M ü n d ə r I c a t


Bərk məişət tullantıları (BMT) üçün poliqonun tutumunun



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə362/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   358   359   360   361   362   363   364   365   ...   437
4.9. Bərk məişət tullantıları (BMT) üçün poliqonun tutumunun 

hesablanması 

 

Tullantıların  emal  metodundan  asılı  olmayaraq,  ənənəvi  olaraq  bərk 

məişət tullantıları (BMT) zibilliklərinin (poliqonların) köməyilə ləğv olunur. 

Əldə olan qiymətləndirməyə görə, hətta ən müasir texnologiyalarda tullantı-

ların poliqonlarda yerləşdirilməsi digər üsullardan 65% ucuz başa gəlir. 

Tullantıların  yerləşdirilməsi  dedikdə  onların  saxlanması  və  basdırıl-

ması başa düşülür. 

Saxlanma (qablaşdırılma) - onların xüsusi təchiz olunmuş toplayıcılar-

da  müvəqqəti  neytrallaşdırılmasını,  yəni  ətraf  mühitə  tullantıların  neqativ 

təsirini  azaltmağa  yönəlmiş  tədbirləri  əhatə  edir.  Tullantıların  poliqonlarda 

yerləşdirilməsi: ümumi  şəhər təyinatlı; müəssisələrin poliqonları; dağıntılar 

və zibilxanalar ( qanuni və qanunsuz). 

Qanuni  zibilliklər  -  bu  dövlət  orqanlarının  icazə  verdiyi  sənaye  və 

bərk  məişət  tullantılarının  yerləşdirilməsi  üçün  yerlərdir.  Lakin  sanitar  – 

epidemioloji tələbatlardan kənarlaşır. Onlar müvəqqətidir və yenidən qurul-

maya  və  ya  bağlanmaya  məruzdurlar.  Poliqonlar  tullantıların  mərkəzləşdi-

rilmiş toplanması üçün təbiəti mühafizə qurğularıdır. BMT  üçün poliqonlar 

şəhər  kənarlarında  yerləşdirilir,  500  m  yaşayış  massivlərindən  uzaq  olma-

lıdır. Lakin təhlükəli sənaye tullantəlarının (ST) yerləşdirilməsi üçün ayrılan 

ərazilər  isə yaşayış məntəqələrindən 3 km və daha çox uzaqda yerləşdiril-

məlidir. 

RF-nin iri şəhərlərində ST (45%) dominantlıq edir, lil çöküntüləri QK 

(31%) və BMT (17%). 

Müasir  poliqonlar – bu BMT-nin  zərərsizləşdirilməsi, izolyasiyası və 

qablaşdırılması üçün qurğular kompleksidir. Bu komplekslər atmosferi, tor-

pağı və suyu çirklənmədən mühafizə edir, gəmiricilərin, həşəratların və xəs-

təlik  törədən  mikroorqanizmlərin  yayılmasının  qarşısını  alır.  Poliqon  kimi 

karxanaların dağıntılarından, yarğanlardan, meşədə bəzi sahələrdən istifadə 

olunur. Bataqlıqları, qrunt suları çıxan sahələri, geoloji dağıntılar olan yer-



434 

 

ləri, aeroporta 15 km yaxın olan əraziləri poliqon kimi istifadə etmək olmaz. 



Ərazinin poliqona yararlı olması haqda qərarı təbiəti mühafizə orqanları və 

sanitar  -  epidemioloji nəzarət  verir. Poliqon  –  filtrat  və  bioqazın  daşınması 

və atılması üçün lazım olan və eləcə də örtük qurğularını özündə birləşdirir. 

Bioqaz - üzvi tullantıların anaerob parçalanma məhsuludur. Onun tərkibində 

metan (CH

4

) – 65%; karbon qazı (CO



2

) – 33%; hidrogen sulfid ( H

2

S) – 1%, 



eləcə də az miqdarda digər qazlar olur: azot, oksigen, hidrogen, karbon tur-

şusu.  Bioqazın  toplanması  sistemi  -  bu  poliqonun  cismində  bir  neçə  cərgə 

vertikal və horizontal borulardan ibarətdir. Filtratda çirkləndirici maddələrin 

təxmini tərkibi cədvəl 4.44 verilmişdir. 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin