verilməsi zamanı torpaqda bu radionuklidlərin suda həll olan və mübadilə
199
malarının payının çoxalmasıdır.
Təbii radionuklidlərin torpaq-bitki sistemində davranışının öyrənil-
məsi: bioloji təhlükəli radionuklidlərin yerləşməsi və miqrasiyası, onların
müxtəlif bitki növlərinə daxil olması, müxtəlif kənd təsərrüfatı bitkilərində
onların toplanmasına mineral gübrələrin təsiri–Azərbaycan Respublikasında
radioekoloji tədqiqatların əsasını qoydu. Aparılmış tədqiqatlar prioritet
xarakterli bir neçə nəticəyə gəlməyə imkan verir:
1. Respublikanın müxtəlif regionlarının torpaqlarında təbii radionuk-
lidlərin öyrənilməsi göstərdi ki, onlar dağınıq xarakter daşıyır. Təbii radio-
nuklidlərin miqdarına görə torpaq tipləri arasında dəqiq fərqlər yoxdur.
2. Mineral gübrələrin optimal və yüksək dozalarda verilməsi zamanı
məhsulun artmasıyla yanaşı, təbii radionuklidlərin dənli sünbüllü və dənli
paxlalı bitkilərin dənində və küləşində toplanması xeyli azalır.
3. Torpaq- bitki sistemində təbii radionuklidlərin hər tərəfli öyrənil-
məsi, xüsusən ətraf mühitin şəraitindən asılı olaraq onların bitkinin müxtəlif
hissələrində lokalizasiyası və məhsulun müxtəlif hissələrində toplanması,
insan orqanizminə onların daxil olma yollarını təyin etməyə imkan verir.
4. Belə tədqiqatların nəticələri təbii radionuklidlərlə ərazinin radio-
aktiv çirklənməsi şəraitində kənd təsərrüfatı istehsalının təşkilində praktiki
tövsiyyələrin hazırlanması üçün yaxşı əsas ola bilər; torpaq-bitki sistemində
radioaktiv maddələrin miqrasiyasının bioloji dövranına radionuklidlərin
daxil olmasının miqdarca qiymətləndirilməsində, eləcə də kənd təsərrüfatı
bitkilərinin radioaktiv çirklənməsinin azaldılmasında praktiki tədbirlər
hazırlamaq üçün alınmış nəticələr istifadə oluna bilər.
Azarbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV. Bakı şə-
həri, 30 dekabr 1997-ci il № 423-İQ. Maddə 15. Təbii radionuklidlərin təsi-
rindən əhalinin təhlükəsizliyinin təmin edilməsi. İşçilərin və əhalinin yaşa-
yış və istehsalat binalarında radon, onun parçalanma məhsulları, habelə di-
gər təbii radionuklidlərin yaratdığı şüalanma normativlərlə müəyyən olun-
muş dozadan artıq olmamalıdır.
Əhali və işçilərin təbii radionuklidlərin təsirindən mühafizəsi məqsədi
ilə aşağıdakı tədbirlər həyata keçirilməlidir: qamma-şüalanmanın və torpaq-
dan ayrılan radonun səviyyəsini nəzərə almaqla binaların və qurğuların tikil-
məsi üçün zərərsiz (təhlükəsiz) torpaq sahələrinin ayrılması; radonun binaya
daxil olmasının qarşısının alınması tədbirləri nəzərə alınmaqla bina və
qurğuların layihələşdirilməsi və tikilməsi; yaşayış binalarının və sənaye
200
(istehsal) qurğularının istismara qəbul edilməsi zamanı binaların daxilindəki
havada radonun, təbii radionuklidlərdən və digər radioaktiv maddələrdən
qamma-şüalanmanın dozasının intensivliyinin nəzərə alınması, tikinti ma-
teriallarında radiasiya təhlükəsizliyi üzrə istehsalat nəzarətinin keçirilməsi;
bina və qurğuların istismarı zamanı otaqlarda radonun və təbii radionuk-
lidlərdə qamma və digər radioaktiv şüalanmanın səviyyəsinin nəzərə alın-
ması. Bina və qurğularda təbii radionuklidlər, qamma-şüalanmanın və rado-
nun miqdarının normativlərə uyğun olmadığı halda bu bina və qurğunun
istifadə məqsədi dəyişdirilir.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinə cavab verməyən
tikinti materialları və məmulatlarından istifadə etmək qadağan edilir. Mad-
də 16. Qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya təhlükəsizli-
yinin təmin edilməsinə tələblər. Ərzaq, qida məhsulları, onlar üçün xam-
mallar, içməli su, onların emalı, istehsalı, saxlanması, daşınması, satışı (pay-
lanması) və istifadəsi zamanı onlarla təmasda olan material və məmulatlar
radiasiya təhlükəsizliyi tələblərinə cavab verməli və bu qanuna uyğun olaraq
istehsalat nəzarətində olmalıdır. Radiasiya təhlükəsizliyi normalarına cavab
verməyən sənaye və ərzaq məhsullarının ölkəyə gətirilməsinə yol verilmir.
Maddə 17. Tibbi rentgen-radioloji proseduralar keçirilən zaman əhalinin
radiasiya təhlukəsizliyinin təmin edilməsi. Əhali (xəstələr) tibbi rentgen-ra-
dioloji müayinədən keçirilən zaman qoruyucu vasitələrdən istifadə olunma-
lıdır. Əhalinin tibbi rentgen-radioloji müayinə zamanı şüalanma dozaları ra-
diasiya təhlükəsizliyi sahəsindəki qayda, norma və normativlərə uyğun ol-
malıdır. Tibbi rentgen-radioloji müayinə və müalicə zamanı xəstənin tələbi
ilə ona gözlənilən və ya aldığı şüalanma dozası və şüalanmanın mümkün nə-
ticəsi barədə tam məlumat verilməlidir. Epidemioloji nöqteyi-nəzərdən təh-
lükəli xəstəliklərin aşkar edilməsi məqsədi ilə aparılan profilaktiki müa-
yinələr, habelə rentgen müayinəsi yeganə diaqnostik vasitə olduğu hallar
istisna olmaqla xəstə tibbi rentgen-radioloji müayinədən imtina edə bilər.
Dostları ilə paylaş: