2.11.4. Aqrolandşafların struktur – funksional təşkilinin optimallaş-
dırılması – onların məhsuldarlığının və davamlılığının artırılmasının
əsasıdır.
Kənd təsərrüfatı əvvəldən ayrı-ayrı ekoloji prinsiplərin təbii istifa-
dəsinə əsaslanmışdır. Kənd təsərrüfatının elmi əsaslarla formalaşmasında bu
prinsipləri daha düşünülmüş və məqsədyönlü istifadə etməyə başlamışlar.
Lakin indiki zamanda da yalnız autekoloji qanunlar üstünlük təşkil edir,
populyasiya və ekosistem yanaşmaları dəfələrlə az tətbiq olunur. Kənd
təsərrüfatının məqsədli qurulması maksimum bioloji məhsulun alınmasına
yönəlmişdir. Buna uyğun olaraq aqrar istehsal sistemləri inkişaf etdirilir.
Bununla yanaşı aqrar sektorun intensivləşdirilməsi təbii antropogen taraz-
lığın saxlanılmasında ciddi əkslik yaratdı. Belə ki, torpağın başdan-başa
şumlandığı rayonlarda və dəfələrlə kimyəvi maddələrin tətbiqi nəticəsində
entomofaqların və tozlandırıcı həşəratların çatışmazlığı yaranır ki, bu da tə-
bii biosenozların qalması, mədəni bitkilərin məhsuldarlığının formalaşması
üçün təhlükə yaradır.
276
Ekologiyanın yeni nailiyyətləri mövcud olanları təkmilləşdirməyə və
kənd təsərrüfatı istehsalının aparılması üçün yeni metodları hazırlamağa,
aqrolandşaftların sabitləşməsi üçün bitkiçilikdə və heyvandarlıqda əlavə
ehtiyatların yaranmasına imkan verir.
Kənd təsərrüfatının ekologiyalaşdırılmasında əsas şərt – biosenotik
ekosistem prinsiplərinin istifadə olunmasıdır. Tarlada yalnız produsentlərin-
mədəni bitkilərin saxlanması praktikasından daha tam və aktiv təbii tənzim-
ləyici mexanizmlərin istifadəsinə keçmək lazımdır.
İlk növbədə konkret ərazinin landşaft - ekoloji xüsusiyyətlərinin ana-
lizi və uçotu lazımdır. Yaradılan landşaftlar rayonun təbii qanunauyğunluq-
larına uyğun funksiyalaşdırılır.
Aqrolandşaftın landşaft–ekoloji analizi onun morfoloji komponent-
lərinin bilgilərinə (tipoloji kartoqrafiya) və regional fərqlərə (rayonlaşma-
lara), eləcə də çoxsaylı qarşılıqlı əlaqələrin uçotuna (maddələr və enerji ba-
lansına) əsaslanır.
Landşaftın təsərrüfat yüklənməsi onun təbii strukturuna uyğun
planlaşdırılması xüsusilə vacibdir. Əks halda kənd təsərrüfatının potensial
imkanlarına uyğun ixtisaslaşmaması neqativ proseslərin yaranmasına və
inkişafına səbəb olur. Bu proses davamsız təbii tarazlığı olan landşaftlarda
xüsusilə təhlükəlidir.
Antropogen faktorların təsirilə yanaşı, landşaftın inkişafının təbii
tendensiyasını, kənd təsərrüfatı üçün əlverişsiz olan təbii hadisələrin üzə
çıxmasını da nəzərə almaq lazımdır. Sonuncular tədricən təsir edir, lakin iri
miqyaslı olurlar (iqlim dəyişməsi, seysmik, eroziya prosesləri və s.). Elə
təsiri rasional hesab etmək olar ki, o landşaftın yeniləşən ehtiyatlarının geniş
isehsalını təmin esin (torpağın münbitliyinin artırılması, təbii və mədəni
fitosenozların məhsuldarlığının artması və s.). Landşaftların müxtəlifcinsliyi
və dəyişkənliyinin analizi – bütün ladşaft kompleksinin və təbii kompo-
nentlərin ayrılıqda qiymətləndirilməsi çoxmərhələli sistemdir.
Aqroekosistemlərdə ayrı-ayrı biotik komponentlərin dəyişməsi getdiyi
kimi, bütövlükdə sistemin trasformasiyalaşması baş verə bilər. Bu zaman
onun daxili funksiyalaşması və strukturu pozulur.
Aqroekosisemlərin struktur-funksional təşkilini onların biotik kom-
ponentlərinə görə xarakerizə edən inteqral parametrlərin hazırlanması baş
verən və mümkün olan dəyişmələrin baş verməsi üçün olduqca perspek-
tivlidir.
Bu cür xarakteristika müxtəlif kateqoriyalı biotik məhsulun yaranma,
istifadə olunma, dağılma və qalıq toplantılarını (ilkin, ikinci, qalıq, ölü),
eləcə də bioloji dövrana daxil olan maddələrin dövranının bəzi mərhələlərini
əks etdirir.
277
1.
Canlı biokütlənin ehtiyatı (fito-, zoo- və mikrobiokütlə) q/m
2
və ya
t/ha (absalyut quru maddə hesabı ilə). Biokütlə dedikdə, canlı üzvi maddə-
nin ümumi miqdarı başa düşülür. Absolyut göstəricilərdən başqa müxtəlif
qrup orqanizmlərin və ya onların sahə vahidinə düşən müxtəlif qrup orqa-
nizmlərin biokütləsinin nisbəti tətbiq oluna bilər. O cümlədən: bitkilər üçün
(avtotroflar) – sistematik ekoloji qruplar, assimilyasiya və ehtiyat orqanları-
nın yerüstü və yeraltı hissəsi; heterotroflar üçün- sistematik ekoloji qruplar
(trofiklər daxil olmaqla) miqrasiya edən zookütlənin payı; mikroorqanizmlər
üçün – göbələklər, bakteriyalar, aktinomiselər.
2.
Ölü üzvi maddələrin ehtiyatı. Bu qurumuş, ölmüş orqanların, eləcə
də meşə döşənəyi, torpağın torf horizontunda, çöl keçəsində toplanmış
maddələrin miqdarıdır.
3.
Aqroekosistemin üzvi maddələrinin strukturunun ineqral xarakte-
ristikası humus, fitokütlə, zookütlə və biokütlə (mikroorqanizmlər) ehtiyat-
larının nisbəti kimi təsəvvür olunur.
Aqroekosistemlərin vəziyyətinin qiymətləndirilməsində onların funk-
siyalaşma gösəriciləri də nəzərə alınmalıdır. Bu sistemin vəziyyətinin növ-
bələşməsidir və maddələr ehtiyatının və axınlarının intensivliyinin illik döv-
riyyəsinin dəyişməsilə təyin olunur. Ekosistemin funksiyalaşmasının əsa-
sında bioloji dövran durur, aşağıdakı tip sxemlə həyata keçirilir: artan istiqa-
mətdə ilkin məhsulun yaranması, eyni zamanda tənəffüsə sərf olunması baş
verir; azalan isiqamətdə - fitofaqlar, ölüm və destruksiya.
4.
Avtotrof və heterotrof komponentlərin cari funksiyalaşması. Onu
ilkin və ikinci məhsula, eləcə də onların nisbətinə görə qiymətləndirirlər.
Təmiz ilkin məhsul – [q/(m
2
.il); q/(m
2
.gün); t/(ha.il)] - praktiki olaraq
fitosenozun məhsuldarlığına uyğun gələn avtotrof orqanizmlərin məhsuldar-
lığıdır. O, sisemin energetik potensialını təyin edir və senozun il ərzində
yerüstü və yeraltı təbəqəsində yaratdığı üzvi maddələrin (fitokütlənin) miq-
darı ilə xarakterizə olunur. Bu zaman tənəffüsə sərf olunan enerji çıxılır.
Faktiki olaraq bu illik artımdır: İ
a
= Ü
il
– E
t
.
İkinci məhsul heterotrof orqanizmlərin istehsal etdiyi zoo- və fito-
kütləni əhatə edir. Belə qiymətləndirmə müxtəlif qrup konsumentlərin
―xəzinəsini‖ qiymətləndirməyə imkan verir. İlkin məhsulun ikinci məhsula
nisbəti bioloji məhsulun balanslaşmasını əks etdirir.
5.
Töküntü qalıq [q/(m
2
.il), t/(ha.il)] - üzvi maddələrin miqdarıdır,
bikinin hər il ölmüş yerüstü və yeraltı hissələrinin cəmidir.
6.
Həqiqi arım [t/ha.il] - töküntü qalığını çıxmaq şərtilə, illik artım
nəticəsində senozda qalan üzvi maddələrin miqdarıdır.
7.
Üzvi maddələrin yaranması sürəti - ilkin məhsulun canlı fitokütlə
ehtiyatına nisbətidir %. O, çəmən - çöldə ən yüksək, meşədə ən azdır. Bu
278
göstərici nə qədər azdırsa, maddələrin toplanması bir o qədər çoxdur və
onların sonrakı konservasiyası, o çox olduqca proseslərin dinamizmi də
yüksəlir.
8.
Üzvi maddələrin ümumi dövranının sürəti - canlı və ölü üzvi mad-
dələrin ehtiyatının məhsula nisbəti (%-lə). Bu kriteriya üzvi maddələrin eh-
tiyyatının hər bir vahidinin hərəkətliyinin üzə çıxmasına imkan verir. Mə-
sələn, o polyar və iynəyarpaqlı xətlər ən azdır, çəmən-çöldə və səhrada ən
yüksəkdir.
9.
Destruktiv proseslərin sürəti. Yerüsü sistemlərin bioloji dövranın-
da mühüm rol bu proseslərə aiddir. Nəqədər ki, bioloji məhsulun çox hissəsi
otyeyən heyvanların trofik zəncirinə daxil olmadan, müxtəlif destrukniv
agentlərin təsiri altında detrit formasına transformasiya edir. Canlıların
istifadə etdiyi fitokütlənin miqdarı, onun ümumi məhsulunun cəmi bir neçə
faizini təşkil edir, 88-99% ilkin məhsul isə torpağın detrit yarımsisteminə
daxil olur. Destruktiv proseslərin sürətinin göstəricisi kimi hər il daxil olan
ölü kütlənin onun ehtiyatlarına olan nisbəti istifadə olunur (qalıq-döşənək
əmsalı, %).
10.
Əlavə olaraq, əsas göstərici kimi biokimyəvi dövranın dəyişmə-
silə baglı olan (xüsusən texnogenez şəraitində) paramerlər tövsiyyə olunur.
Bu üzvi maddələrdə kimyəvi elementlərin miqdar göstəriciləridir:
a)
kimyəvi elementlərin illik toplanması, kq/ha.il;
b)
kimyəvi elementlərin qalıqla qayıdan illik miqdarı, kq/ha.il;
c)
fitosenozda elementlərin illik saxlanması (kimyəvi elementlərin
toplanması və onların qayıtması arasındakı fərq kimi təyin olunur, kq/ha.il).
Sistemin və onların funksiyalaşmasının əsas göstəricilərinin təyini
onda baş verən daxili proseslərin ilkin məhsulun formalaşmasının və onun
sonrakı istifadəsi və parçalanmasını tədqiq etməyə imkan verir. Abiotik
komponentlərlə qarşılıqlı əlaqə qida elementlərinin dövranı və enerji axınını
şərtləndirir. Ekosistem yanaşmanın istifadəsi güman edir ki, analiz olunan
kənd təsərrüfatı obyekti qarşılıqlı təsir edən komponentlərdən ibarətdir.
Aqroekosistem müəyyən tərkibə, sruktura və rejimə malikdir və insan
tərəfindən requlə olunur. Ona nəzarət olmadıqda aqroekosistemlər tədricən
öz xassələrini itirirlər. Təbii ki, aqroekosistemin struktur və funksiyalaşması
haqda bilgiyə malik olmadan, balans-maddə-enerji səviyyəsində onu idarə
etmək üçün heç bir ölçü götürmək olmaz, onlar lazımsız və hətta zərərli ola
bilər. Ekosistemin funksiyalarını aşağıdakı istiqamətdə analiz etmək məq-
sədəuyğundur: enerji axını; qida zənciri və şəbəkələri; məkan müxtəlifliyi-
nin strukturu; qida elementlərinin biogeokimyəvi dövranı; inkişaf və təka-
mül.
Aqroekosistem – müəyyən texnoloji və sosial faktorların təsiri altında
279
dəyişən təbii sistemdir. Onun yaradılması ilk növbədə iqtisadi məqsəd daşı-
yır - kənd təsərrüfatı məhsullarının davamlı istehsalı. Bu zaman iqtisadi ma-
raqların ekoloji tələbatlarla harmonik birləşməsi lazımdır. Mahiyyətcə, kənd
təsərrüfatının idarə olunması aqroekosistemlərin idarə olunmasına bənzəyir.
İstənilən aqroekosistemdə əsas təşkilati başlanğıc istehsal və istehlak
arasında qarşılıqlı əlaqədir. Daxili tənzimləyici mexanizmlər aqroekosistem-
lərdə də təbii sistemlərdə olduğu kimidir. Buna görə də aqroekosistemlərdə
özünütəşkiletmə prosesinin saxlanmasında, xarici tənzimlənməyə maddə-
enerji itkisini azaldır. Trofik səviyyədə qarşılıqlı təsir qida zəncirinə təsir
emək vasitəsilə qaydaya salına bilər. Bu zaman əsas diqqəti fizioloji aspekt-
lərə yönəltmək lazımdır: böyümə və inkişaf; enerji daşınması, qida maddələ-
rinin dövranı, eləcə də populyasiyanın doğum və ölüm hallarının tənzimlən-
məsi.
Aqroekosistemin məhsuldarlığının və davamlılığının yüksəldilməsinə
yönəlmiş məhsuldarlıq proseslərinin tənzimlənməsi-birinci dərəcəli əhəmiy-
yətli vəzifədir. Ekoloji əsaslarla kənd təsərrüfaının intensivləşdirilməsi–
çoxplanlı prosesdir. Bu vəziyyət prinsipcə müxtəlif və qarşılıqlı tamamlayıcı
bir neçə yanaşmaların tətbiq imkanlarını əvvəldən təyin edir.
Dostları ilə paylaş: |