Torpağın humus birləsmələri texnogenez məhsullarının təsirlərinin
adekvat əks etdirmə qabilləıyinə malik olan, özünə məxsus unikal təbii
indiqatorlardır. Onlarda maddələrin və enerjinin biogeokimyəvi axını yalnız
―qapanmır", һəm də özünə məxsus transformasiya olunur.
Humus turşularının tərkibi, xassəsi və strukturunun tədqiqi mikroorqa-
nizmləri, təbii və texnogen təsirlərin nəticəsində onda gedən deqradasiyanı
və struktur statistik diaqnostik göstəricilər sistemini müəyyənləşdirməyə
imkan verir. Təklif olunan sistem 5 blokdan ibarətdir. I blok - element və
funksional analiz; II blok - görünən sahədə spektrofotometriya; III blok -
İQ spektrofotometriya; IV blok - derivatoqrafık analiz; V blok - periolitik
kütlə və spektrometriya. Bunlardan hər biri öz növbəsində 3-dən 7-dək
yarımbloku birləşdirir. Humusun vəziyyəti struktur-statistik parametrlərlə
qiymətləndirilə bilər. Ən dolğun informasiyanı müəyyən fiziki - kimyəvi
analizlərin kompleks metodu əsasında müəyyənləşdirmiş, struktur - statistik
daiqnostik göstəricilərinin birgə sistemlərini istifadə etməklə almaq olar.
Dostları ilə paylaş: |