2.8.2. Biohumus və onun aqroekoloji qiymətləndirilməsi
Qurdlardan istifadə əsasında alınan preparatlar biohumusdur. Qurdla-
rın becərilməsi əsasında ən qiymətli üzvi gübrələr hazırlanır, onlar da «bio-
humus» adını almışlar. (Bu qurdlar tərəfindən emal olunan məhsulun rek-
lam adıdır).
Biohumus -torpaq ətri verən qəhvəyi-böz rəngli kəltənvari mikro-
qranulyar maddədir.
Biohumusun tərkibində bitkinin qidalanması üçün lazım olan yaxşı
balanslaşmış və yüngül mənimsənilən formada maddələr var. Quru üzvi
maddənin orta miqdarı biohumusda 50 %, humus -18 %, mühitin reak-
siyası, bitki və mikroorqanizmlər üçün əlverişii olan pH 6,8-7,4, ümumi
azotun orta qiyməti 2,2 %, fosfor 2,6%, kalium 2,7 % və s. Bundan başqa
biohumusda praktiki olaraq bütün vacib mikroeleınentlər v.ə bioloji aktiv
maddələr tapılmışdır, hansı ki, tərkibində fermentlər, vitaminlər, hormonlar,
auksinlər, heteroauksinlər və s.
Biohumusun ən yaxşı nümunələrinin 1 q-da bir neçə milyardlar mikro-
orqanizm tapılıb, hansı ki, peyində tapılan mikroorqanizmlərin miqdarını də-
fələrlə örtüb keçir (təxminən, 150...350mln hüceyrə). Biohumus yüksək
frmentatıv aktivliyi ilə tərqlənir, xüsusən də oksidereduktaza fermenti ilə.
Qeyd etmək lazımdır ki, biohumusda olan üzvi maddələr əhəmiyyətli
miqdarda humin turşuları (31,7. . . 41,2%) və fulvioturşularla ( 2 2 , 3 . . .
34,8%) özünü göstərir.
Humin turşuları arasında ə n qiymətli fraksiya Ca humatları (43,3
. . . 47,6%). Vermikompost fulvat-humat tipli humus (C
q.k
:С
f.к.т.
=1,18. . .
1.42) torpağın aqronomik qiymətli strukturunu formalaşdırır. Biohumusda
olan qida elementləri, torpağın mineral komponentləri ilə qarşılıqlı təsirdə
olan, mürəkkəb kompleks birləşmələr formalaşdırır. Buna görə onlar
yuyulmadan mükəmməl qorunur, suda tədricən həll olıır, bitkinin uzun
müddətli qidalanmasını təmin edir ( 2 . . . 3 ildən az olmayaraq). Qorodniy və
211
başqaları (1990) hesab edir ki, 1 t biohumusda 45 k q qida elementləri
(NPK.) olur v ə çox vaxt biohumus öz qidalılıq dərəcəsinə görə üzvi
gübrələri ötüb keçir. Biohumusda qranulların ölçüsündən asılı olaraq
aşağıdakı növlərə ayrılırlar.
Moder (qranul 0,3. . . 0,7 m m ) biohumusun yumşaq fraksiyalandır.
Onu bostan, parnik, istıxana və oranjereya bitkilərinin yemləndirilməsində
istifadə edirlər.
Моr-(qranul 0,7. . . 1mm)-biohumusun ən iri fraksiyasıdır. Bitkiçilikdə,
bostan və bağçılıqda tətbiqi nəzərdə tutulub. Onun əkin cərgələrinə, xəndək
və yuvalara tətbiq edirlər.
Dostları ilə paylaş: |