yişdirilməsi indeksi uyğun praktiki qərarlar üçün maraq doğurur (İ
a.ə.
), aşa-
ğıdakı formula ilə təyin olunur:
İ
a.t.
= rg
m
g
burada: r – antropogen dəyişdirilmənin balla ifadə olunmuş dərəcəsi; g
m
-
tədqiq olunan ərazinin sahəsi, ümumi torpaq sahəsindən %-lə; g – ümumi torpaq
sahəsi.
Antropogen dəyişmənin reqional indeksi (İ
a.r
) aşağıdakı kimi verilir:
n
i
t
a
İ
r
İa
1
.
.
bu zaman
max
.
.
.
t
a
r
a
t
a
r
İ
r
Aqrolandşaftların tarazlıq vəziyyətinə maddələr dövranı və enerji
axımının optimallaşdırılması ilə çatmaq olar. Mühitin geokimyəvi aktivli-
yinin dəyişmə meylinin qiymətləndirilməsi onun mümkün özünütəmizlə-
məsi üçün kifayət qədər reprezentativ göstərici verir. Biogeosenotik proses-
lərin sabitləşməsində torpaq əsas rol oynayır. Torpağın birinci dərəcəli əhə-
miyyəti özünü bərpa xassəsini qoruması və saxlamasıdır. Şübhəsiz ki, antro-
pogen təsirlərə aqrolandşaftların davamlılığı, əhəmiyyətli dərəcədə, texno-
gen mənşəli müxtəlif yüklənmələrə becərilən şum torpaqlarının davamlılıq
dərəcəsindən asılıdır.
M.A.Qlazovskinin məlumtlarına görə aqroekosistemdən zəhərli mad-
dənin çıxma intensivliyi və geokimyəvi çevrilmələrin sürətini tənzim et-
məklə, onların davamlılığını idarə etmək olar. Bu zaman davamlılıq əhəmiy-
yətli ərazinin miqrasiya strukturunun qovşaq həlqələrinə məxsusdur. Bu elə
geokimyəvi sədlərdir ki, onlarda əsasən texnogen maddələrin çıxarılması və
toplanması dərəcəsi asılıdır. Belə ki, ətraf mühitə meşə fitosenozlarının təsi-
rinin kəmiyyətcə qiymətləndirilməsi, biogeokimyəvi baryer kimi onların
rolunun üzə çıxmasına; kənd təsərrüfatı bitkilərinin ziyanvericilərilə müba-
rizədə əhəmiyyətini; təmiz su və oksigen yaratmaq xassəsi; deqradasiya
olunmuş torpaqların bərpasına imkan verir.
Əlbəttə, nəzərdən qaçırmaq olmaz ki, landşaftın davamlılığı birinci
növbədə meteorolojiu və iqlim şəraitindən asılıdır. Bu əlaqədə landşafta
energetik prosesləri müəyyənləşdirən faktorların uçotu xüsusilə vacibdir.
Əsasən landşaftda əsas abiogen və biogen proseslərin enerjisini, eləcə də
texnogen məhsulların geokimyəvi çevrilməsinin istiqaməti və sürətini ra-
diasiya balansı təyin edir. Rütubətlilik rejiminin də əhəmiyyətini qiymətlən-
282
dirməmək olmaz. Yalnız faktorların çoxformalılığını inteqrasiya edən kom-
pleks yanaşma, davamlı və optimal landşaftların yaradılması vəzifəsini
savadlı və konstruktiv həll etməyə imkan verir.
Landşaftların vəziyyəti, davamlılığı və bir çox digər aspektlərinin
xarakteristikası üçün aşağıdakı kompleks qiymətləndirməni tətbiq etmək
lazımdır.
1.
Texnoloji qiymətləndirmə - aqrolandşaftın konkret növ təsərrüfat
fəaliyyəti üçün yaralılıq dərəcəsini təyin edir. Burada, ərazinin ekoloji-
təsərrüfat vəziyyətini və təbii-ehtiyuat potensialını, landşaft haqda kadastr
məlumatlarını, ekspert və proqnoz qiymətləndirməni, digər göstəricilərini
nəzərə almaq məqsədəuyğundur.
2.
Müxtəlif təsirlərdən asılı olaraq, aqrolanşaftın davamlılığının
azalma dərəcjəsini əks etdirən qiymətlər, o cümlədən: biokimyəvi, de-
mekoloji (bioinduksiya metodlarından istifadə etməklə müəyyənləşdirilir).
3.
Aqrolandşaftların dəyişmə dərəcəsini faktiki və ya proqnozlaş-
dırılmış vəziyyətin göstəricilərini, biotik və abiotik tərkib hissənin normativ
göstəricilərilə müqayisə etməklə xarakterizə edən qiymətləndirmə.
Landşaftların formalaşmasının və funksiyalaşmasının xüsusiyyətlərini
sistemli yanaşma prizmasından nəzərə alan, aqrolandşaftların optimal-
laşmasının mümkün olan aşagıdakı ilkin şərtləri təsəvvür olunur.
Dostları ilə paylaş: |