bərabərdir. Əgər radionuklidlərin bitkidə torpaqdan ak-
kumulyasiyası bitki külündə olan miqradına görə hesablanırsa, onda uyğun
gələn nisbəti bioloji udma əmsalı adlandırırlar (BUƏ). Bitkilərin praktikada
tez-tez istifadə olunan başqa bir xüsusiyyəti, keçid əmsalı ilə ifadə olunan,
radionuklidləri özündə toplamasıdır. Keçid əmsalı – radionuklidlərin bit-
kilərdə olan qatılığının, adətən (Bk/kq)/(Bk/m
2
) ilə ifadə olunan - torpağın
çirklənmə sıxlığına olan nisbətilə ifadə olunur.
Kənd təsərrüfatı zəncirində, o cümlədən torpaq – bitki sistemində, bir
sıra radionuklidlərin keçid tezliyi bu prosesi müşaiyət edən izotop və ya
qeyri-izotop radionuklid daşıyıcılarının miqdarından asılıdır. Bu hər şeydən
əvvəl iki aparıcı uzunömürlü süni radionuklidlərin –
90
Sr və
137
Cs daşınma-
sına aiddir. Bunların əsas qeyri-izotop daşıyıcıları bioloji vacib olan mak-
roelementlərdir – uyğun olaraq, Ca və K. Gərgin ötürmənin qeydiyyata alın-
ması üçün
90
Sr - Ca və
137
Cs – K ―mikromiqdarlı radionuklidin makro-
miqdarlı daşıyıcıya nisbətinin diskriminasıya əmsalı‖ adlanan termin daxil
edilmişdir (DƏ).
90
Sr – Ca üçün
Torpaq –bitki sistemində bitki akseptor, torpaq isə donordur. Anoloji
nisbət
137
Cs – K cütlüyü üçün də verilir.
90
Sr-nın torpaqdan bitkiyə keçməsi
(Ca –a nisbəti ilə ifadə olunan ) torpaqda mübadilə olunan Ca
2+
kationunun
miqdarından asılıdır və bu halda DƏ –nı Kleçkovski göstəricisi adlandırmaq
təklif olunur.
Havadan bitki örtüyünə düşən radioaktiv hissəciklərin saxlanmasını
bitkinin yerüstü hissəsində toplanan radionuklidlərin miqdarının həmin
ərazinin kənd təsərrüfatı yerlərinə düşən radionuklidlərin miqdarına nisbəti
175
kimi xarakterizə etmək qəbul olunmuşdur. Bitki üzərinə çökən radionuklid
hissəciklərin saxlanması və onların sonradan ayrılması hisəcikləri akkumul-
yasiya edən bitki səthinin sahəsindən; radionuklidlərin düşdüyü və ondan
sonrakı zaman əkin üzərindən keçən küləyin sürətindən; aerozol hissəcik-
lərin ölçüsündən, düşən materialın miqdarından; çökmə zamanı və sonra
havanın nisbi nəmliyindən asılıdır.
Bitkinin kökdən olmayan (aeral) çirklənməsinin rolu radionuklidlərin
torpaqdan toplanması ilə müqayisədə çökmədən sonrakı birinci dövrdə
xüsusilə böyükdür: bu zaman bitkilərdə radioaktiv maddələrin miqdarı ha-
vadan çökmüş və yerüstü fitokütlədə toplanan radionuklidlərin miqdarına
görə tamamilə təyin oluna bilər. Radioaktiv çökmə qurtardıqdan sonra bitki-
lərin radionuklidlərdən təmizlənməsi başlayır (yağışla yuyulma, küləklə
üfürülmə, cazibə gücünün təsirilə aerozol ların ayrılması və b.). Çökmə da-
yandıqdan sonra bitkilərdə radionuklidlərin qatılığının azalması yarımtə-
mizlənmə dövrü ilə qiymətləndirilir (başqa sözlə, yerüstü fitokütlədə radio-
nuklidlərin 50%-nin ayrıldığl müddət). Kənd təsərrüfatı bitkilərində radio-
nuklidlərin çoxunda yarımtəmizlənmə dövrü 7 gündən 17günədək dəyişir
(bu radionuklidlərin fiziki-kimyəvi xassələrindən, aerozol hissəciklərin
ölçüsündən, bitkinin bioloji xüsusiyyətlərindən asılıdır).
Radionuklidlər bitkilərə küləyin qalxması nəticəində və ya yağışla torpaq
səthindən həm qadioaktiv hissəcik kimi, həm də torpağın çirklənmiş
hissəciyi kimi daxil ola bilər. Bu hadisəni bitkinin ikinci radioaktiv çirklən-
məsi adlandırırlar. Bitkilərə daxil olmanın bu yolu torpaqda möhkəm fiksa-
siya olunan və kök sistemi ilə zəif mənimsənilən radionuklidlər üçün xü-
susilə vacibdir. Bitkilərdə radionuklidlərin ümumi miqdarında (başqa sözlə,
radionuklidlərin torpaqdan və aeral çirklənmədən daxil olması ilə şərtlənən)
tozla çirklənmənin nisbi miqdarı radionuklidlərin toplanma əmsalından - Ə
t
asılıdır. Ə
t
nə qədər az olarsa, bitkilərin tozla radioaktiv çirklənməsi bir o
qədər böyük olar. Nüvə sınaqları nəticəsində qlobal yayılmış
90
Sr və
137
Cs
tozla çirklənmə ehtiyatı Rusiya Federasiyasının Qeyri-Qaratorpaq zonasında
80-ci illərdə dənlilər üçün 0,3...1,4% və 3...4% - vegetativ orqanlar üçün,
bu ehtiyat çəmən bitkiləri üçün bir qədər yüksək olmuşdur (6...14%) (
cədvəl
2.41)
.
Bitkilərin radionuklidləri torpaqdan udması faktorlar kompleksindən
asılıdır. Onların arasından 4 əsas qrupu seçmək olar: radionuklidlərin fiziki-
kimyəvi xassəsi, torpağın fiziki-kimyəvi xassəsi, bitkilərin bioloji
xüsusiyyətləri və bitkilərin aqrotexnikası. Radionuklidlərin bitkilər tə-
rəfindən mənimsənilməsi onların sabit izotop analoqlarının akkumulyasiyası
ilə yaxşı uzlaşır.