əmsalı fərlidır.
Çoxillik paxlalı otlar 2,0
Paxlalı komponentləri 50-dən çox olmaqla, paxlalı dənli qarışıq 1,8
Yem lüpini, yem paxlası, seradella 1,6
(quru otda, yaşıl yemdə, silosda)
Dənlipaxlalılar 1,4
Birillik paxlalı – taxıl otları 1,3
Paxlalı komponenti 25 - 40% -dən artıq olan eyni qarışıq 1,5
Paxlalı sələf bitkinin sonrakı bitkiyə yüksək təsiri, һəm də effekti
təkcə bioloji azotun miqdarı ilə deyil (birbaşa təsir faktoru), həm də
torpaqda sintez olunan üzvi maddənin kütləsilə (dolayı faktor) izah olunur,
hansı ki, onun strukturunu və su fiziki xassəsini yaxşılaşdırır. Nəticədə
paxlalalıların azotunun mineral gübrələrin azotu ilə müqayisədə daha uzun
müddətli təsir effekti təmin olunur.
Bununla əlaqədar paxlalılardan sonra dənli bitkinin səpin qabağı, azot
gübrəsinin yalnız optimal dozasını hesablayarkən, yalnız torpaqda olan mi-
neral azotun miqdarını deyil, həm də paxlalıların qalıq kütləsinin mineral-
laşmasından torpağa daxil olan azotun da miqdarını nəzərə almaq lazımdır.
Əsas göstəricisi, müxtəlifliyin kənd təsərrüfatı bitkilərinin məhsuldar-
lığına və gübrələrin təsirinin effektliyini təyin edən, torpaqda mütəhərrik
fosforun miqdarıdır. Bu da aqroekoloji monitorinqin tədqiqat obyektinə
daxildir.
Məsələ bundadır ki, torpaqda forsforun elə miqdarına çatmaq lazımdır
ki, bu fazada о, məhsulu məhdudlaşdıran faktora çevrilməsin. Problemin
birinci hissəsi torpaqda fosforun təyin olunmuş miqdarının yaradılmasında
"torpaq - gübrə - bitgi" sistemi tədqiqatlarına əsaslanmaqdır. Müəyyən
olunmuşdur ki, bitkinin tələbatını ödəmək üçün köklərin üst səthində torpaq
məhlulundakı fosforun qatılığı birinci dərəcəli əhəmiyyət kəsb edir. Qatılıq
dərəcəsi bitki kökləri vasitəsilə fosforun udulmasından və onun torpağın
bərk fazasına keçməklə, yenidən bərpa olunmasından asılıdır. İonların eh-
tiyyatı nə qədər çox olarsa torpağın bərk və maye fazası arasında mübadilə
qabiliyyətli olan (һəсm faktoru) ionlar bir о qədər çox olar. İntensivlik
faktoru - qatlıq daha tez bərpa olar, bitki isə forforla yaxşı təmin olunar.
Aydındır ki, bitkinin normal böyüməsi və inkişafı üçün, torpaq fos-
forun elə ehtiyyatına malik olmalıdır ki, fosfat - ionların bərk fazadan maye
fazaya yüksək intensivlikdə keçməsini təmin etsin və fosforun köklərə daxil
480
olma sürətinə bərabər sürətdə kök səthini ionlar axını ilə davamlı olaraq
təmin etsin.
Mütəhərrik fosforun ehtiyyatı (həcm faktoru) һəг torpaq müxtəlifliyi
üçün standart merodlarla təyin olunur.
Aqroekoloji monitorinq sistemində bitkinin fosforla optimal qidalan-
masını təmin etmək üçün, fizioloji və aqrokimyəvi tədqiqadara əsaslanan
bitki diaqnostikası metodundan da istifadə etmək olar, hansı ki, bir çox ölkə-
lərdə istifadə olunur. Bitki diaqnostikasının keçirilməsinin praktiki təcrübəsi
göstərir ki, becərilən bitkinin daxil olan və istifadə olunan qida maddələrinə
reaksiyası onların miqdarını kifayət qədər tez və dəqiq ifadə edir.
Aydındır ki, fosfor gübrələrinin ekoloji - aqrokimyəvi qiymədəndi-
rilməsi əsas qida elementi olan fosfor haqda təkcə məlumat toplamaqla
bitki, һəm də gübrənin tərkibində olan və ətraf mühit üçün təhlükə yaradan
qarışıqlar haqda da məlumat verməlidir.
Ağır metalları, flor və dıgər komponentləri gübrənin özündə, torpaqda
onlar üzə çıxan hallarda və bitki məhsullarında daha kontrast variantlarda
təyin etmək lazımdır.
Torpağın münbitliyinin yaxşılaşdırılmasında becərilən bitkinin məh-
suldarlığının artırılmasında üzvi gübrələrin xüsusi əhəmiyyəti var.
Bitkinin mənimsəyə bildiyi qida maddələrinin ehtiyat mənbələri, tor-
pağa müsbət dekorativ təsir göstərir. Onun humus tərkibini optimallaşdırır.
Üzvi gübrələrin ağır metalların toksiki birləşmələrinə müsbət təsiri də mə-
lumdur. Birləşmə nəticəsində onlar az mənimsənilən birləşmələrə çevrilir,
digər kimyəvi elementlərin toksiki təsirini zəiflədir. Məsələn, Yaponiyada
düyüdə kadmiumun miqdarı qışda kompost və ya çəltik kövşəni unu veri-
lərkən azalır. Xrom birləşmələrinin toksikliyinin azalması, tosforun və ya
çirkab suların çöküntülərınin 100 t/ha-dan az olmayan miqdarda tədbiqi
zamanı qeyd olunub.
Üzvi gübrələrin böyük istehsalat əhəmiyyəti olmasına baxmayaraq,
üzvi maddə ilə qida elementlərinin çox böyük itkisi zəhərli maddələrin kənd
təsərrüfatı məhsullarında yüksək qatılığın, əsasən verilən gübrə növünün
istifadə texnologiyalarının pozulmasından toplanması haqda xeyli məlu-
matlar var.
Heyvandarlığın inkişafi, onun sənaye əsasları ilə artması, köklü surət-
də üzvi gübrələrin keyfiyyətini və strukturunu dəyişdi. Döşənək peyini ixti-
sar olundu (ümumi kütiənin 20%-ə qədəri), eyni zamanda döşənəksiz yarım-
maye peyinləri tərk edərək, peyin axınlarının çıxımı yüksəldi.
Döşənəksiz peyinin yüksək dozasının tətbiqi torpaqda fosforun top-
lanması ilə müşaiyət olunur, eləcə də onun miqdarı qrunt sularında artır.
481
Gübrə kimi istifadə olunan üzvi maddələrindən ətraf mühit üçün ən
təhlükəsiz çirkab suların çox əsaslandırmış dozada yalnız ciddi kimyəvi ana-
lizi və xüsusi sahələrdə sanitar yoxlaması aparıldıqdan sonra mümkündür.
Aqroekosistemin ekoloji təhlükəsizliyi tələb edən əsas blok – kompo-
nentlərinə mütləq nəzarət lazımdır. Uzvi gübrələrin müxtəkf növlərini on-
larda makro
-
və mikroelementlərin, patogen mikrofloranın miqdarına görə
analiz etmək lazımdır. Ənənəvi olmayan üzvi maddələrdə (sapropeli, bütün
kompostlar, sənaye və kənd təsərrüfatı müəsissələrinin tullantıları) ağır
metalların və pestisidlərin qalıq miqdarının əlavə analizi lazımdır.
Ətraf mühitin obyektlərinin (atmosfer – su – torpaq - bitki) mühafizə-
sinin kimyəvi vasitələrinin boy requlyatorları və desutrksionlar, eləcə də
azot tərkibli zəhərli maddələr (nitratlar, nitritiər, niftozaminlər və ağır
metalların davranış qanunauyğunluqları) model ekspermentlərində yaxşı
öyrənilib.
Kimyəvi vasitələrin kompleks tətbiqi zamanı spesifık məsələlər yara-
nır. Torpağın zəhərlənməsi bitki məhsullarının ziyanlı olması, hansı ki, ənə-
nəvi metodlarla təyin etmək mümkün deyil. Tətbiq olunmuş bütün prepa-
ratların miqdarı CYS (MDU) ola bilər, lakin sinerqetiv effektin yerinə yal-
nız bu gün bu suala birmənalı cavab vermək olmaz.
Bütün bunlar daimi uzunmüddətli təcrübələrdə və ya poliqonlarda hər
tərəfli tədqiqatların aqroekoloji monitorinqini aparmagı diktə edir. Monito-
rinq müxtəlif tip növbəli əkinlərdə kimyəvi vasitələrin kompleks tətbiqində
aqroximikatların müxtəlif "qatılığında" əsaslandırılmış mübahisəli xarak-
teristikanı göstərməyə imkan verir.
Ən vacib göstərici torpaqda və bitgidə pestisidlərin dinamikasıdır.
Dinamikanı öyrənmək üçün nümunələri ən azı 3-4 ərzində: emal günü (baş-
lanğıc miqdarı), eləcə də məhsul yığımı zamanı götürmək lazımdır. Ən kiçik
zaman intervalı davamsız preparatlardan istifadə etdikdə, ən böyük interval
davamlılardan istifadə etdikdə götürülür.
Pestisidlərin torpaqda və bitkidə qalıq miqdarını, buna səlahiyyətli
olan orqanların təsdiqlədiyi komissiya, Səhiyyə Nazirliyi və.s rəsmi metodi-
ka ilə təyin edirlər. Alınan informasiyaları torpaqda və bitkidə YVQ nor-
mativləri ilə müqayisə etməklə qiymədəndirirlər.
Pestisidlərin qalıq miqdarı ilə bərabər bitki nümunələrindən standart
metodları ilə əsasən azot tərkibli toksikantlar (NO
-
2
, NO
-
3
, nitrozoaminlər),
ağır metallar, flor, mışyak, mikroelementlər təyin edilir.
Aqroekoloji monitorinqdə bitki məhsullarında zərərliyin cəmini təyin
etməyə böyük əhəmiyyət verir.
Torpağın summar fitotoksikliyini bioinduksiya metodu ilə qiymət-
ləndirirlər.
482
Torpağın mikroflorası - torpaq əmələgəlmə prosesinin vacib faktoru-
dur.Torpağın keyfiyyəti onun münbitliyi ilə təyin olunur, münbitliyin vacib
göstəricisi mikroorqanizmlərin kütləsidir. Torpaqda gedən biokimyəvi pro-
seslərin intensivliyi, mikrofloranın toksonamik tərkibi və onun funksional
müxtəlifliyidir.
Dostları ilə paylaş: |