2.6.7. Torpaq-bitki sistemində təbii radionuklidlərin davranışı
Radionuklidlər kəşf olunduqdan sonra ətraf mühitin bütün obyektlə
rində
onların geniş axtarışına başlandı. Rusaiyada təbii
radionuklidlərin müxtəlif obyektlərdə miqdarının öyrənilməsinə akademik
V.İ.Vernadskinin təşəbbüsü ilə təxminən 85-90il əvvəl başlandı. Hələ XX
əsrin əvvəllərində təbii suların və mineralların radioaktivliyini öyrənməyə
187
başladı. Sonradan bu işlər akademik A.P.Vinoqradov tərəfindən davam
etdirildi.
İlkin tədqiqatların nəticəsində məlum oldu ki, biosferin radioaktiv-
liyinin mənbəyi ana suxurlarıdır, hansı ki, yer səthində fasiləsiz olaraq baş
verən meteoroloji, hidroloji, geokimyəvi və vulkanik proseslər nəticəsində
yaranır, eləcə də insan fəaliyyəti nəticəsində parçalanır, onun tərkibində
olan təbii radionuklidlər ətrafa paylanır və tədricən biosferdə maddələr
dövranına qoşulur.
Biosferdə daha geniş yayılmış radionuklidlər uran və toriumdur. Həm
uran, həm də toriuma onların hər tərəfə paylanması xarakterikdir. Uran və
torium bütün vulkanik, metamorfik və çöküntü suxurlarında, eləcə də
çaylarıpn, dənizlərin və okeanların sularında tapılır. Uran və toriumun yer
qabığında paylanması və qatılığı xüsusi əhəmiyyət kəsb edir, uran və torium
parçalanma nəticəsində yer qabığında toplanan qurğuşuna və heliuma
çevrilir. Onların parçalanması zamanı daima istilik ayrılır ki, bu da Yerin
istilik rejimində həlledici rol oynayır.
A.P.Vinoqradovun məlumatlarına görə, dağ suxurlarında uran, torium
və radiumun müxtəlif miqdarları toplanır. Uranın, toriumun, radiumun turş,
maqmatik cinslərdəki miqdarı onların çöküntü suxurlarında olan miqdarına
yaxındır, lakin əsas suxurlardakından üstündür.
V.İ.Baranov və S.Q.Tseytlinin tədqiqatları göstyərdi ki, vulkanik cins-
lərdə təbii radionuklidlər metamorfik və çökente suxurlarına nisbətən çox-
dur. Bununla əlaqədar olaraq, vulkanik cinslərdən yaranan torpaqlar daha
radioaktivdir, nəinki çöküntü suxurlarından yarananlar. Anoloji fikirlərə bir
çox başqa tədqiqatçılar da gəlmişlər (Burkser, 1954; Drobkov, 1952). Məhz
bu müəlliflər müəyyənləşdirmişlər ki, vulkanik cinslərdən turşlar (qranitlər)
daha radioaktivdir, nəinki əsas cinslər.
V.İ.Baranov torpaqda təbii radionuklidlərin daha sistematik, istiqa-
mətlənmiş və dərin tədqiqatlarını aparmışdır. Qeyd olunur ki, torpaqda təbii
radionuklidlərin miqdarı torpaq yaradan cinslərdə onların qatılığından və
torpaq əmələ gəlmə nəticəsində ana cinsin dəyişməsindən asılıdır.
Torpaqda uran və toriumun miqdarını təyin edən əsas faktor ana
suxurlarda onların qatılığıdır. Yer qabığında uranın orta miqdarı 4.10
-4
%,
torium demək olar, 2 dəfə çox – 8.10
-4
%-ə qədərdir. Bu radionuklidlər tor-
paqda ana suxurların sovrulması və torpaq əmələ gəlməsi nəticəsində akku-
mulyasiya olunur. Buradan aydın olur ki, torpaqda Smirnov,1976; Rubtsov,
1972 və s.). Uran, məsələn, torpaqda dağ suxurlarında olduğundan 10 dəfə
çoxdur. Bəzən toriumun miqdarı torpaq profilinin mineral hissəsində
geokimyəvi fonu 10-30 dəfə üstələyir (Rubtsov, Pravdina, 1972).
188
V.İ.Vernadski (1934) tərəfindən torpaqda uran və toriumun miqdarı-
nın orta qiyməti verilmişdir, uyğun olaraq: 50,0 və 32,8 Bk/kq. Bu qiymətlər
geokimyəvi fon kimi qəbul olunmuşdur. Rusiya düzənliklərində uran və
toriumun miqdarı geokimyəvi fona yaxındır və uyğun olaraq: 2,2.10
-4
% və
6,0-8,0.10
-4
% (Vinoqradov, 1957).
Yüksək uran tərkibli kristallik cinslərdən yaranan rayonların torpaqla-
rında onun miqdarı xeyli yüksəlir. Müxtəlif tip torpaqlarda toriumun miq-
darı eyni deyil. Azalmasına görə onlar aşağıdakı kimi yerləşirlər: çimli-gilli-
cəli, suvat, qumsal, torflu(Tyuryukanova, Kalugina, 1971).
Qütb Uralının dağ-tundara torpaqları torium-232-nin yüksək miqdarı
ilə xarakterizə olunur. Eyni torpaqlarda uran-238-in miqdarı, torflu-gillicəli
torpaqlar istisna olmaqla, onun yer kürəsində olan orta miqdarından azdır.
Müxtəlif landşaft qurşaqlarının torpaqlarında torium və uranın paylan-
ması torpaq əmələ gəlmə prosesləırinin xarakteri və istiqaməti ilə təyin
olunur (Arxipov və b. 1984; Tauson, 1961).
Ədəbiyyatlarda torpaq profili boyunca paylanmasında müxtəlif fikir-
lərə rast gəlinir. D.M.Rubtsov, E.İ.Pravdina hesab edirlər ki, həm uran, həm
də torium üçün ollivüal tip paylanma xarakterikdir. Digər müəlliflərin təd-
qiqatlarına əsasən, bəzi tip torpaqlar təbii radionuklidlərin paylanmasına
görə özünəməxsus xüsusiyyətləri var. Məsələn, elyuvial torpaqlarda torium
daha yüksək qatılıqdadır. Lakin bir çox tədqiqatçılar hesab edir ki, təbii
radionuklidlər üçün, onların torpağın üst qatında toplanması xarakterikdir
(Vaysberq, 1979; Rathbaum et.st., 1979).
Keçmiş SSRİ-də Boltnevin rəhbərliyi ilə bir qrup müəlliflərin avias-
pektrometrik çəkilişlərlə apardıqları tədqiqatlar nəticəsində təbii radio-
nuklidlərin paylanmasının ərazi rayonlaşdırılması həyata keçirilmişdir.
Müəlliflər təsdiq etdilər və əsaslandırdılar ki, şimaldan cənuba gəldikcə təbii
radionuklidlərin qatılığı artır. Bu da əvvəldən M.T.Yastrebin söylədiyi
fikirlə səsləşir.
Torpağın üst qatında uran və toriumun qatılığı sonuncunun fiziki-
kimyəvi xassələri ilə şərtlənir. Bu radionuklidlərin orta qatılığı torpaqdakı
üzvi maddələrin qatılığından asılıdır. Torpaqda uran və toriumun miqdarı ilə
humus arasında əlaqənin olmasını bir çox müəlliflər qeyd etmişlər (Sultan-
bayeb, Qriqoryev, 1979; Bayeva, Axundova, 1981). Üzvi maddələrin yük-
sək miqdarı ilə fərqlənən torpaqlarda uranın miqdarı tipik qaratorpaqlara
nisbətən 1,5 – 2 yüksəkdir (Yastreb, 1973).
Torpağın humusunda uran-238-in miqdarı onun üst horizontda olan
ümumi miqdarının 32%-i toplanır. Uran-238 –n maksimal miqdarı humin və
189
fulvio turşularla dəmir oksidlərinin pH 5-6 qatılıqlı kolloid məhlullarında
sorbsiya olunur (Landa, 1984). Lakin bəzi torpaqlarda bu qanunauyğunluq
saxlanılmır. Məsələn, çimli-gillicəli torpaqlarda profil boyunca uran-238
bərabər paylanmışdır (Şuktomova, 1981), bəzi açıq-qonur və boz torpaq-
larda humusun orta və az miqdarında uran-238 daha çoxu profilin aşağı
hissəsində toplanmışdır. Beləliklə, uran-238 üçün toplanmanın akkumul-
yativ- elyuvial tipi xarakterikdir.
Torpağa düşən təbii radionuklidlərin miqrasiyası vertikal və horizontal
istiqamətdə onların yenidən paylanmasına səbəb olur, onların bitkilərə,
qrunt sularına və su hövzələrinə daxil olmasını müəyyənləşdirir. Bütün tə-
biətdə torpaqlarda radionuklidlərin miqrasiyası mexanizmi müxtəlifdir.
Onlara daxildir atmosfer yağıntılarının torpaqda filtrasiyası, buxarlanma
nəticəsində nəmliyin səthə kapilliyar axını, temperatur qradientinin təsiri
altında nəmliyin istilik daşınması, torpaq səthi boyunca suyun hərəkəti,
sərbəst və adsorbsiya ionlarının diffuziyası, miqrasiya edən kalloid hissəcik-
lərin qarışması, torpaq canlılarının oyub-qazma fəaliyyəti və nəhayət insanın
təsərrüfat fəaliyyəti.
Uran – 238 və torium – 232-nin davranışının çimli-podzol torpaqların
5 növmüxtəlifliyində, eləcə də meşə və qələviləşmiş qara torpaqlarda tədqiqi
göstərdi ki, uran – 238-in miqdarı torpağın xassəsindən asılı olaraq, 18-39
Bk/kq, torium – 232 isə 13-14 Bk/kq arasında dəyişir (Jiqareva, 1984).
Qərbi Gürcüstanın üzümçülük rayonlarının torpaqlarında radium –
226-nın miqdarı (2,3-12,0).10
-11
%, torium–232–(0,25-9,1).10
-4
% və kalium
– 40 – (2,8-3,2).10
-4
% arasında dəyişmişdir. Göstərilir ki, torpaqda radium
– 226-nın miqdarı onda olan P
2
O
5
və K
2
O miqdarı ilə korrelyativ əlaqədədir.
Torpaqda torium -232-nin miqdarı humus və K
2
O korrelyativ asılılıqda olur,
kalium –40-ın qatılığı isə torpaqda K
2
O-nun qatılığından asılı olaraq tapılır
(Mqeladze, 1984).
Son illər ədəbiyyatda torpaqda radionuklidlərin miqrasiyasının öyrə-
nilməsinə atom energetikasının intensiv inkişafı, eləcə də əkinçiliyin kim-
yalaşmasının xeyli artması ilə əlaqədar daha çox diqqət ayrılır. Bunların hər
ikisi torpaq örtüyündə təbii radionuklidlərin artmasına səbəb olur (Qara-
badjak, 1981; Mel, 1979). Birinci halda yüksək konsentrasiyalı təbii radio-
nuklidlər olan sənaye tullantılarının küləklə ətrafa yayılmasından, ikinci
halda isə fosfor gübrələrdə radionuklidlərin yüksək miqdarının olması ilə
bağlıdır (Gressel, Prichard,1975).
V.S.Mqeladze və b. (1984) tədqiqatlarında qeyd olunur ki, radium –
226-nın miqdarı Qərbi Gürcüstanın əkin torpaqlarında, xam torpaqlara
190
nisbətən 1,3 – 1,5 dəfə çox olmuşdur. Müəlliflər bu faktı fosfor gübrələrinin
verilməsi ilə əlaqələndirirlər.
Çimli-podzol torpaqlarda mineral gübrələrin uzunmüddətli tətbiqi
uranın miqdarını 0,9.10
-4
% -dən 1,3.10
-4
%-dək artırdı. Radium- 226-nın
miqdarı da gübrələrin təsirindən artır, lakin uranın miqdarından az. Toriu-
mun torpaqda miqdarı gübrələrindən verilməsində praktiki olaraq dəyişmir
(Xomiç, Martsul, 1986).
Yuxarıda deyilənləri cəmləşdirərək xüsusi qeyd etmək lazımdır ki,
indiki zamanda mineral gübrələrin ətraf mühiti təbii radionuklidlərlə çirk-
ləndirməsində rolu haqqında biliklərimiz kifayət qədərdir. Bununla yanaşı
olaraq, bəzi tədqiqatçılar hesab edirlər ki, müasir miqyasda onların tətbiqi
ətraf mühitin çirklənməsinin təsirli mənbəyi ola bilməz. Lakin biosferdə
radionuklidlərin miqdarının mineral gübrələrin , xüsusən eroziya-təhlükəli
zonalarda düzgün verilməməsi göstərilən problemə ciddi diqqət ayırmağı
tələb edir.
Təbii radionuklidlərin, xüsusilə uran – 238 və torium – 232-nin bit-
kiyə daxil olma prosesi çox mürəkkəbdir və bir çox faktorların qarşılıqlı
təsirindən asılıdır.
Təbii radionuklidlərin paylanması və miqdarı haqda olan məlumat-
ların əsas hissəsi yabanı bitki növlərinə aiddir. Yalnız son illərdə təbii
radionuklidlərin kənd təsərrüfatı bitkilərində toplanması haqda işlər mey-
dana çıxıb (Proxorov, 1979; Jiqareva, 1984). Müəyyən olunub ki, torpaq-
bitki zəncirində ən çox miqrasiya edən təbii radionuklidlər radium – 226 və
uran – 238-dir, ən az isə torium – 232. Vegetativ orqanlarda və köklərdə
radionuklidlər daha çox toplanır, nəinki bitkidən alınan təmiz məhsulda
(dəndə, kök yumrularında).
Təbii radionuklidlərin bitkiyə keçməsinin ölçüsü onların torpaqdakı
qatılığı ilə ölçülür. Bəzi elmi tədqiqat işlərində göstərilir ki, radium–226,
polonium–210 və torium–232-nin bitkidə qatılığı torpaqda onun miqdarı
artdıqca yüksəlir, lakin bəzi işlərdə bu asılılıq müşahidə olunmur. Belə ki,
İ.Q.Koçanın (1986) işində göstərilir ki, uran-238– in kartofda toplanması,
torpaqda onun ümumi miqdarı artdıqca azalır. Müəllifin göstərdiyi kimi
kartof yumrularında uranın mütləq miqdarı torpaqda radionuklidlərin mütə-
hərrik formasının cəmindən asılıdır. Uran–238-n bitkidə toplanması və onun
torpaqda olan qatılığı arasında əks əlaqənin olması A.P.Makeyev və b.
işlərində də göstərilir.
Uran–238 və torium– 232-nin kənd təsərrüfatı bitkilərində miqdarı
yalnız onun torpaqda olan miqdarı ilə deyil, həm də torpağın tipindən asılı-
191
dır. Torpağın tipindən asılı olaraq toplanma əmsalı 10 dəfədən çox dəyiçə
bilər.
Təbii radionuklidlərin bitkilərdə toplanması torpağın üzvi maddələ-
rinin miqdarı, mühitin pH-ı, mübadilə edən kalsiumun miqdarı və c.kimi
aqrokimyəvi xarakteristikalarından asılıdır. Göstərilən xarakteristikaların
torpaqda artması ilə bitkidə təbii radionuklidlərin qatılığı azalır (Arxipov,
1984). Anoloji nəticələr Y.M.Xodorovski və b. tərəfindən alınmışdır. Qeyd
olunur ki, nisbətən az turşuluqlu və mübadilə edən kalsiumun miqdarı
yüksək olan torpaqlarda bitkilikdə uran – 238-in daha az miqdarı toplanır.
A.P.Makeyevin tədqiqatlarında (1985) uran –238-in qatılığı ilə udul-
ma həcmi, humusun miqdarı və torpağın pH kimi göstəricilər arasında əks
əlaqələrin olduğu müəyyən olunmuşdur (korrelyasiya əmsalları uyğun
olaraq -0,68, -0,63, və -0,54).
Uran – 238 və torium – 232-nin bitkilərdə toplanmasının miqdarı so-
nuncunun növündən asılıdır və 10-100 dəfə dəyişə bilər. Radionuklidlərin
minimal miqdarı bir qayda olaraq, əsas məhsulda tapılır.
Dostları ilə paylaş: |