2.7.2. Alternativ əkinçiliyin məqsədi və əsas istiqamətləri
Alternativ (bioloji) əkinçiliyi ənənəvi əkinçilikdən dəqiq sərhədləşdir-
mək kifayət qədər mürəkkəbdir.Onlar arasında axıcı keçid mövcuddur. Buna
baxmayaraq alternativ (bioloji) əkinçiliyin məqsədini aşağıdakılara ayırmaq
olar: torpaq münbitliyini saxlamaq və yüksəltmək; təbii ətraf mühiti qoru-
maq; aqroekosistemlərdə enerji axını və maddələr dövranını aktivləşdirmək;
alınan məһsulun maddi - və enerji tutumunu azaltmaq; enerji ehtiyatına qə-
naət etmək; istehsal olunan məhsulun keyfıyyətini artırmaq nəzərdə tutul-
muş məhsulun istehsalı; aqroekosistemlərin davamlılığının təmin olunması.
Üzvi əkinçilik: bu prosesdə mineral gübrələrin və pestisidlərin tətbiqi
azaldılır və ya aradan götürülür. ABŞ-da geniş yayılıb. Üzvi əkinçiliyin tət-
biqi təbii ehtiyat-ların rasional ifadəsini təmin edir; əlverişsiz şəraitdə qarğı-
dalı və soyanın məhsuldarlığının bəzən artmasına səbəb olur; təbii enerjinin
taxıl becərmədə effektiv istifadəsini təmin edir; lakin bu zaman əmək sərfi
artır (12-20%), əmək istehsalı qabiliyyəti 22-95% azalır, məhsuldarlıq aşağı
düşür (taxıl da 43%-ə qədər).
ABŞ-da üzvi əkinçilikdə paxlalı bitkilərin növbəlı əkinləri N-a yüksək
tələbatı olan bitkilərlə əvəz olunur. Torpağı disksiz əkilir, alaq otları ilə
mübarizə növbəlı əkinlərdə olan bitkilərdə eləcə də aralıq bitkilər, cərgəarası
örtük bitkilərin hesabına aparılır.
Zərərvericilərdən bitkilərin entornofaqlar qoruyur: zlatoqlaska, trixo-
qramma, yırtıcı gənələr (fıtoseyuyus), eləcə də biopreparatlar. Belə ki, pər-
dəqanaqlılara qarşı bakterial ştamnı Bacillus thurigiensis işlədilir, hansı kı,
əksər sənaye preparatlarında akltiv komponentdir. Kolorada böcəyinə qarşı
göbələk preparatı boverin işlədilir, tərkibinə Beaveria bassiana göbələyi da-
xildir. Zərər vericinin orqanizminə göbələk düşdükdə boveritsin və tsiklode-
pepsipeptid zəhəri ifiraz edir.
İnsektisidlər-bitgi mənşəlı olanlar; pərdə qanadlılara qarşı istifadə olu-
nur; xəstəliklərə qarşı bitgi tərkibi və zəif zəhərlı pereparatlar tətbiq olunur.
Üzvi əkinçilikdə mineral azot gübrələri yüksək keyfiyyətli üzvi gübrələrlə
(peyin, kompost, yaşıl gübгə) əvəz olunur.
Dostları ilə paylaş: |