Birinci dərəcəli vəzifələrdən biri müxtəlif münbitlikli torpaqların
bioloji aktivlik parametrlərinin qiymətləndirilməsidir. BA uzun müddətli
stasionar təcrübələrdə, əkinçiliyin müxtəlif sistemləri əsasında formalaşır.
Bu cür qiymətləndirməni əsas torpaq tiplərində, təbii şəraitinə görə müxtəlif
olan əkinçilik zonalarında aparırlar (7 torpaq tipi, 10 təbii iqtisadi zona).
Bu yolla alınan nəticələr - torpağın keyfiyyətini mikrobioloji qiymət-
ləndirmə kriteriyalarının hazırlanması və normativ informasiya banklarının
yaradılması üçün ilkin bazadır. Bunlar torpaq münbitliyini və təbii ətraf mü-
hitin mühafızəsini idarə etmək üçün lazımdır. Informasiyanın toplanması-
nın, emalının, saxlanmasının və çatdırılmasının müasir imkanları, daha çox
əsaslandırılmış, başlıcası isə torpaq münbitliyi sahəsində idarəetmənin kons-
truktiv həllinə geniş imkanlar açır.
Kəmiyyət və keyfiyyət parametrlərinin işlənib hazırlanması, torpağın
Dostları ilə paylaş: |