təsərrüfatına yaxındır. O, şərti olaraq «təbiətə, təbiiliyə yaxın» adlanır və
209
əsasən üzvi-bioloji əkinçiliyə uyğun gəlir. Torpağın vəziyyətinin elmi təhli-
linə əsaslanaraq, hər təsərrüfat üçün üzvi gübrələrin verilməsi haqqında
fərdi
plan hazırlanır. Bütün sintetik preparatlardan (herbisidlərdər başqa) istifadə
olunmağa icazə verilir, lakin məhsulda kimyəvi maddələrin miqdarına ciddi
nəzarət olunmalıdır.
Qeyd etmək lazımdır ki, 1986-cı ildə keçirilən «ikinci yaşıl inqilaba
doğru» Roma simpoziumundan sonra «ikinci yaşıl inqilab» anlayışı mey-
dana gəldi. R.M.Qazıəhmədov və L.Q.Naumova qeyd edirbr ki, bu istiqa-
mətin konsepsiyası aqrosistemə verilən antropogen enerjini azaltmaq və onu
biosistemin «daxili» enerjisi ilə əvəz etməkdən ibarətdir.
Bununla belə, B.M.Mirkina və R.M.Qazıəhmədovım tədqiqatlarına
əsasən kənd təsərrüfatında təbiətdən istifadə sisteminin dəyişməsinə yönəl-
dilən «ikinci yaşıl inqilab» «sosial sifariş» deyildir. Belə ki, «birinci yaşıl
inqilab»ın əksinə olaraq kənd təsərrüfatı istehsalının artmasına yox, əksinə,
azalmasına aparıb çıxara bilər. Hərçənd kənd təsərrüfatının ekologiyalaş-
dırılması «davamlı inkişafın» şərtlərindən biri kimi labüddür (Başkin,
1991).
Dostları ilə paylaş: