ĠnkiĢafda olan bitkilərin kəskin γ Ģüalanma zamanı dənli bitkilər üçün
DD
50
orta qiyməti, Qr (Filipas və b., 1992)
Şüalanma
zamanı bit-
kinin inkişaf
fazası
Payızlıq
buğda
Yazlıq
buğda
Payızlıq
çovdar
Yazlıq
çovdar
Yazlıq
və pa-
yızlıq
arpa
Yulaf Çəltik
Cücərti
50
60
35
35
30
45
-
Kollanma
20
35
30
20
20
30
-
Boruya çıxma
8
13
4
4
8
16
75
Sünbülləmə
25
24
20
15
12
10
160
Çiçəkləmə
35
40
35
35
30
35
-
LD
50
və MD
50
eyni bitki növündə 10 və daha çox dəfə fərqlənə bilir.
İonlaşdırıcı şüalanmanın aqrofitosenoza təsiri zamanı şüalanma yalnız
bitkilərin böyümə və inkişafına təsir edən faktorlardan biri olur. Bu şəraitdə
bir neçə ekoloji faktorların (məsələn, qurqlıqda ionlaşdırıcı şüaların bitkilərə
184
öldürücü təsiri daha güclü olur) birgə təsirində additiv, sinergetik və
kompensator effektləri qeyd oluna bilər.
2.6.6. Radioloji əhəmiyyətli təbii radionuklidlərin ən vacib xarak-
teristikaları
Təbiətdə rast gəlinən təbii radionuklidlər üç qrupa bölünür. Birincini –
uran-238, uran 235, torium -232 radioaktiv ailəsinə daxil olan radionuklidlər
təşkil edirlər. Bu radionuklidlər Yerin formalaşmasının kocmogen mərhələ-
sində artıq mövcud idilər. İkinci qrupu da çox yaşayan radionuklidlər: ka-
lium-40, rubidium-87 və b. təşkil edir, hansı ki, yaranması Yerin planetar
mərhələsi ilə əlaqələndirirlər. Üçüncü qrupu kosmik şüalanmaların təsiri al-
tında biosferdə fasiləsiz yaranan radionuklidlər əmələ gətirir, eləcə də nüvə
reaksiyaları nəticəsində: tritium, berillium – 7, karbon -14. əmələ gətirir.
Radiobioloqlar və radioekoloqlar üçün xüsusi maraq kəsb edən radio-
aktiv ailəyə yarımparçalanma dövrü bir neçə min illə ölçülən nisbətən qısa
periodlu qız nuklidlər daxil edilir. U-238-in parçalama məhsulu olan, təbiət-
də geniş yayılmış radium-226, polonium-210 və b. aiddir.
Uran. Təbii uran 3 radioaktiv izotopdan – U-238, U- 235 U- 234
ibarətdir, həm də iki birincilər radioaktiv ailəni yaradanlardır. Radioekoloji
və toksikoloji cəhətdən kimyəvi xassəcə U-238 daha vacibdir (yarımpar-
çalanma dövrü 4,5. 10
9
il),enerjisi 4,18MeV olan α – şüalandırıcıdır; U-235
(yarımparçalanma dövrü 7,1.10
8
il), 4,6 MeV enerjili (8,3%), 4,4 MeV
(61%) və 4,3 MeV (18%) α – şüalandırıcıdır;U – 234 (yarımparçalanma
dövrü 2,3.10
5
il), α – şüalandırıcıdır, maksimal enerjisi 4,7 M eV-dır. İzo-
topların təbii qarışığında U-238- 99,28%, U – 235 -0,71%, U – 234 -0,006%
təşkil edir.
Biosferdə uranın əsas mənbəyi yer qabığıdır. Yer qabığında uranın
orta miqdarı 3.10
-4
% təşkil edir. Uranın müəyyən miqdarı yer səthinə vulka-
nik tullantılardan, uranın çıxarılmasından və emalından daxil olur. 1982-ci
ildə biosferdə U-238-in qlobal texnogen axını fosfor gübrələrnin istifadəsi
hesabına 1.10
14
Bk olmuşdur. Uran-238-in əkinçilik sahələrinin şum qatında
ehtiyatı 1,4.10
17
Bk, yeraltı materik sularında isə 7.10
17
Bk təşkil edir.
Xarici mühitdə uranın 4 və 6 valentli formalarına rast gəlinir. O, su
miqrantları sinfinə aiddir. Təbii sularda uran uranil UO
+2
kimi mövcuddur,
hansı ki, qeyri-üzvi və üzvi turşularla kompleks birləşmələr yaradır. Uranın
yerdəyişməsində onun biogen miqrasiyasının rolu çox əhəmiyyətlidir,
baxmayaraq ki, onun bitkilər tərəfindən mənimsənilməsi zəif və çox zəif
kimi xarakterizə olunur. Uranın-238 hərəkətini təyin edən ən vacib faktor,
onun torpaqda yüksək kütlə qatılığına malik olmasıdır.
Torium. Təbii torium 6 radioaktiv izotopdan ibarətdir, radioloji cəhət-
185
dən isə torium- 232 daha çox maraq doğurur. Yarımparçalanma dövrü
1,41.10
10
il olan uzunömürlü izotopdur, toriumun radioaktiv ailəsinin törədi-
cisidir. O, 3,98MeV (25%) və 4,0 MeV (75%) enerjili α- şüalandırıcıdır.
Torium – 234 (yarımparçalanma dövrü 24,1 gün), 0, 205 MeV (80%) 0, 111
MeV (20%) enerjili β – şüalandırıcıdır. Torium -227 (yarımparçalanma
dövrü 18,9 gün), 6,04 MeV (21%), 5,98 MeV (24%), 5,76 MeV(21%) və
5,72 MeV (14%) enerjili α – şüalandırıcıdır. Torium -231 (yarımparçalanma
dövrü 25,5 saat), 0,30 MeV (44%) və 0,09 MeV (45%) şüalanma enerjili β
– şüalandırıcıdır. Təbii torium əsasən Th – 232 (kütləcə 99,9%) Th – 228
qarışığı ilə yayılmışdır, radioaktiv tarazlıqda sonuncunun miqdarı 1,37.10
-8
%-dir. Th-234, Th – 231 və Th – 227 təbiətdə çox az miqdarda rast gəlininr.
Biosferdə toriumun əsas mənbəyi yer qabığıdır, baxmayaraq ki, vul-
kanik tullantılardan, toriumun çıxarılması və emalından da onun yer səthinə
daxill olması müşahidə olunur. Xarici mühitin, xüsusilə kənd təsərrüfatı
yerlərinin, Th – 232 ilə çirklənmə mənbəyi fosfor gübrələrinin geniş tətbiq
olunmasıdır, burada Th -232-nin miqdarı 1,5–25 Bk/kq dəyişir. 1982-ci ildə
biosferdə Th – 232-nin qlobal texogen axını: qazıntı üzi yanacaqlarının
yanması hesabına 1,6.10
13
Bk, fosfor gübrələrinin istifadəsi nəticəsində
4.10
12
Bk olmuşdur. Əkin sahələrinin şum qatında Th -232 ehtiyatı 1,4.10
17
Bk, yerüstü materik sularında isə 2,2.10
15
Bk təşkil edir.
U- 238-də olduğu kimi Th – 232- nin də hərəkətini təyin edən əsas
faktor onun kütləsinin torpaqda çox olmasıdır. Toriuma təbiətdə yalnız 4
valentli formada rast gəlinir. Oda uran kimi su miqrantları sinfinə aiddir,
lakin onun hərəkətinin əsas növü davamlı mineralların tərkibibndə mexaniki
miqrasiyadır. Torium və uranın biogen miqrasiyası nisbətən yaxındır.
Radium. Təbii radium 4 əsas radioizotopa malikdir, onlardan ən əsası
Ra- 226, (yarımparçalanma dövrü 1622 il, α – şüalandırıcı, 4,777 MeV-
94,3% və 4,589 MeV -5,7%). Ra-226-dan başqa aşağıdakı izotoplarda
müəyyən maraq doğurur: radium-228, yarımparçalanma dövrü6,7 il, 0,012
MeV enerjili β – şüalandırıcıdır. Ra-223, yarımparçalanma dövrü 11,2gün,
5,704 MeV(24%), 5,596 MeV(24%) və 5,730 MeV(9%) enerjili α –
şüalandırıcıdır. Radium – 224, y.p.d.=3,64 gün, 5,681 MeV(95%) və 5,448
MeV (4,6%) enerjili α – şüalandırıcıdır.
Radium qələvi-torpaq elementlərinə aiddir və ikinci qrupun element-
lərinə xas olan bütün xassələrə malikdir. Ra bütün birləşmələrində iki va-
lentlidir. Urana nisbətən radiumun həll olmuş formada miqrasiya qabiliyyəti
azdır. Miqrasiya qabiliyyətinin müxtəlifliyi ilə əlaqədar olaraq, təbii mühit-
də U-238 və Ra-226 arasında radioaktiv tarazlıq az müşahidə olunur.
Təbiətdə Ra – 226 səpələnmiş halda yerləşir, ayrı-ayrı mineralların
tərkibinə daxil deyil, ancaq bir çox formalara birləşmələr kimi geniş
186
yayılmışdır. Yer qabığında Ra – 226-nın orta miqdarı 1.10
-11
%, torpaqda isə
8.10
-11
%-dir. Bu radionuklid mütəhərrik formasının torpaqda daha çox
olması ilə xarakterizə olunurlar.
Torpaqda Ra –226 digər təbii radionuklidlərlə müqayisədə daha çox
miqrasiya etmə xassəsinə malikdir. Bu radionuklid torpaqda mütəhərrik
birləşmələrinin miqdarının daha çox olması ilə xarakterizə olunurlar: suda
həll olan, mübadilə edən və turşuda həll olan formaların cəmi 40%-ə
yaxındır.
Polonium. Təbii polonium uranın radioaktiv ailəsinin üzvlərindən bi-
ridir və həmişə az miqdarda uran filizlərində, uran və radiumun qocalmış
duzlarında tapılır. Onun 7 radioaktiv izotopu var: 6 qısaömürlü və bir Po –
210, y.p.d.=138,4gün. Po –210α - şüalandırıcıdır, onun yer qabında miqdarı
2.10
-14
%-dir. Po 210-nun xammalda və fosfor gübrələrində qatılığı: apatitdə
30Bk/kq, fosforit tozunda 480 Bk/kq, nitroammonium sulfatda 10Bk/kq
təşkil edir. Polonium-210 hava və su miqrantlarıdır. O, uçucu hissəciklərdə
asanlıqla hidroliz və adsorbsiya olunur.
Kalium. Təbiətdə kaliumun üç əsas izotopu var: iki sabit K – 39 və K
- 41, eləcədə bir radioaktiv K–40. K– 40, 1,32 MeV enerjili, y.p.d.=1,28.10
9
il olan, β–şüalandırıcıdır. Təbii qarışıqlarda kalium izotopları cəmi 0,0119%
təşkil edir. Buna baxmayaraq, Yerin istilik rejimində hiss olunan rol
oynayır, çünki digər radioaktiv elementlərlə müqayisədə daha geniş yayılıb.
Kalium -40 parçalandıqda β – hissəcikləri ayıraraq, Ca– 40 sabit izotopuna
çevrilir, özünə elektron birləşdirməklə arqo –40 yaradır. Torpağın şum
qatında (3.10
8
kq/km
2
)
kalium –40 2,7.10
10
–21,610
10
bk/km
2
(0,7-5,8
Kü/km
2
).
Kalium –40 aktivliyinə görə torpaqda, bitkilərdə və digər kənd təsər-
rüfatı istehsalı obyektlərində geniş yayılmış təbii radionuklidlərdən biridir.
Bunu nəzərə alaraq, radionuklidlərin ümumi cəmində kalium – 40 toplan-
masını əks etdirən ―kalium fonu‖ adlanan xüsusi anlayış daxil edilmişdir.
Ətraf mühitin komponentlərinə kalium-40 axını insanın təsərrüfat
fəaliyyəti proseslərində getdikcə artmış, maddələr dövranına əlavə olaraq
6,2.10
16
Bk cəlb olunmuşdur. Kalium gübrələrinin orta normada - 60 kq/ha
tətbiqində, torpağa 1,235.10
6
Bk/ha kalium -40 daxil olur.
Dostları ilə paylaş: |