bioloji xassəsinin normativ bazası kənd təsərrüfatı istehsalı proseslərində
onların dəyişməsini sistematik müşahidə etməyə imkan verir (mikrob ədədi
- 1 ml suda olan mikrobların sayıdır).
Deyilənlərdən aydın olur ki, mikrobioloji monitorinqin məqsədini
aşağıdakı formada təyin etmək olar:
1. Ölkənin müxtəkf regionlarında torpağın bioloji xassəsinin əsas
parametrlərinə görə informasiyanın alınması;
2. Тоrpağın normativ tələbatlara uyğunluğunun qiymətləndirilməsi;
3. Вu və ya digər aqrotexniki tədbirlərin təsiri altında torpağın təka-
mülünün mümkün olan yollarının proqnozu;
4. Aqroekosistemlərin yüksək məhsuldarlığının və torpaq münbitli-
yinin geniş təkrar istehsalını təmin edən aqrotexniki tədbirlərə düzəlişləri
işləyib hazırlamaq üçün normativ informasiyanın verilməsi.
Beləliklə, mikrobioloji monitorinqin vəzifəsi torpaq münbitliyinin
keyfiyyətinə nəzarət funksiyasını yerinə yetirməyə və ekoloji təhlükəsiz
aqrotexnologiyanın hazırlanması üçün lazım olan normativ informasiyalar
verməkdir.
Dostları ilə paylaş: |