Urbanizasiya mühiti: şəhərlərin və yaşayış məntəqələrinin hava şə-
raitinin kimyəvi radiasiya fonu; ərzaq məhsullarının, içməli suyun kimyəvi
və radionuklid tərkibi və s.
455
Əhali: xarakterik təbii-demoqrafik parametrləri (say və sıxlıq, doğum
və ölüm, yaş tərkibi, xəstəlikləri, anadangəlmə eybəcərliklər və anomoliya-
ların səviyyəısi); sosial-iqtisadi faktorlar.
Ölçmə komplekslərində informasiyaları ötürücülərlə toplayan, onu is-
tehlakçıya modem telefon və radioqəbuledicilər və ya elektron poçtlarla ötü-
rən müasir nəzarətedicilərin istifadəsi, sistemlərinin operativliyini xeyli yük-
səkdir.
VEM-in ölçmə kompleksinin təchizatının tam avtomatlaşdırılması,
mürəkkəb çoxməqsədli, eyni zamanda kompakt avtonom sistemlərlə TƏM
-in keyfiyyətinin izlənilməsi mümkündür. Onların inkişafının ləngiməsi
əsasən texniki və texnoloji səbəblərdən deyil, finans çətinliklərilə bağlıdır.
VEM-in müasir avtomatik sistemlərinin əsas struktur blokları aşağı-
dakılardır:
● ƏTM-in parametrlərin ötürücüləri (havanın temperaturası, günəş ra-
diasiyası, suyun tərkibi, su mühitində metalların ion forması, atmosferdə və
suda çirklındirici maddələrin qatılığı, herbisidlər, insektisidlər fenollar,
benz(a)pirenlər və s.);
● bioloji parametlərin ötürücüləri (oduncağın böyüməsi, bitki örtüyü,
torpağın humusu və s.).
TƏM-in parametlərin izlənməsinin sadə avtomatlaşdırlmış sistemi
―Raduqa‖, Vıborq şəhərində ekoloji problemlərin həlli üzrə Assosiyasiya
tərəfindən hazırlanmışdır. ―Raduqa‖ sisteminin izlənməsi su hövzələrinin
keyfiyyətcə monitorinqini təmin edir. Onu sənaye çirkab sularının kimyəvi
tərkibinə nəzarətdə istifadə edirlər. Bu zaman qənaət ilkin xammalın qiy-
mətinin 20% - ni təşkil edir.
―Raduqa‖ TƏM-in verilən təşkilatına və insana vurulan ziyanı hesab-
lamaqla istehsalın texniki-iqtisadi göstsəricilərini yaxşılaşdırır.
―Raduqa‖ sistemini istifadə etməklə, avtomatik rejimdə 256 - ya qədər
parametrləri qeydə almaq olar.
İzlənmənin baxılan sistemi ötürücünün dövriyyəsindən asılı olaraq 1
saatdan 1 sutkayadək işləyir. Bir qayda olaraq təşkilatlar tərəfindən gizlə-
dilən planlaşdırılmamış tullantı və qalıqları fiksə etdiyinə görə ―Raduqa‖
özünə məxsus ―gözətçi‖ kimi xidmət edir.
Ötürücü kimi müxtəlif tipli ionoselektiv elektrodlar istifadə olunur,
hidrogen, xlor ionlarının, brom nitratların, ammonium azotunun, sul-
fa(fi)tlərin, fosfatların və bəzi ağır metalların qatılığını qeyd edirlər.
VEM-in reqional yarımsistemi böyük massivdə müxtəlif ilkin infor-
masiylarla işləməyi nəzərdə tutur. Buna görə də aktual vəzifələrdən biri va-
hid elmi informasiya məkanının yaradılmasıdır. Bu geoinformasiya texnolo-
giyaları əsasında formalaşdırıla bilər.
456
Bu cəhətdən geoinformasiya sistemlərinin yaradılması mühüm əhə-
miyyət kəsb edir. GİS informasiyanın toplanması, emalı, saxlanması, sis-
temləşdirilməsi, elmi analizi və təqdim olunması üçün universal vasitədir.
Yalnız GİS-in tətbiqi nəticəsində TƏM -in kompleks problemlərinə tam ya-
naşma mümkün olmuşdur.
VEM-in geoiformasiya sistemini nəzəri, eksperimental və ekspert
informasiyaları sintezləşdirən konseptual model, eləcə də müxtəlif tipli
informasiyaları inteqrallaşdıran model kimi yaratmaq məqsədəuyğundur.
Bu zaman nəzərə almaq lazımdır:
● kadastr və katoqrafiya informasiyalarının və distansion zondlama
materiallarının məlumat bazalarının yaradılmasını;
● əlaqə kanallarını istifadə etməklə təbii rejimdə funksiyalaşma;
● şəxsi kompüterlərdə proqramların reallaşma imkanları;
● GİS-nin reqional və federal səviyyədə sistemlərə qoşulması zamanı
vilayət səviyyəsində informasiya və proqram uyğunluğu;
● ərazidə yayılmış məlumatlar bazasınının saxlanmasını.
GİS-ni idarəetmənin müxtəlif ierarxik səviyyəsində (yerli, vilayət,
reqional) yaratmaq lazımdır. Səviyyə sistemlərinin hər biri əsas məlumatlar
bazası, intellektual interfeys, modelləşmənin kompleks proqramı və idarə-
etmə qərarlarını qəbuletmə proqramlarına malikdir. Fərq – məlumatlar ba-
zasında yerləşən informasiyaların mərkəzləşməsi səviyyəsində, eləcə də həll
olunan vəzifənin xarakterindədir.
VEM sistemi yalnız TƏM -in vəziyyətinə və əhalinin sağlamlığına nə-
zarət etmir, eyni zamanda bu və ya digər hadisəyə aktiv təsiretmə imkan-
larını da nəzərdə tutur.
VEM-in ierarxik səviyyəsini (qərarların qəbul olunması sferasını), elə-
cə də ekoloji ekspertizanın və ətraf mühitə təsir etmənin qiymətləndirilməsi
(ƏMTQ) yarımsistemlərini istifadə etməklə, sənaye obyektləri və reqion-
larının, eləcə də mürəkkəb ekosistemlərin riyazi modelləşdirilməsinin nəti-
cələri əsasında, emissiya mənbələrini idarə etmək olar. Riyazi modelləşmə
dedikdə, məsələn, sənaye obyektlərinin, texnoloji proseslərin TƏM -ə eh-
timal olunan təsirinin və onun nəticələrinin modelləşdirilməsi başa düşülür.
Model ayrı-ayrı ekosistemlərin bu və ya digər faktorların dəyişməsinə
qarşı həssaslığını tədqiq etməyə imkan verir. Güman olunur ki, bu model-
lərdə müxtəlif əmsalların rəqəmsal qiymətini laboratoriya eksperimentləri
yolu ilə təyin etmək olar.
Mürəkkəb bioekoloji sistemlərə müxtəlif faktorların təsirini öyrənər-
kən, riyazi və ekoloji cəhətdən əsaslandırılmış çox faktorlu eksperimentlərin
aparılması məqsədə uyğundur.
457
Bu cür eksperiment bioloji sistemlərə təsir edən, faktorların birləşmə-
sinin müxtəlif çoxluğunu eyni zamanda və sərbəst analiz etməyə imkan
verir. Burada bioloji sistemlərin dəyişməsinin mövcud tendensiyası əsasında
proqnozlaşdırılmış gözlənilən hadisələrin tədqiqi birinci dərəcəli əhəmiyyət
kəsb edir. Ayrı-ayrı eksperimentlər və əldə olan riyazi əsaslarla gələcəkdə
TƏM-in vəziyyəıtinin real hadisələrini modelləşdirmək olar, gözlənilən
dəyişmələrə səbəb olan müxtəlif faktorları (məsələn, azot, fosfor və s.). Bio-
gen elementlərin daxil olması nəticəsində sututarların evtroflaşmasını üzə
çıxarmaq olar. Bu isə çirklənmənin ayrı-ayrı mənbələrini düzgün təyin
etməyə imkan verir.
Təbii ətraf mühitin monitorinqinin qlobal sistemi çərçivəsində vahid
ekoloji monitorinqə xüsusi diqqət yetirilir. Bu zaman VEM-in vəzifələri
aşağıda göstərilənlərin qiymətləndirilməsidir:
1.
torpaqdan istifadə və kənd təsərrüfatı fəaliyyəti nəticəsində baş
verə bilən problemlər və kritik situasiyalar;
2.
yerüstü ekosistemlərin TƏM-in antropogen dəyişmələrinə reak-
siyası;
3.
yaşayış mühiti və ekosistemlərin vəziyyəti, funksional tamlığının
qiymətləndirilmıəsi.
VEM-ə həmçinin torpağın vəziyyətinin (torpaq ekoloji monitorinq), su
sistemlərinin (o cümlədən dənizlərin) və ehtiyyatlarının, biotun monitorinqi.
Müxtəlif dərəcədə antropogen təsirə məruz qalmış təbii komplekslərin
müşahidə olunması çox mühümdür (qoruq ərazilərindən ekosistemlərə qə-
dər). Belə ki, su ekosistemlərinə ən çox yayılmış antropogen təsir (göl, su
anbarları) evtroflaşma prosesidir. Buna görə də ekoloji monitorinq sistemi-
nin göstəricilərinin evtroflaşmanın inkişafını xarakterizə edən kriteriyaları
vacibdir.
Ekoloji monitorinq əsasında antropogen təsir görünən təyininə misal
olaraq, turş yağışların nəticəsində suyun, torpağın turşlaşmasını göstərmək
olar: [SO
2
(SO
3
)+H
2
O]. pH-ın aşağı qiymətlərində su hövzələrində diatom və
göy-yaşıl yosunlar itirlər, zooplanktonların (dafniyalar) məhz sonrakı miq-
darının artması pH-ı kəskin dəyişdirir. Nəticədə balıq ehtiyyatlarının yaran-
ması xeyli pisləşir, bəzi hallarda turş sularda tamamilə yox olurlar. Çay və
göl ekosistemlərinin çirkab suları ilə çirklənmədən (pH˂ 5,0 olanda mol-
yuskların, estuarilərdə başayaqlıların sayı azalır) ekoloji monitorinqin
təşkilinə ekosistemin mümkün olan reaksiyasını nəzərə almaq lazımdır
(göy-yaşıl yosunların biokütləsinin artması və onların toksinləşmənin əmələ
gəlməsi müxtəlif orqanizmlırin sayının azalmasına və ya yox olmasına,
planktonların parçalanma məhsullarının yaranmasdan senozun heterotrof
hissəsinin artması və s.)
458
Çirklənmənin yerüstü ekosistemlərə təsiri ekoloji monitorinqin müx-
təlif yarımsistemlərində spesifik göstəricilər kimi istifadə oluna bilən dəyi-
şikliklərlə müşahidə olunur. Məsələn növ müxtəlifliklərinin azalması və
növlərə görə fərdlərin paylanmasının dəyişməsi. Torpağın yüksək turşuluğu
ionların hərəkəliyinin yüksəlməsinə (Al, Mn, Fe və b) və onların yenidən
yerdəyişməsinə səbəb olur, pH-ın azalması torpaq mikrofaunasını dəyişdirir
və hətta ali bitkilərə ziyan vurur. Belə halda azotfiksasiya edən bakteriyalrın
məhsuldarlığı aşağı düşür və üzvi birləşmələrin parçalanma sürəti azalır.
Turş yağışlar şibyələri zədələməklə ekosistemin azot dövriyyəsinin
(şibyələr azotu udmaqla onu bitkilərə daşıyırlar), kükürdün yığılması onun
biokimyəvi dövriyyəsinin pozulmasına səbəb olur.
Qeyd olunub ki, torpaq biogeosenozlrın komponenti kimi bir çox hal-
da landşaftın turşulaşmaya qarşı dözümlüyünü təyin edir. Buna turş yağış-
lara görə akkumlayasiya prosesində torpağın potensial imkanlarına uyğun
bitkilər lazımdır.
Torpaq ekoloji monitorinq üçün etalon sahədəki torpağın xassələri
haqda informasiyanın olmasıdır. Müxtəlif biogeosenozlar və ya torpaq-bitki
zonası bir sıra səbəblərdən kifayət qədər məhduddur.
Onların ən əsasları: bitki cəmiyyətlırində təbii suksesiyalar, təbiətdən
istifadə ərazisində dəyişmələr torpağın yeni analitik tədqiqat metoduna keç-
məsi və nəhayət torpağın vəziyyətinin uzun müddətli kompleks tədqiqinin
məhdudluğudur. ―Torpağın kimyası‖ proqramının yaradılması təsadüfi de-
yil. Monitorinq stansiyası şəbəkəsinin yaradılması və onun torpaq ekosis-
temlərinin vəziyyətinin göstəricilərinin uzunmüddətli müşahidələr, torpağın
dəyişməsinin uzunmüddətli proqnozlaşdırılması üçün lazım olan etibarlı
informasiyanın alınmasına imkan verir.
Kiçik turşu çirklənməsində dözümlüyünə görə müxtəlif olan tor-
paqlarda və bütünlükdə ekosistemlərdə protonların dəyişməsi və onların
geokimyəvi miqrasiyası son zamanlar müvəffəqiyyətlə həyata keçir.
Torpağa, kritik turşu yüklənməsinin hesablanması üçün ion mübadilə
proseslərin bərabər vəziyyətinə əsaslanan, kifayət qədər sadə metod istifadə
etmək olar:
CL(AC) =BC
w
– BC
v
– ANC
1
– AC
n
burada: CL(AC) - turşuluğun kritik yüklənməsi; BC
w
- mineralların
parçalanması zamanı əsas kationların (Ca, Mg, K, N) azad olma sürəti; BC
v
- əsas
kationların bitki kökləri vasitəsilə udulması; ANC
1
- səthi və torpaqdaxili axınlarda
turşu neytrallaşma qabiliyyətinin itirilməsi; AC
n
- torpaqda azotun transformasiya
zamanı hidrogen ionunun məhsullarlaşması.
459
Baxmayaraq ki, bu metod torpaq proseslərinin cəmini nəzərdə tutmur,
lakin İsveç ekoloqları meşə torpaqlarının kritik yüklənməsinin hesablan-
masında müvəfəqiyyətlə istifadə edirlər.
Cədvəldə turş yağışların təsiri altında torpaq örtüyünün mümkün də-
yişkənliklərinun geniş ekoloji spektri təsvir olunur. (cədvəl 5.3)
Turş yağişlarin təsirindən torpaq örtüyünün bəzi xassələrindən
dəyişməsi, bioqeosenozun bitki komponentlərinin həyat tərzində və
quruluşunda biruzə çixa bilər. Turş qaliqlar bitkilərə dolayi təsirdən başqa
bir başa təsirə də malikdir. Məsələn. ağacın iri gövdəsi bir başa turşu
qalıqları ilə kontaktda olduqda bitki yarpaqlarının epidermis və kutikulası
zədələnir, qida elementləri qələviləşir, reproduksiya prosesləri pozulur və s.
Turş yağışların təsirindən fitosenozun vəziyyətinin necə dəyişməsinə
daha ətraflı baxaq.
Torpaqda qələvi-turşu tarazlığının dəyişməsi köklərin membranı
potensialına təsir edir, yəni hüceyrə membranının aktiv lipid, protein və
digər komponentlərinin dissosiasiyasına təzyiq göstərir, həm də kök səthinin
mənfi yükünü azaldır. Bunun nəticəsində məhsuldan kationların udulması
həddən çox çətinləşir. Bu proseslərin pozulması torpaq məhlulunun tərki-
bində dəyişmələri kəskinləşdirir. Mühüm biogen elementləırin bitki tərəfin-
dən mənimsənilməsi azalır, çünki onlar rizosferdən daha dərin torpaq qat-
larınadək qələviləşirlər. Bununla yanaşı fitotoksiki xassəli digər element-
lərin toplanması artır. Onlara daxildir: Mn, Zn, Cd, Co, Ni, başqa sözlə o
elementlər ki, turş torpaqlarda mineral ionlar formasında aktiv miqarasiya
edirlər. Demək olar ki, onların hamısı dəmirin biokimyəvi antogonistləridir.
Xlorun yaranması ilə şərtlənən dəmir çatışmazlığı onlıarın çoxalmasına gə-
tirib çıxarır. Bundan başqa bitkinin qidalanma rejiminin pozulmasıl nəti-
cəsində onların ziyanverici həşəratlara, patogen göbələklərə, bakteriya və
viruslara, şaxta və quraqlığa davamlığı azalır.
Aydınlaşdırılıb ki, torpaqda çirklıəndiricilərin davranışı onların mine-
roloji və üzvi tərkibindən asılıdır. İon mübadiləsi, xemosorbsiya, çökmə və
akkumulyasiya nəticəsində gil mineralları və sərbəst polutor oksidlər kim-
yəvi maddələri tutub saxlaya bilirlər.
Üzvi maddələrin müxtəlif xassəli reaksiyalarda iştirakı zamanı çirk-
ləndirici maddələrlə qarşılıqlı təsiri, torpaq ekoloji monitorinqdə torpağın
humus vəziyyətinin bir sıra göstəricilərinin təyin olunmasını diqtə edir. Bu
humusun ümumi tərkibi, onun tərkibinin qrupları, suda həll olan üzvi mad-
dələr: məsələn, Zn suda həll olan fulvatları torpağın profili boyunca yerini
dəyişə bilir, lakin onun hummatları torpaq hissəcikləri üzərində örtük əmələ
gətirir, hərəkətsizdirlər. Kompleks birləşmələrin yaranması landşaftda me-
talların yayılma sərhədlərini genişləndirə bilər, onların yüksək miqdarında
460
Cədvəl 5.3
Dostları ilə paylaş: |