4. Üzvi əkinçilikdə özünəməxsus incəliklər və üsullar var: bitkilərin
xəstəliklərdən və ziyanvericilərdən mühafizəsinin təbii və effektiv üsulları,
ləklərin planlaşdırılması, növbəli əkinlər və bir çox başqaları.
Torpağı mühafizə edən əkinçiliyin tarixi çox qədimdir və maraqlı və
dramatik anlarla doludur. Qədim Şumerlərdə (XXX əsr b.e.ə.) torpağı
düyünlü çubuqlarla becərirdilər və 200-300 sentner arpa və buğda alırdılar,
indi 50 sentner az qala rekorddur. Sirr isə çox sadədir: qazmağa və şumla-
mağa heç nə yox idi, ona görə də torpağı yalnız yumşaldırdılar. Bu isə necə
ki, indi məlumdur - becərmənin ən optimal üsuludur və qidalanmaq üçün
yalnız sünbül tələb olunurdu: bütün saman tarlada qalırdı və gələn ilədək
gübrəyə çevrilirdi. Sonra düyünlü çubuğu bel əvəz etdi. Xüsusən xam tor-
paqlarda əmək məhsuldarlığı artırdı. Lakin elə bu andan torpaq insan əlin-
dən ―dəhşətləri‖ hiss etməyə başladı. İki yüz ildən çoxdur ki, at kotanı ixtira
olundu, hansı ki, torpağı layla çevirməklə becərirdi. O, çox qısa zamanda
203
geniş ərazidə xam torpaqları mənimsəməyə imkan verdi. Kotan kardinal
olaraq torpağın sakinlərinə təsir göstərildi. Sonradan istifadə olunan traktor
kotanı daha çox məhsuldar oldu, həm də torpağa katastrofik təsir göstərdi.
Onun kəşfindən sonra daha dramatik period başladı: kotanla şumlama za-
manı çevrilən torpaq layında xam torpaq yaradılan çimi itirdi. Torpağın üst
qatı dərinə keçir, alt torpaq qatı üstə çıxır. Çoxsaylı mikroorqanizmlər məhv
olur. Daha çox mənfi təsirə yağış qurdları və digər sakinlər məruz qalır. Su
və torpaq eroziyası güclənir.
Qarşıda duran ekoloji fəlakətin ilk xəbərçiləri, XIX əsrin əvvələrində
geniş miqyasda şumlanmış xam torpaqların intensiv eroziyanın yaranması,
Rusiyanın cənubunda quruntun quraqlaşması və dehumuslaşması oldu.
Torpaqların belə kütləvi şumlanmasının nəticələri V.V. Dokuçayevin
1893-cü ildə yazdığı ―Bizim çöllər keçmişdə və indi‖ kitabında aydın analiz
olunmuşdur. XIX əsrin sonunda J.E. Ovsinskinin ―Əkinçiliyin yeni sistemi‖
Kiyev, 1899. Çoxsaylı təcrübələrin əsasında sübut olunmuşdur ki, torpağı 2
dyümdən (1 dm-2,54 sm) dərin şumlamaq olmaz. 4-5 dyümdən artıq şum
kanal şəbəkələri məhv edir və bununla da köklərin inkişafını çətinləşdirir,
səthi 2 dyümlük şumlama torpağın tez yaxşılaşmasına səbəb olur. Dərin
şumlama üçün kotanlar fabriki bəşəriyyətə mərmilərdən çox ziyan vurdu.
Ovsinski kotan əvəzinə at yastıkəsicisini istifadə etdi və 1895-1897-ci illərin
quraqlığında yaxşı məhsul əldə etdi, bu zaman şumlanmış torpaqlarda
rütubət tamamilə yox idi.
XX əsrin 30-cu illərində ABŞ və Kanadada insan tərəfindən yaradıl-
mış təbii fəlakətlər parlaq dərs verdi. Milyon hektarlarla xam torpaqların
şumlanması külək eroziyasının geniş miqyasda yayılmasına səbəb oldu.
J. Dorst 1968-ci ildə yazdığı ―Təbiət ölənə qədər‖ kitabında ən qor-
xulu ―matəmli gün‖ – 12 may 1934-cü il haqda yazırdı: geniş düzənliklər
Amerikanın tarixində təbii fəlakətə çevrıldı.
Eroziyanın qarşısını almaq üçün Amerika eroziyaya qarşı əkinçilik
sistemləri hazırladı. Adminstrativ orqanlarla birlikdə alimlər fermerlərə yeni
sistemi mənimsətməyə çalışdılar. İndi Kanada və ABŞ-da maşın yastıkəsici-
ləri tamamilə kotanları aradan çıxarıb. Tanınmış rus aqronomları 1995-ci
ildə Kanzas ştatını gəzəndən sonra məlum oldu ki, cavan fermerlər kotan nə
olduğunu bilmir, onların ataları isə kotanla şumlamanı ironiya ilə yada
salırdı. Yastıkəsicilər Avropa, Asiya, Avstraliyada da geniş yayılıb.
60-cı illərdə keçmiş SSRİ-də yeni bir fəlakət yarandı. Qazaxıstanda
xam torpaqların şumlanması qərarından sonra 1954-1962-ci illərdə 42 mil.
hek. torpaq şumlandı. Bu İspaniya və ya Fransanın ərazisinə bərabərdir.
Qərbi Sibirin çöllük tarlalarında fəlakət daha çox yayıldı. 1957-ci ildə A.İ.
204
Barayev Kazaxıstanda əkinçiliyin prinsipial olaraq yeni həllini tapmağı
qərara aldı. Dünyada belə fikir artıq mövcud idi - yastıkəsicilərlə torpağı
becərmək, hansı ki, Barayev 1957-1958- ci illərdə Kanadada tanış olmuşdu.
Əkinçiliyin torpaqmühafizə sistemini yaratmaq üçün Kanada təcrü-
bəsindən istifadə etməyə böyük işlər tələb olnurdu. Burada qabaqcıl Sibir
təcrübələri də böyük rol oynadı (Maltsev T.S. tərəfindən ümumiləşdirilmiş
və cəmləşdirilmiş). İşə Kanada texnikasının sınaqdan keçirilməsi ilə baş-
landı. İlk dəfə ölkədə yastıkəsicilər hazırlandı, geniş təcrübələr aparıldı. Bu
işlər uzun müddət mübahisəyə səbəb oldu. Bir çox alimlər yeni sistemin
perspektivsiz olduğunu söyləyirdilər: əkinlərin alaq otları ilə zibillənməsinin
artması, xəstəliklərin və ziyanvericilərin inkişafı və s. Buna baxmayaraq
mübahisələr müxtəlif aqroüsullarla həll olundu.
Elə bu zamanlarda Poltavsinadan aqronom P.T.Zolotoryev Selino-
qradda eşidilməmişləri söylədi:
-
Dənlilərdən yaxşı məhsul almaq üçün torpağı şumlamaq, kultivasiya
etmək, kipləşdirmək lazım deyil, yalnız səpmək və məhsul yığmaq lazımdır.
Zalda olanlar onu istehza ilə alqışladılar və tribunadan düşürdülər. O,
bunu söyləyə bildi: - Yoldaş akademiklər, nə üçün tarlada alaq otları getdik-
cə çoxalır, lakin xam torpaqlarda biri də yoxdur. Ertəsi gün davakar aq-
ronom məhkəməyə verildi. Lakin işi bağladılar, ona görə ki, ―qeyri adi‖ aq-
ronomun tarlasında məhsuldarlıq xeyli yüksək idi. Prokopiy Tixonoviç tor-
pağı şumlamadı, diskləmədi, deməli burada alaq otları kəsilmir. Hər il on-
ların sayı ketdikcə azalır. Bundan sonra Zolotoryevin səpəninin traktorlara
keçirilməsi məsləhət görüldü.
1965-ci ildə quraqlıq ili oldu, toz burulğunları amansızcasına və geniş
yayıldı. A.İ.Barayevin torpaqmühafizə sisteminin tətbiqi məhsuldarlığı xeyli
artırdı.
1930-cu ilin avqustunda Budapeştə İFOAM-ın baş iclası keçirildi.
Məqsəd ekoloji təmiz məhsul istehsalını dünyada bazar potensialının ümümi
həcminin 10-20%-ə çatdırmaq.
Avstriya, Danimarka, İspaniyada, Fransada alternativ əkinçilik qanun
vericiliklə idarə olunur. Rusiyada alternativ əkinçiliyə diqqət getdikcə artır.
Alternativ əkinçiliyin əsas təbliğatçısı İFOAM-nı dəstəklədiyi Rusiya fer-
merlərinin ALTAQRO assosyasiyasıdır. Omsk vilayətinin Mromtsev rayo-
nunda 16 təsərrüfat pestisidlərin tətbiqini rədd etdilər. Orta məhsuldarlıq
onlarda vilayət üzrə orta məhsuldarlıqdan yüksək idi herbisidsiz 1t dənin
maya dəyəri 1,2-1,5 dəfə az oldu. "Omsk bekonu" təsərrüfatı pestisidlərin
tətbiqini rədd etdi. Krasnodanda bir çox təsərrüfatlar düyü və qreçixa
becərmə texnologiyasında pestisid istifadə etmir. Kuban k/t-da nail olublar.
205
K.A.Timiryazev adına MKTA-da Rusiyada alternativ əkinçilik üzrə çoxdan
elmi tədqiqatlar aparılır bütünlükdə ekoloji təmiz təsərrüfatların 1-2%-dən
çox deyil.
Dostları ilə paylaş: |