207
Peyini çevirmək üçün texnika tətbiq etmək; quru və isti iqlimdə burtun
həddən çox nəmlik itirməsinin qarşısını almaq. Kompostlaşmada С bir his-
səsi və 15-25%-ə qədər N itir (Q Koft) əgər peyini həddən çox nəmlı və ya
quru yerə dağıtsaq, о 60% -dən çox N itirir. Kompost-qidalanmaya tələbkar
olan bitkilər üçün ən yaxşı gübrədir (kələm, kartof, qarğıdalı, çuğundur).
İntensiv kompostlaşma prosesində ilkin maddələr tamamılə transformasiya
edilir. Bu vaxt azad olan N
2
yenidən mikroorqanizmlər tərəfindən fıksasiya
olunur. Nəticədə kompastda 95%-dən çox üzvi birləşməlı N olur. Bitki mə-
nimsəməsi üçün о əvvəlcə minerallaşdırılır. Optimal compostlaşmada N it-
gisi çox kiçik olur. Peyin quyuda qıcqırdıqda N ammonium formasında yığı-
lır, hansı ki, bitki tərəfindən birbaşa qəbul olunur, lakin hava ilə birbaşa
kontakt NH
3
-ün böyük itkisinə səbəb olur.
Dostları ilə paylaş: