6.
Ekoloji təhsil və tərbiyə, təbliğat və reklamları əhatə edən sosial-
psixoloji informasiya tədbirlərinin həyata keçirilməsi.
Ekoloji problemlərin kompleksliyi onların çox planlı olması iqtisadiy-
yat və müdafiə yönümlü obyektlərlə sıx əlaqəsi, əhalinin sağlamlığının və
rifahının təmin olunması, mühüm təbiəti mühafizə problemlırinin həllinə va-
hid sistemli yanaşmanı tələb edir. Dövlət miqyasında lazım olan qərarların
qəbul olunmasında müxtəlif çətinliklər yaranır. Bu ekoloji monitorinqin
vahid dövlət sistemində çoxsaylı içarıçıların olması ilə bağlıdır. Bununla
452
əlaqədar ekoloji monitorinqi milli sistemin yaranması lokal və reqional
səviyyədə monitorinqin yarımsistemləırinin formalaşması ilə sıx bağlıdır.
Bundan başqa EMVDS-ı qlobal və fon monitorinqlərinin yarımsistemləri ilə
əhatə olunur.
Vahid ekoloji monitorinqin (VEM) məqsədi - sistemlərin hazırlanması
və istifadə olunması, müşahidə metodları və vasitələri, tövsiyyələrin qiymət-
ləndirilməsi və işlənməsi, təbii texnogen sferaya idarəedici təsiri və texno-
loji xarakteristikası, insanın tibbi - bioloji, sanitar - gigiyenik şəraitinin ya-
radılmasıdır.
Atmosfer havasının çirklənmə səviyyəsinin müşahidələri RF- də 284
şəhərədə 664 stasionar məntəqədə aparılır. 5 -dən 25 -ə qədər inqridientin
qatılığı ölçülür. İldə 4 mln nümunənin hidrometrik qatılığı ölçülür. Səth
sularının çirklənməsinə görə Rusiyada 1996-cı ilə qədər 1928 məntəqə,
2617 axında, 1363 su obyektində yerləşən 2958 vertikal və 3407 üfüqi mü-
şahidə məntəqələrində 50 mindən çox nümunədə analizlər aparılmışdır.
Dəniz mühitinin çirklənməsinin kimyəvi və hidrobioloji göstəricilə-
rinə görə monitorinq Rusiyanın bütün dənizlərində yerləşən 500-dən artıq
stansiyanın məlumatlarına əsaslanır.
EMVDS-də çirkləınmənin milli monitorinqi yarımsisteminin mərkəzi
və 10 reqional laboratoriyası var eləsə də ekspedisiya müayinələri üçün
vasitələr mövcuddur.
Zərərli maddələrin sərhədlərarası daşınmasının müşahidəsi üçün Rusi-
yanın qərb sərhəddində stansiyalar şəbəkəsi var. 3 stansiyada atmosfer aero-
zollarının, eləsə də atmosfer yağıntılarının (qar, yağış, dolu) nümunələri gö-
türülür. TƏM - in çirklənməsinin kompleks monitorinq sisteminin 40-a ya-
xın yoxlama məntəqəsi vardır.
Qar örtüyünün çirklənməsinə nəzarət üçün 645 meteostansiya möv-
cuddur. 17 mln.km sahəni əhatə edir. Nümunələrdə sulfat, nitrat, ammo-
nium, pH, benz(a)piren və ağır metallar təyin olunur.
Rusiya ərazisində biosfer qoruqlarında yerləşən kompleks fon ekoloji
monitorinqin 6 stansiyası fəaliyyət göstərir. Atmosferin ən vacib kompo-
nentlərinin ozon, karbon 2 oksid, aerozolların optik sıxlığı, yağıntıların kim-
yəvi tərkibi, atmosferin elektrik xassələrnin ekoloji monitorinq sistemi yara-
dılmışdır. Bu inqridentlərin müşahidəsi mütləq tədqiqat proqramları əsa-
sında aparılır.
ƏTM - in radioaktiv çirklənmənin müşahidələr şəbəkəsi 456 hidrome-
tostansiya və məntəqəni əhatə edir. 1394 məntəqədə qamma - şüalanmanın
ekspozisiya gücü qeydə alınır; radioaktiv atmosfer çöküntülərini 487, aero-
zolları 51 məntəqə müşahidə edir, 300 məntəqədə radiasiya çöküntüləri fik-
453
sasiya olunur (onların 50 - si qatlığı təyin edir); atmosfer çöküntülərində 30
məntəqədə
tritium, 82 məntəqədə stronsium- 90 (
90
Sr) miqdarı təyin olunur.
Bundan başqa Çernobl AES qəzasından ziyan dəymiş ərazinin inten-
siv müayinəsi aparılır, o cümlədən yaşayış məntəqələrində 5 Kи/km
2
- dən
çox çirklənmə müşahidə olunan həyətlərdə müayinə aparılır.
Rusiyada ərazinin ƏTM - in qəza çirklənməsi ilə bağlı ekoloji toksi-
koloji halların tədqiqi üçün operativ sistemlər yaradılıb.
Artıq qeyd olunduğu kimi ekoloji monitorinqin yarımsistemlərində
biosferi təşkil edən müxtəlif səviyyələrdə - impakt (lokal) reqional və fon
(qlobal) müşahidələr aparılır.
Respublikamızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində
olan Ətraf mühitin çirklənməsinin Milli Monitorinq mərkəzində havanın,
suyun və torpağın radioaktiv və digər çirklənmələrinin təyin olunması üçün
ən müasir cihazlardan istifadə olunur.
Ekoloji monitorinqin lokal səviyyəsinin fərqləndirici xüsusiyyəti
emissiya mənbələrinin nəzarət sistemlərinin sıx əlaqəsi və onların TƏM - ə
obyektin texnoloji proseslərlə təsir etməsidir. Bu ekoloji monitorinqə - tex-
nogen təsirlərin kompleks halda baş verməsi və istehsalın texnoloji proses-
lərilə idarə olunması sistemi kimi baxmağa imkan verir. Hazırda təbii eko-
sistemləri deyil, məhz texnosfera obyektlərini qiymətləndirirlər. Burada mo-
nitorinq müşahidələr, analizlər və vəziyyətin proqnozlaşması və bütün təbii
mühitin dəyişməsilə tamamlanır (qoruq meşələrin torpaqları zonalarının fon
monitorinqi). Ekoloji monitorinq sisteminin bütün əsas funksiyaları tam
şəkildə reqional səviyyəli monitorinqdə realizə olunur. Bu səviyyə üçün
VEM - in quruluş strukturunu informasiyaların alınması və üzə çıxarılması,
eləcə də hadisələrin qiymətləndirilməsi və qərarların qəbul olunması sferası
kimi təsəvvür etmək olar.
Vahid ekoloji monitorinqin vəzifələrinə aşağıdakıları daxil etmək olar:
1.
TƏM - in ekoloji-sosial, tibbi-bioloji vəziyyətinə operativ nəzarət;
2.
Reqionun ekoloji əlverişsizliyi faktorlarının üzə çıxarılması (o
cümlədən TƏM-ə əhalinin sağlamlığına neqativ təsirlərin mənbələri);
3.
TƏM - in faktiki vəziyyətinin xarakteri;
4.
Adekvat ekoloji şəraitdə, ierarxik səviyyədə qərarların qəbul olun-
ması üçün informasiyaların hazırlanması və ümumiləşdirilməsi;
5.
TƏM-in və əhalinin sağlamlıq vəziyyəti haqda obyektiv informasi-
yanın toplanması, sistemləşməsi və saxlanması (bu faktorların qiymətlən-
dirilmıəsində mümkün olan subyektivliyi nəzərə almaqla);
6.
TƏM - in vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş idarəedici
qərarların işlənib hazırlanması.
454
Vahid ekoloji monitorinqin istənilən yarımsistemlərinin mühüm struk-
tur həlqələri (bloklar) bunlardır: ölçmə kompleksi özündə hüquqi-bioloji sa-
nitar-gigiyenik, sosial texniki-iqtisadi yönümlü məlumatların baza və bank-
larını birləşdirən informasiya kompleksləri; sənaye obyektlərinin qiy-
mətləndirmə və optimallaşdırma sistemləri; tarlaların ekoloji və meteoroloji
faktorlarının proqnozlaşması sistemləri, eləcə də qərarların qəbul olunması
sistemləri.
Vahid ekoloji monitorinq layihəsinin hzırlanması müxtəlif sahəli in-
formasiyalar tələb edir. O cümlədən TƏM -ə çirkləndirici maddələrin daxil
olma mənbələrini bilmək lazımdır:
- çirkləndirici maddəılərin daşınma prosesləri (atmosferdə, su mü-
hitində daşınması və miqrasiyası);
-
ÇM - in landşaft geokimyəvi yer dəyişməsi proseslərini;
-
emissiyanın antropogen mənbələrinin vəziyyəti haqda məlumatları.
Məlumatların alınması ÇM-in fon qatılığı və emissiya mənbələri ya-
xınlığında onların qatılığı haqda xarakteristika verən 3 qrup meteoroloji pri-
borlarla təmin olunur.
Dostları ilə paylaş: |