Onlardan biri – fitosenozun strukturunun yenidən qurulmasıdır. Mə-
sələn, ekoloji taxçalarda bitkilərin differensasiyası prinsipinə əsaslanaraq,
ənənəvi monokulturadan polikultur səpinə keşmək olar. Belə tarlalar ener-
getik baxımdan daha sərfəlidir. Onlardan vegetasiya müddəti ərzində bir
neçə dəfə və müxtəlif məhsul almaq olar. Bu zaman məhsuldarlıqla yanaşı
əkinlərin yüksək davamlılığı da təmin olunur.
İkincisi - bitkilərin horizontal rotasiyasını yaratmaqla növbəli əkin-
lərin tətbiqi də perspektivlidir. Bu halda məkanca müxtəlif cinsli aqrofito-
senozlar yaradılır, hansı ki, müxtəlif entomofaqların daimi ehtiyatını yarat-
maq olar.
Üçüncüsü – pozulmuş torpaqların təsərrüfat dövriyyəsinə keçməsi
üçün təbii bərpaedici proses kimi çoxillik meyvə ağaclarının əkilməsi əhə-
miyyətli və rasionaldır. Bu torpağın həyatına daha az qarışmağa, ehtiyatları
qorumağa imkan verir. Nəzərə almaq lazımdır ki, alaq otlarına dözümlülük
təsərrüfat növlərinin heterogen sortlarında daha yüksəkdir. Buna görə də
alaq otlarına qarşı bioloji mübarizədə əsas prinsip ekoloji taxçanın zaman və
məkanca maksimum doldurulması olmalıdır. Fitosenozların uzun müddətli
istifadəsinin konstruksiyalaşmadsı üçün bitkilərin həyat formalarının və
ekotiplərinin seçilməsi zamanı ekoloji mühəndislik metodunun inkişafı
mühüm rol oynayır.
Dostları ilə paylaş: |