M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə281/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   ...   437
3.3.

 

Torpağın su eroziyasının aqroekoloji nəticələri 

Eroziya nəticəsində torpağın münbitliyi azalır, çay  yataqlarının inten-

siv  lilləşməsi  baş  verir,  biogen  elementlərlə  şirklənmə  nəticəsində  suyun 

keyfiyyəti  pisləşir,  təsərrüfat  isə  eroziyaya  uğramış  torpaqlardan  kifayət 

qədər məhsul toplaya bilmir.  

V.V.Dokuçayevin  ekspedisiyaları  zamanı  qara  torpaqlarda  humsun 

miqdar  7–10% idi, böyük ərazilərdə onun miqdarı 13%-ə çatırdı. İndi belə 

torpaqların sahəsi çox azalmışdır, tərkibində humusun miqdarı 10-13% olan 

torpaqlar isə praktiki olaraq qalmamışdır. 4-10% humus tərkibli totpaqların 

sahəsi  kəskin  artdı,  2-4%  humus  tərkibli  torpaqlar  isə  durmadan  artır. 

Torpaqlarda  100  il  ərzində  humusun  itkisi  onun  ilkin  ehtiyatının  orta  he-

sabla 25-30%-ni təşkil edir. Qədimdən şumlanan ərazilərdə isə torpağın üzvi 

maddələrinin  miqdarı  iki  dəfə  azalmışdır.  Su  eroziyasının  dağıdıcı  təsirinə 

məruz  qalmış  torpaqlarda  üzvi  maddələrin  itkisi  ildə  1  t/ha  artır.  Eroziya 

nəticəsində  zəif  yuyulmuş  qara  torpaqlarda  humus  horizontunun  qalınlığı 

orta  hesabla  12-15  sm,  orta  yuyulmuşda  –  30-37  sm,  güclü  yuyulmuş  qara 

torpaqlarda – 43-55 sm azalır; humus itkisi zəif yuyulmuş qara torpaqlarda – 

68 t/ha, orta yuyulmuşlarda – 185 və güclü yuylmuşlarda 270 t/ha-ya çatır.  

Çöl  və  quru-çöl  zonalarda  torpaq  qatının  eroziyadan  5  sm  azalma-

sında,  cənub  qaratorpaqlarında  22,5  t/ha  humus,  1,2  t/ha  azot,  0,75  t/ha 

fosfor  və  7,8  t/ha  kalium  itirilir.  Yaxşı  inkişaf  etmiş  torpağın  5  sm  yuyul-

ması 2-3 s/ha buğda məsulunun azalmasına bərabərdir.   

Eroziyaya  uğramış  torpaqların  məhsuldarlığı  profil  boyunca  torpağın 

münbitliyinin paylanması ilə sıx qarşılıqlı əlaqədədir.  Podzol, çimli-podzol, 

qonur  və  podzol-sarı  torpaqların  məhsuldarlığı  xüsusilə  kəskin  azalır.  Bu 

torpaqların məhsuldarlığı, əsasən, akkumulyativ horizontun istehsal gücü ilə 

 təyin olunur.  

Yuyulmuş  torpaqların  münbitliyinin  sabitləşdirilməsində  aparıcı  rol 

üzvi gübrələrə məxsusdur, hansı ki, ona tələbat növbəli əkində humusun de- 



327 

 

fisitsiz balansına (D



b

, t/ha)  görə hesablanır:   

                      

D

b



= M

p

 . K



o

 . K


q

 . K


у

 – (H . K

m

 . γ +İ


n

),                      (3.9)  

burada,  M

p

  -  planlaşdırılan  məhsuldarlıq,  t/ha;  К



о

  -  biçin-kök  qalıq-

larının  toplanma  əmsalı  (cədvəl  3.8);  К

q

-  quru  madənin  və  onun  humus-



laşmasının  toplanma  əmsalı  (cədvəl  3.9);  К

у

-  müxtəlif  yuyulma  dərəcəli 



torpaqlarda  məhsuldarlığın  azalma  əmsalı  (cədvəl  3.10-3.11);  З-  torpağın 

şum qatında humus ehtiyatı, t/ha; К

m

- humusun minerallaşma əmsalı (cədvəl 



3.12); γ-torpaq mühafizə işlərinin tətbiqi nəticəsində humus itkisinin azalma 

əmsalı: γ = 0,8 –yastı kəsici şumlamada, γ = 0,77- ən az şumlamada,  γ = 1– 

çevirmə  şumunda;    İ

h

-  torpaq  eroziyasından  humusun  illik  itkisi  və  bu 



formula ilə müəyyən olunur:  

                                



F

Q

E

T

T

İ

s

l

h



)



(

я

,                             ( 3.10) 



Burada, T

ə

 və T



l

 -(3.1) və (3.2) formulu ilə təyin olunan, uyğun plaraq, 

ərinti  və  leysan  yağışı  sularından  torpağın  yuyulması,  t/ha;  E

s

  -  eroziyaya 



uğramış torpaqların  sahəsi,  ha;   Q-şum  qatında humusu miqdarı, (%);  F  -  

işçi ərazinin sahəsi, ha. 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin