Atmosfera: meteoroloji məlumatları, hava sferasının qaz və aerozol
fazasının kimyəvi və radionuklid tərkibi; bərk və maye çöküntülər (qar, ya-
ğış), onlarlın kimyəvi və radionuklid tərkibi; atmosferin istilik və nəmlik
çirklənməsi.
Hidrosfera: hidroloji göstəricilər (səthi axma sürəti və suyun səviy-
yəsi, sərfiyyatı) nəzarət olunan su hövzələrində və axınlarda (çaylar, göllər,
su anbarları) hidrobioloji göstəricilər (fitoplanktonlar, zooplanktonlar,
zoobentoslar, perifitonlar); səth sularının (çaylar, göllər, su anbarları və s.),
qrunt sularının, ərinti sularının hidrokimyəvi və radionuklid tərkibi; səth və
qrunt sularının istilik çirklənməsi.
Torpaq örtüyü: torpağın münbit qatının kimyəvi və radionuklid tər-
kibi, fitotoksikliyi, mikrob biokütləsi, ÇM - in müxtəlif formalarının miq-
rasiyası.
Biota: trofik zəncirin əsas həlqələrinin məhsuldarlığının qiymətlən-
dirilməsi, növ tərkibi, xəstəlikləri; kənd təsərrüfatı yerlərinin, bitki örtüyü-
nün, torpaq zoosenozlarının, yerüstü cəmiyyətlərin, həşaratların, vəhşi və ev
heyvanların, quşların, su bitkilərinin, planktonlarının, balıqların kimyəvi və
radionuklid çirklənməsi.
Dostları ilə paylaş: |