469
Monitorinqin III formasında əvvəldən seçilmis sahələrdə marşrut
müayinə prosesində qısaldılmıs proqram əsasında tədqiqatlar həyata keçiri-
lir. Bu zaman dinamik dəyişən göstəricilər - torpağın turşuluğu, sıxlığı və
struktur vəziyyəti, qrunt sularının udulma səviyyəsidir. Öz mahiyyətinə görə
monitorinqin marşrut sistemi torpağa və torpaq örtüyünə, meliorativ sistem-
lərə, aqroekosistemlərə və torpağın məhsuldarlığına operativ nəzarət siste-
midir. Vegetasiya dövründə bir - üç dəfə həyata kcçirilir. Neqativ proseslər
üzə çıxdıqda uyğun xəritələr, xüsusi aktlar tərtib olunur.
Monitorinqin IV formasında ərazinin başdan-başa müayinəsi həyata
keçirilir. Bu zaman ilk növbədə torpağın kartoqrafık inventarlaşdırma xa-
rakteri, eləcə də aqrokimyəvi müayinənin kartoqraması hazırlanır və onların
əsasında rasional torpaqdan istifadəyə tövsiyyələr verilir. Torpağın eroziya-
ya uğraması, şorakətləşmə və s. və aqrokimyəvi (azot, fosfor, kaliumun hə-
rəkətliyi) xassələrin faktiki vəziyyəti haqda olan məlumatlar, torpağın aqro-
istehsal qruplaşması və torpağı bütün istifadə spektrlərinə görə xarakterizə
edən "torpaq xülasəsi", sonrakı nəzəri ümumiləşmələr və praktiki tövsiy-
yələr üçün əsaslı zəmindir. Sonuncular kənd təsərrüfatı yerlərinin transfor-
masiyasının; torpağın su və küləık eroziyasından mühafizəsini; qurutma, su-
varma və mədəni-texniki işlərin aparılması; torpaqların kimyəvi meliorasi-
yası (əhəngləşdirmə, gipsləşdirmə və s.); kənd təsərrüfat bitkilərinin rasional
yerləşdirilməsi və seçilməsi; torpaq şəraitini nəzərə almaqla gübrələmə
sisteminin tətbiqi və aqrotexniki tədbirlərin xüsusiyətləri; otlaq və biçənək-
lərin yaxşılaşmasını əks etdirməlidirlər. Monitorinqin baxılan formasının
həyata keçirilməsində əsas şərt kartoqrafıya metodunun istifadə olunmasıdır.
Bu zaman başlanğıc məlumatların alınması üsulları dəsti (vizualdan kosmik
məlumatlaradək) maksimal dərəcədə dolğun olmalıdır. Çəkilişlər üçün tor-
paq səthinin mürəkkəbliyindən asılı olaraq, təsərrüfatların ixtisaslaşdırılma-
sının və torpağın istifadəsinin intensivliyi torpaq tədqiqatlarının müxtəlif
miqyaslarını müəyyənləşdirir (meşə-çöl 1:10.000,
Dostları ilə paylaş: