5.5.4. Distansion metodla ekoloji monitorinqin aparılmasının
xüsusiyyətləri.
Kosmosdan aerofotoşəkillərin vasitəsilə yer səthinin distansion zond-
laşdırılması, bu informasiyaların alınmasının dəyərini xeyli azaldır və onun
həcmini artırır, informasiya axınlarının operativliyini təmin edir. Məsələn,
‖Landsat‖ sputnik sistemi (ABŞ)1km
2
müşahidə olunan əraziyə 1sent sərf
edir. Müqayisə üçün deyək ki, yer səthində 1km
2
bitki örtüyünü müşahidə
zamanı azı 100 dollar sərf olunur.
Nəzərə almaq lazımdır ki, distasion monitorinq metodu ekstensiv və
intensiv məlumatlara əsaslanır. Bu zaman 3 mərhələli monitorinqin aparıl-
ması məqsədəuyğundur və effektlidir.
Ekoloji monitorinqin həyata keçirilməsi zamanı xüsusən distansion
yolla, ekoloji sistemlərin inteqral xarakterinin əhəmiyyəti xeyli artır.
Onlar antropogen faktorların təsirindən kifayət qədər təbii kompleks-
lərin irimiqyaslı dəyişmələrini obyektiv qiymətlərndirməyə imkan verir.
Kompleks monitorinq strategiyası yalnız haçar sahəyə görə yaradılmış
korrelyasiya əsasında aparılır. Alınmış faydalı informasiyalar indi kifayət
qədər qiymətli nəticələr verir.
Distasion monitorinq məqsədilə xüsusi sputnik sistemləri ―Meteor‖,
―Meteor-Priroda‖ (Rusiya) ―Landsat‖ (ABŞ) hələ 70-ci ilin əvvəllərindəı
meteor sputnikindən görüntülər qəbul olunurdu. Təbii sistemlıərin və ehtiy-
yatların vəziyyəti yer səthində təbii və antropogen proseslər haqqında ma-
raqlı və geniş, başlıcası isə davamlı informasiyalar pilotlaşmış kosmik
stansiyalardan daxil olur. Buradan əvəlcədən verilmiş proqramlar əsasında
463
informasiya toplanması, məqsədyönlü axtarışı, təbii və antropogen anoma-
liyaların üzə çıxarılması imkanı xüsusi əhəmiyyət kəsb edir.
Qara - Boğaz göl boğazının, Xəzər dənizindən ayrıldıqdan sonrakı
müş¬ahidəsi qurumağa başlayan boğazın sərhədlərinin dəyişməsini göstərdi.
1980 - 84-cü illərdə dənizin akvatoriyası suyun buxarlanmasından 30 km
azalıb. Boğazda ekoloji vəziyyəti əvvəlki vəziyyətdə saxlamaq üçün 11 ədəd
diametrli boru tənzimləmə qurğusu qoyulub. Lazım olanda dənizdən gölə 5
km3 həcmdə su buraxmaq mümkündür.
İynəyarpaqlı bitkilərin tüstü tullantıları ilə məhv edilməsi ―ERTS‖
peyki ilə müşahidə edilmişdir. Antropogen mənşəli aerozollar 100 və bəzi
hallarda 1000 km qədər məsafədə yayılırlar. Müşahidələr göstərir ki,
Avropanın bütün sahəsi praktiki olaraq antropogen mənşəli tüstü ilə örtülüb.
Bu vaxtadək meşələr və kənd təsərrüfat yerləri qurunun bitki örtüyü,
okeanların və dənizlərin fitoplanktonları antropogen təsirlərdən və eroziya
proseslərinin nəticəsində urbanizasiya zonalarının inkişafı, su ehtiyyatlarının
yenidən paylanması, atmosferin, qurunun və dənizin çirklənməsi haqqında
kifayət qədər maraqlı və qiymətli məlumatlar almışdır.
Dostları ilə paylaş: |