339
2-ci: Co, Ni, Mo, Cu, Sb, Cr;
3-cü: Ba, V, W, Mn, Sr.
Canlı orqanizmlər üçün ağır metalların zəhərliliyi həm elementin özü-
nün xassəsi və qatılıq səviyyəsi, həm də onların miqrasiya qabiliyyəti, eləcə
də, orqan və toxumalarda toplanma dərəcəsi kimi təyin olunur.
Ərazinin ekoloji situasiyasının miqdarca qiymətləndirilməsində mikto
-
və makrogöstəricilər sistemi istifadə olunmalıdır. Mikrogöstəricilər – tor-
paqda zərərli maddələrin yol verilən qatılığının (YVQ) qiymətidir. Makro-
göstəriciləri əhalinin sağlamlığının vəziyyəti xarakterizə edir. Torpaqda zə-
rərli maddələrin YVQ QOST17.4.1.03-84 – bu torpağı çirkləndirən mad-
dənin ətraf mühitə və insan sağlamlığına təsirinin sonrakı nəticələri də daxil
olmaqla, birbaşa və ya dolayısı ilə təsir göstərməyən maksimal kütlə
payıdır.
Torpaqda kimyəvi maddələrin təyin olunma metodikasında torpaqla
əlaqədə olan mühitdə (bitkilərdə, suda, havada) onların elə qatılığı qəbul
olunur ki, insan sağlamlığı üçün təhlükə yaratmasın və torpağın ümumi-
sanitar vəziyyətinə mənfi təsir göstərməsin. Bu məqsədlə də YVQ aşağıdakı
göstəriciləri-növmüxtəlifliyi istifadə olunur:
● ümumi-sanitar, çirkləndiricinin torpağın öz-özünü təmizləmə xassə-
sini və bu prosesi dəyişdirməyən mikrobiosenozların miqdarını xarakterizə
edir; bu göstərici üzrə giriş qatılığı – torpaqda maddənin (mq/kq) maksimal
miqdarıdır, hansı ki, 5-7-ci sutkada mikroorqanizmlərin (bakteriyalar, ak-
tinomisetlər, göbələklər) ümumi sayında 50%-dən, eləcə də nəzarət nümu-
nəyə nisbətən torpağın fermentativ aktivliyində 25%-dən çox dəyişiklik
yaratmır;
● translokasiya – torpağın şum qatından kök sistemi vasitəsilə mad-
dənin daxil olması və yaşıl kütlə və meyvələrdə elə qatılıqda toplanmasıdır
ki, həmin maddənin ərzaq məhsullarında YVQ həddini keçməsin;
● hava-miqrasiya – torpağın şum qatı səthindən atmosfer havasına
keçən maddənin elə qatılıq miqdarıdır ki, həmin maddənin atmosfer havası
qçqn orta sutkalıq YVQ həddini keçməsin;
● su-miqrasiya – torpağın şum qatından yerüstü su mənbələrinə keçən
çirkləndirici madənin elə qatılığını xarakterizə edir ki, yerüstü su obyektləri
üçün həmin maddənin YVQ həddini keçməsin;
● sanitar-toksikoloji – torpaqda maddənin elə qatılığını xarakterizə
edir ki, onun istiqanlılara (insana) torpaqla, su-hava ilə əlaqədə olanda, ər-
zaq məhsullarından daxil olan miqdarının cəmi əhalinin sağlamlığına mənfi
təsir göstərməsin;
● orqanoleptik; qiriş qatılığı – torpaqda kimyəvi maddənin maksimal
miqdarıdır, hansı ki, bitki mənşəli məhsulların qidalılıq dəyərinə və orqa-
340
noleptik xassəsinə təsir göstərmir;
Torpaqda kimyəvi maddənin təxmini (TYQ) və ya müvəqqəti (MYQ,
mq/kq) yol verilən qatılığı bu formula ilə təyin olunur:
TYQ = 1,23 + 0,48 . 1gYVQ
n
, (3.13)
Burada, YVQ
n
– bitkidə çirkləndirici maddənin yol verilən qatılığıdır.
YVQ-ın bütün qiymətlərindən ən kiçiyi seçilir, hansı ki, torpaqda
çirkləndirici maddənin vahid YVQ –nı təyin edən əsas (baza)qiyməti kimi
götürülür.
Dostları ilə paylaş: