in orta qatılığı torium – 232-nin orta qatılığından 22,3% aşağıdır (Cədvəl
193
ġəkil 2.22. Kıçık Qafqazın quru çöl zonasının boz-qəhvəyi torpaqlarının
profili boyunca təbii radionuklidlərin paylanması.
Şəkil 2.22-də şabalıdı (boz-qonur) torpaqların misalında Kiçik
Qafqazın quru çöl torpaqlarının profilində təbii radionuklidlərin yerləşməsi
göstərilmişdir. Şəkildən görünür ki, uran – 238-in vertikal paylanmasında
radionuklidin miqdarının iki maksimumu var üst humus və illyuvial üfiqi
qatlarında. Anoloji maksimumlar polonium – 210-nun yerləşməsində də
müşahidə olunur. Radium – 226-nın maksimal miqdarı alt horizontlarda
müşahidə olunur. Torium -232-nin və torium – 228-in torpaq profili
boyunca paylanma xarakteri identikdir, başqa sözlə desək, radionuklidlərin
maksimal toplanması üst 10 sm-də baş verir, torpaq profilinin orta hissəsin-
də miqdar azalır, sonradan dərinlik artdıqca onların qatılığı tədricən azalır.
Kalium–40-ın qatılığı torpaq profili boyunca nisbətən bərabər paylanmışdır.
Kiçik Qafqazın dağ zonası torpaqlarında təbii radionuklidlərin miq-
rasiyası və paylanması çimli dağ-çəmən torpaqlarında öyrənilmişdir. Ra-
dium – 226-nın orta qatılığı bu torpaqlarda 1,4 sBk/q təşkil edir. Bu radio-
nuklidin torpaq profili boyunca paylanmasında iki maksimum müşahidə
194
olunur. Polonium – 210-nun orta qatılığı radium – 226-dan 2 dəfədən çox
artıqdır və 3,2 sBk/q təşkil edir. Onun maksimal toplanması üst çim hori-
zontunda müşahidə olunur, hansı ki, dərinlik artdıqca kəskin azalır. Qeyd
etmək lazımdır ki, polonium – 210-nun qatılığı torpağın üst çim horizon-
tunda radium -226-nın qatılığını 6 dəfə ötür. Polonium -210-nun artıq miq-
darı ilə radium - 226 –nın miqdarı arasında birbaşa əlaqənin olmaması, tor-
pağın çim horizontunda polonium – 210-nun çim qatında toplanmasının at-
mosfer çöküntülərindən yaranması ehtimalını göstərir. Kalium - 40 radio-
nuklidinin orta miqdarı torpaqlarda 28,3 sBk/q təşkil edir, hansı ki, Kiçik
Qafqazın quru çöl torpaqlarında olan kalium – 40-ın orta qatılığından 16,3%
aşağıdır. Kalium -40-ın orta qatılığı təxminən 20 dəfə radium – 226-nın orta
qatılığını üstələyir.
ġəkil 2.23. Müxtlif bölgələrin torpaqlarında ümumi radioaktivliyə
təbii və süni radionuklidlərin payı (%-lə).
A - Kçik Qafqazın quru çöl zonası, Б- Kiçik Qafqazın dağlıq zonası, В –Kür
– Araz düzənliyi, Г -Lənkəran vilayəti, Д – Böyük Qafqaz, Е - Naxçıvan
Muxtar Vilayəti
Çoxsaylı tədqiqatların nəticəsi göstərdi ki, respublika torpaqlarında
təbii radionuklidlərin qatılığı geniş həddə dəyişir və bir-birindən asılı deyil.
Şum və xam torpaqlar arasında təbii radionuklidlərin miqdarına görə aydın
fərqlər görünmür, baxmayaraq ki, ədəbiyyat məlumatlarına görə onların
miqdarı şum qatlarında xam torpaqlara nisbətən daha çoxdur (Kuznetsov,
1986).
195
Məlumdur ki, torpaqda təbii radionuklidlərin qatılığına onun bəzi
aqro¬kimyəvi xassələri təsir edir. Bəzi təbii radionuklidlərin torpağın
aqro¬kim¬yəvi xassələri arasındakı əlaqələrin öyrənilməsi, bu göstəricilər
arasında korrelyativ asılılığın olduğunu göstərir. Belə ki, uran -238-in torpaq
profili boyunca yerləşməsi kalsiumun, mübadilə kaliumunun və mütəhərrik
fosfo¬run yerləşməsilə yaxşı uyğunlaşır (hansı ki, onlar arasında əks
korrelyativ asılılq müəyyənləşdirilib). Əks asılılıq eləcə də torium - 232-nin
qatılığı ilə torpaq profilinin mübadilə kaliumu, kalsium və fosforunun
miqdarı ara-sında qeyd olunmuşdur (Güləliyev,1991).
Respublikanın müxtəlif regionlarının torpaqlarında təbii və süni
radio¬nuklidlərin öyrənilməsinin ümumiləşdirilmiş nəticələri göstərdi ki,
tədqi¬qatın aparıldığı müddətdə torpağın ümumi radioaktivliyində təbii
radionuk¬lidlərin payı daha çoxdur, onların arasında kalium – 40-ın miqdarı
daha çox¬dur (77-dən 90%-dək). Süni radionuklidlər ümumi radioaktivliyin
2 -10%-ni təşkil edirlər (Şəkil 2.23).
Dostları ilə paylaş: