rativ (toplanmış) radionuklidlər ola bilər. Bitkinin ayrı-ayrı orqanları üçün
xarici mənbə həmin bitkinin digər hissələrində toplanmış radionuklidlər də
lərində ayrı-ayrı bitkilərin radionuklidləri toplaması zamanı) şüalanmaya
aktiv molekullara təsiri ilə başlayır. İlkin radiobioloji proseslər əsasən iki
dozanın gücü, bioloji hüceyrələrdə enerjinin xətti itirilməsi, şüalanmanın
fraksiyalaşması) fiziki xarakteristikadan asılılıq effükti üzrə eksperimental
suyun miqdarı və s.) əsaslanan elementar radiobioloji proseslərin biofiziki
analizi, artıq keçən əsrin 30-cu illərində düşmə - hədəf – gücləndirici nin
olaraq, ionlaşdırıcı şüalanmanın təsiri zamanı bioloji reaksiyaların əsasını
DNT və RNT-nin strukturunu dəyişən mikrolokal hadisələr təşkil edir. Bu
182
zaman gücləndirici prinsipi onunla nəticələnir ki, DNT və RNT-nin struk-
turundakı dəyişikliklər şüalanmış hüceyrələrdə maddələr mübadiləsini
dəyişdirir.
Bitkilərin radio həssaslığının meristem hüceyrələrinin interfazasında
hüceyrə nüvəsinin həcmindən asılılığı konsepsiyası daha geniş yayılmışdır.
Ən ümumi halda onu aşağıdakı kimi formalaşdırmaq olar. Müxtəlif bitki
növləri üçün böyümənin kəskin azalmasına lazım olan şüalanma dozası ilə
nüvənin orta həcmi arasında əks əlaqə qeyd olunur: böyük xromosomlu
bitkilər şüalanmaya daha həssasdırlar, nəinki kiçik xromosomlu bitkilər.
Bitkilərin radiorezistentliyinin bu asılılığı bütün bitki aləmi üçün universal
deyil. O, radiotaksonlarda – filogenetik yaxınlığı ilə xarakterizə olunan bitki
növlərində daha ciddi qorunub saxlanılır.
Bitkilərin şüalanması adlanan bioloji proseslər, bölünən və ixtisaslaş-
mış hüceyrələrdə çoxsaylı mübadilə reaksiyaları ilə bağlıdır. Ali bitkilərin
fərqləndirici cəhəti (məsələn, onurğalı heyvanlarla müqayisədə) ondan iba-
rətdir ki, onlarda orqanogenez embrional dövrlərlə məhdudlaşmır, bütün hə-
yatı ərzində baş verir. Bu bitkilərdə bütün ontogenez ərzində hüceyrə bölün-
məsi qabiliyyətini saxlayan embrional – meristem hüceyrələrinin olduğuna
görə mümkündür. Merisrem hüceyrələrinin radio həssaslığı differensial və
ixtisaslaşmış hüceyrələrdən onlarla və yüzlərlə dəfə yüksəkdir.
Bitkilərdə hüceyrə səviyyəsində radiasiya dəyişkənlikləri mitotik ak-
tivliyin azalmasına, xromosom aberrasiyalaının sayının artmasına və apikal
meristem hüceyrələrinin mitotik dövrünün müddətini dəyişməsinə görə
qiymətləndirilən sitogenetik zədələnmə kimi üzə çıxır. Şüalanmanın təsiri
altında hüceyrə səviyəsində baş verən dəyişkənliklər, sonradan bütöv orqa-
nizm və fitosenoz səviyyəsində özünü göstərir. Şüalanmış fitosenozda daha
radio həssas bitki növlərinin məhvi, bitkilərin sayının və sahə vahidində
fitokütlə ehtiyatının dəyişməsi, normal suksessiya proseslərinin axınının
pozulması və s. qeyd olunur.
Bitkilərin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyası şüalanmanın
dozasından asılıdır. Şüalanmanın udulan dozası radiobiologiyada qreylə
(1Qr = 1coul/kq), əks olunan doza isə rentgenlə (1R = 2,58.10
-4
Kl/kq)
ölçülür. Şüalanmanın bioloji effekti ionlaşdırıcı şüalanmanın intensivliyin-
dən – dozanın gücündən (məsələn, Qr/dəq. ilə ölçülən) asılıdır. İonlaşdırıcı
şüaların müxtəlif növlərinin bioloji effektivliyini nəzərə almaqla udulan
enerjinin vahidi zivert qəbul olunur. 1Zv qreylə qiymətləndirilən udulan do-
za vahidinin NBE - Nisbi Bioloji Effektivliyin Qiymətinə hasili ilə öl-
çülür.
Nisbətən yüksək olmayan doza intervalında (5...10Qr toxumlar və
1...5Qr inkişaf edən bitkilər üçün) ionlaçdırıcı şüalanmanın təsiri zamanı
183
bitkilərin böyümə və inkişaf tempi sürətlənir. Bu hadisə radiostimulyasiya
adlanır. (Cədvəl 2.43)
Dostları ilə paylaş: