478
Müxtəlif torpaq - iqlim şəraitində növbəli əkinlərin paxlalı bitkilərlə
пə qədər təmin olunması, onların növ tərkibi, bioloji azotun və paxlalıların
üzvi maddələrinin haqqında real etibarlı informasiya olmadan, neqativ eko-
loji və iqtsadi problemlərdən qaçmaq çətindir.
Bioloji azotun potensialını əkinçilik praktikasında reallaşdırmaq üçün
qiymətiəndirmə göstəriciləri sistemi yaratmağa imkan verən etibarlı infor-
masiya lazımdır. Onların əп əsasları:
● paxlalaıların müxtəlif məhsullarında azot - fiksasiya ölçüləri;
● cəlb olunan atmosfer azotunun miqdarı və torpağa üzvi maddələrin
daxil olması;
● paxlalılarn azotundan istifadə hesabına taxılların mümkün olan
məhsuldarlığı və sələfi paxlalılar olan bitkinin becərilməsində mineral azota
olan tələbat (bu məsələlərin həllində ilkin məlumatlar aqroekoloji moni-
torinqin materialları olmalıdır).
Paxlalılar olan növbəli əkinlərdə azot fiksasiya əmsalını, öyrənilən
faktorlardan asılı olaraq müxtəlif qrup paxlalıların azot fiksasiya intensiv-
liyini qiymətldndirmək üçün təyin edirlər. Ən başlıcası isə torpaqda azotun
real balansını təyin etmək üçün azot fiksasiya əmsalını bilmək vacibdir.
Azot fiksasiya əmsalının köməyi ilə simbiotik azotun payını torpağa pax-
lalıların kök qalıqlarından daxil olan (gəlir maddəsi), eləcə də paxlalıların
torpaqdan və gübrələrdən götürdüyü azotun miqdarını (israf maddəsi) he-
sablayırlar. Paxlalı bitkilər üçün ~N
u
azot udulmasını azot fiksasiya əmsa-
lının köməyi ilə təyin edirlər:
N
u
= N
m
(1- K
f
),
burada: N
m
- məhsulda ümumi azot, kq/ha; K
f
- azotfiksasiya əmsalı.
Müəyyən olunub ki, xüsusən yüksək dozada azot gübrəsi verilən
təcrübə variantlarında paxlalılarda azotifikasiya əmsalı əhəmiyyətli dərəcədə
aşağı düşür. Belə hallarda torpaqların azotun və gübrələrin daşınması (çıxı-
mı) uyğun olaraq artır, simbiotik azotun torpağa daxil olması azalır.
Birillik paxlalı bitkilər üçün üzvi maddələrin, ümumi və simbiotik
azotun torpağa daxil olan kütləsini hər il vegetasiyanın sonunda, çoxillik
paxlalılar üçün - onları lay altına şumladıqda təyin edirlər.
Paxlalıların torpağa daxil olan üzvi maddələrin kök və biçinaltı qa-
lıqlarının (0-40 sm-də) kütləsindən və aktiv üzvi maddələrdən (xırda canlı-
ların və ölmüş köklərin, kök yurularının və s. bir başa daxil olan) ibarətdir.
Bu balda uçot dolayi aparılır, düzəliş əmsalları daxil edilir.
Praktiki olaraq aşağıdakı prosedura yerinə yetirilir. İlk öncə 0-20 və
20-40 sm torpaq qatında kök kütləsini hesablayırlar (kökləri torpaqdan yu-
479
maqla 1,5-2,0 mm-lik ələkdən keçirirlər). Sonra isə kök və gövdənin
kütləsini düzəliş əmsalına vururlar.
Müxtəlif növlərinin kök sisteminin güclü inkişafına görə düzəliş
Dostları ilə paylaş: