M ü n d ə r I c a t


  Aqroekosistemlərin davamlılığı



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə244/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   240   241   242   243   244   245   246   247   ...   437
2.11.6.  Aqroekosistemlərin davamlılığı 

Müasir  aqroekosistemlər  -  biotexnosfer  məkanının  formalaşması  və 

inkişafında  haçar  faktorlardan  biridir  və  bəşəriyyətin  həyat  təminatının 

əvəzolunmaz vasitəsidir, buna görə də onlar biosferdə baş verən proseslərdə, 

həm də onun davamlılığının saxlanmasında  mühüm funksional rol oynayır.   

―Ekosistemin  davamlılığı‖  kateqoriyası  əkinçiliyin  müasir  və  pers-

pektiv  sistemlərinin  qiymətləndirilməsi,  aqroekosistemlərin  idarə  olunma-

sında  praktiki  tədbirlərin,  eləcə  də  mövcud  olan  aqroekosistemin  rekons-

truksiyasının  və  yeni  yaradılanın  effektivliyi  üçün  əsaslı  əhəmiyyət  kəsb 

edir.  Təbii  ki,  bu  cür  qiymətləndirmənin  nəticələri  ―davamlılıq‖  anlayışına 

qoyulan mənadan asılıdır, hansı ki, müasir ədəbiyyatda çox fərqli traktovka 

olunur.  

Aqroekosistemlərin əvvəldə verilən təyinatlarına uyğun olaraq demək 

olar ki, bu sistemin zaman və məkanca öz parametrlərini, funksiyalaşma xa-

rakterlərini  keyfiyyətcə  dəyişmədən,  saxlamaq  xassəsidir.  Aqroekosistem 

insanın  təsərrüfat  fəaliyyəti  nəticəsində  yerüstü  ekosistemin  bir  hissəsinin 

transformasiya olunmasıdır. Onun strukturu və funksiyalaşması əlavə mad-

də  (gübrə,  pestisid,  meliorant)  və  enerjinin  verilməsi  hesabına  tənzimlənir. 

Təbii  ekosistemlər  aqroekosistemlərdən  fərqli  olaraq,  qeyri-üzvi  mühitdə 

canlı orqanizmlərin cəmidir, hansı ki, müəyyən məkanda yerləşir, öz araların-

da maddələr və enerji mübadiləsi bağlıdır və özünü tənzimləmə xassəsi var.  




285 

 

Məlum olduğu kimi, sistemin davamlılığını Le Şatelye prinsipi xarak-



terizə  edir.  Keçən  əsrin  əvvəllərinə  qədər  quru  ərazilərin  ekosistemlərinin 

karbonu mənimsəməsi bu prinsipə tabe olurdu, başqa sözlə o zamanlar biota 

insanın ekosistemlərə bütün təsirlərini kompensasiya edirdi və ətraf mühitin 

çirklənməsi  problemi  yaranmamışdı.  Keçən  əsrin  əvvəllərində  quru  ərazi-

lərin  ekosistemləri  nəinki  atmosferdən  karbonun  artıq  miqdarını  uda  bil-

mirdi,  hətta  onlar  ətrafa  sənaye  və  nəqliyyatdan  karbon  tullantıları  atmağa 

başladı, ətraf mühitin çirklənməsini artırdı. Quru ekosistemlərinin strukturu 

əhəmiyyətli dərəcədə pozuldu.  

Sənayeyə  qədərki dövrdə  istifadə  olunan ərazilər bütün  quru  ərazinin 

5%-ni  təşkil  edirdi,  həm  də  insan  onda  istehsal  olunan  məhsulun  20%-ni 

istifadə edirdi. Beləliklə, insan biosferin məhsulunun 1%-dən artığını istifa-

də etmirdi. Bu gün onun payı dəfələrlə artıb. Üzvi maddələrin sintezi və par-

çalanması  prosesi  ekosistemlərdə  çox  böyük  sürətlə  baş  verir  ki,  bu  da 

maddələr  dövranın  qapalılığının  pozulmasında  ətraf  mühitin  tez  dağılması 

təhlükəsi  yaradır.  Məhz  biokimyəvi  dövranın  qapalılığı  hesabına  ekosiste-

min funksiyalaşması mümükün olur və üzvi birləşmələrin parçalanmasından 

yaranan  enerji  əsasında  həyata  keçirilir.  Buna  görə  də  davamlılığın  lazım 

olan  şərti  aqroekosistemə  qida  maddələrinin  axınının  və  bilavasitə 

aqroekosistemdə  yaranan  belə  maddələrin  miqdarının  məhdudlaşdırıl-ma-

sıdır. Üzvi maddələrin sintezi və parçalanması prosesinin məhsuldarlığı eko-

sistemə  kənardan qida maddələrinin  daxil olmasından xeyli artıq  olmalıdır. 

Əgər  axın  bioloji  tələbatın  yarısını  ödəyirsə,  onda  maddələr  dövranının 

davamlı  qapalılığının  saxlanması  mümkün  olmur.  Sistemə  daxil  olan  qida 

maddələrinin  miqdarının  və  ondan  çıxarılan  həyat  fəaliyyəti  məhsullarının 

(ətraf mühitin sabitliyini saxlayan) təsadüfü uyğunluğu davamlı ola bilməz. 

Buna görə də sintez və parçalanmanın intensivliyi kənardan qida maddələ-

rinin  axınından  o  qədər  yüksək  olmalıdır  ki,  maddələrin  qapalı  dövranını 

funksiyalaşdıran biota ətraf mühitin vəziyyətinin istənilən dəyişməsini kom-

pensasiya edə bilsin. Buna görə də, ətraf mühitdə qida maddələrinin ehtiyatı 

və qatılığı yalnız ekosistemin biotası hesabına təyin oluna və saxlanıla bilər.  

Aqroekosistemin  davamlılıq  parametrləi  bunlardır:  torpağın  funksi-

yası,  rejimi  və  xassəsi;  aqrofitosenozun  təşkili  və  məhsuldarlığı;  mikrob 

cəmiyyətlərinin strukturu və təşkili; biogeokimyəvi dövranın intensivliyi və 

balanslaşdırılması.  

Ekosistemin davamlılığının kəmiyyətcə qiymətləndirilməsi üçün təsir 

edən  faktorların  əlaqəsi  (tip,  intensivlik,  müddət,  narahatçılığın  miqdarı  və 

s.),  eləcə  də  ekosistemin  onun  davamlılığına  cavabdeh  olan  əsas  parametr-

lərlə  və  davamlı  vəziyyət  sahələri  (zonaları)  ilə  əlaqəsi  nəzərə  alınır.  Belə 

zonalar birdən bir neçəyədək ola bilər.  



286 

 

Ekosistemin  strukturunun  dəyişməsi  və  ya  onun  parametrlərinin  da-



yanıqsız vəziyyət sahəsinə keçməsi davamlılığın itməsini şərtləndirir. Əgər 

davamlı tarazlığın bir sahəsindən digərinə keçməsi ekosistemin daxili əlaqə- 

lərinin saxlanması ilə  müşaiyət olunursa,  onun möhkəmlik xassəsi üzə çıx- 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin