2.6.9. Uran – 238 və torium – 232-nin bitkilərdə toplanması
Müxtəlif kənd təsərrüfatı bitkilərində uran - 238 və torium – 232-nin
toplanmasına görə alınan məlumatların nəticəsi göstərir ki, uran – 238-in
bitkidə toplanması torpağın tipindən asılıdır. Torpağın tipindən asılı olaraq
buğda dənində uran – 238-in qatılığı 4,4 – 9,9 sBk/kq, küləşdə isə 14,1 –
16,0 sBk/kq; arpa dənində isə uran – 238-in qatılığı 1,8 – 2,3 sBk/kq də-
yişmişdir. Uran -238-in toplanma əmsalı buğda dəni üçün (0,94-4,42).10
-3
,
küləş üçün isə - (2,80 – 7,32).10
-3
; uran -238-in arpa dənində toplanma əm-
salı (0,80-3,79).10
-3
, küləş üçün isə -(3,40-7,55).10
-3
olmuşdur.
Qonur torpaqlarda becərilən buğda və arpanın dənində və küləşində
olan uran – 238-in miqdarından dəfələrlə çoxdur, baxmayaraq ki, bu
torpaqların hər ikisində uran -238-in miqdarı və mübadilə olan formaları
demək olar ki, eyni miqdardadır. Uran – 238-in bitkilərdə toplanmasında
belə fərqlər torpaqların fiziki-kimyəvi və aqrokimyəvi xassələrinin müxtəlif-
liyi ilə izah oluna bilər. Bu parametrlər arasında korrelyativ analizin istifa-
dəsi göstərdi ki, torpaqda mübadilə olunan kasiumun miqdarı ilə bitkinin
vegetativ hissələrində toplanan uran – 238-in qatılığı arasında böyük mənfi
korrelyativ asılılıq var. Yüksək mənfi korelyativ asılılıq eləcə də torpaqda
mütəhərrik fosforun miqdarı ilə uran – 238-in buğda və arpanın dənində və
küləşində toplanan qatılığı arasında yüksək mənfi korrelyatı əlaqənin olduğu
müəyyənləşmişdir. Torpaqda mübadilə olunan kaliumun miqdarı ilə buğ-
danın dənində və küləşində olan uran – 238-in qatılığı arasında zəif mənfi
əlaqə müşahidə olunur.
196
Torium – 232-nin bitkilərdə toplanması uran – 238-ə nisbətən az miq-
darda başverir. Bu da onun torpaqda azmütəhərrik olduğunu əks etdirir. To-
riun – 232-nin mütləq qatılığı buğda dənində 1,4 – 5,3 sBk/kq, küləşində 5,9
– 12,9; arpa dənində 1,8 – 5,6 sBk/kq, küləşində 5,5 – 13,3 sBk/kq olur.
Dostları ilə paylaş: |