Mineral və qranulometrik tərkibdən bitkilər üçün qida elementlərinin
olması və mənimsənilməsi asılıdır. Eləcə də torpağın mexaniki becərilməsi
zamanı vacib olan xassələr: yapışqanlıq, şişkinləşmə və kipləşmə.
Torpağın su keçiricilik, fıltrasiya və susaxlama qabiliyyətləri onların
su rejimini və meliorasiyanın vacibliyini müəyyən edir.
Aqrofiziki xassələrin pisləşməsi torpağın ekoloji funksiyaların pozul-
masına, о cümlədən sorbsiya xassəsinin azalmasına səbəb olur. Aqroekoloji
monitorinq sistemində sahədə aqrofiziki parametrlər daimi nəzarətdə sax-
lanılır.
Qranulometrik tərkibin dəyişməsi daha çox konservativdir. Verilən
göstəricini 5-10 ildə bir dəfə təyin etmək məqsədəuyğundur. Qranulometrik
tərkib hər 10 sm dərinlikdə burların vasitəsilə pipetka metodu ilə (Katçinski-
yə görə) təyin edilir. Verilən metod kifayət qədər etibarlı nəticələr almağa
imkan verir.
Torpağın su keçiricilik, filtrasiya və susaxlama qabiliyyətləri zamanca
daha dinamikdir. Onlar torpağın rütubətliyindən, sıxlığından və quruluşun-
dan əhəmityyətli dərəcədə asılıdır. Verilən göstəricilərə poliqon monitorinqi
zamanı növbəli əkinin rotasiyasında bir dəfə nəzarət olmalıdır, məsul
yığımından sonra - vegetasiyanın sonunda, bu zaman torpağın nisbi bərabər
sıxlığı bərpa olunur, səpinlər isə su keçirmə və filtrasiya xassələrinin tarlada
təyin olunmasını çətinləşdirir. Aqrofiziki parametrlərin vəziyyətini daima
müşahidə etməklə, torpağın xassələrinin arzu olunmaz dəyişmələrinin və
pisləşməsinin, neqativ deqradasiya proseslərinin inkişafının qarşısını almaq,
nəticədə isə torpağın mühüm ekoloji funksiyasını və yüksək münbitliyini
saxlamaq olar.
Torpağın münbitiiyinin mürəkkəb idarəetmə problemlərindən biri -
üzvi madddlərin vəziyjətinə nəzarət etməkdir. Şübhəsiz, humus bloku tor-
paq - ekoloji monitorinqdə əsasdır. Belə ki, humusun vəziyətinin kəmiyyət
və keyfiyyət xarakteristikası torpağın əsas xassə və rejimlərinin, əkinçiliyin
intensivləşdirilməsi prosesində və texnogenez nəticəsində daxil olan toksiki
maddələrin transformasiya və miqrasiyasını təyin edir.
Tədqiqatlar göstərdi ki, humusun miqdarı və keyfıyyətcə tərkibi sabit
deyil, antropogen təsirlərdən dəyişir. Torpaqların münbitliyini təyin edər-
kən, onda yalnız humsuun miqdarını nəzərə almaq kifayət deyil, həm də
onun keyfıyyətcə vəziyyətinə nəzarət etmək lazımdır.
Gübrələrin uzunmüddətli sistematik tətbiqi, humusun təbii keyfiyyət
göstəricilərində hiss olunan dəyişiklilər yaradır. Bu zaman qrup tərkibli
475
əhəmiyyətli dərəcədə dəyişmir. Əsas qrupların nisbəti humin turşusunun
karbonunun flavin turşusunun karbonuna nisbəti (C
h.t
: C
f.t
), tədqiq olunan
torpaqların peyin verilən variantlarında bir qədər artır. Eyni zamanda üzvi
və mineral gübrələr humusun fraksiya tərkibini dəyişir, onun mütəhərrik
formasının toplanmasına səbə olur, aktivliyini yüksəldir. Yaxın zamanlara-
dək bunu müsbət hal hesab edirdilər, lakin bir çox hallarda baş verən dəyi-
şikliklər neqativ xarakter daşıya bilər. Belə ki, uzun müddətli gübrə tətbiqi
nəticəsində qara torpaqlarda humusun fraksiya tərkibinin yenidən paylan-
ması baş verir: 1. fraksiyanın humus maddəsi çoxalır; 2. kalsiumla bağlı
olan daha qiymətli fraksiya azalır.
Müxtəlif tip torpaqların humus vəziyyətinin geniş miqyaslı tədqiqinin
aparılması üçün sistemli yanaşma tələb olunur. Bu kontekstdə vahid kom-
pleks proqramın böyük əhəmiyyəti var, hansı ki, təcrübələrin coğrafi şəbə-
kəsində aqroekoloji monitorinq üçün işlənib hazırlanır. Proqram torpağın
humusuna müxtəlif faktorların təsirinin dərinliyini və intensivliyini kifayət
qədər obyektiv qiymətləndirməyə imkan verən bir sıra göstəricilərinin müt-
lək uçotunu nəzərdə tutur. Proqramın başlanğıc prinsipləri uzun müddətli
təcrübələr əsasında formalaşıb, onlardan ən əsasları aşağıdakılardır: 1. Hu-
musun vəziyyətinə nəzarət, hansı ki, daimi müşahidə məntəqələrində apa-
rılır; 2. torpaqlarda humusun ehtiyatinın və miqdarının təkrar tədqiqi, hansı
ki, humusun miqdar və keyfiyyət göstəricilərinin dəyişməsini sabitləşmə
dövraksiya qrup rünü nəzərə almaqla aparmaq məqsədə uyğundur; bu dövr
5-10 il ola bilər, uyğun olaraq təkrar analizlər növbəli əkin rotasiyasının
sonunda aparılır; 3. torpağın fraksiya-qrup tərkibinin öyrənilməsi üçün daha
çox işlənən I.V.Tyurin metodunun V.V.Ponomoryov və T.A.Plotnikov tərə-
findən modifıkasiya formulundan istifadə olunması. 5. Humusun vəziyyə-
tinin bir başa təsir vasitələrinin xassələri və şəraiti ilə birgə kompleks tədqiq
olunması; о cümlədən, əsas və əlavə məhsulun məhsuldarlığı, bitki qruntla-
rının biokütləsinin kök və biçindən sonra qalan kütiəsini nəzərə almaq la-
zımdır; pH təyini, hidrolitik turşuluq, torpağın əsaslarla doymuşluq dərəcəsi,
udma kompleksində Na
+
miqdarı; torpağın aktual və potensial bioloji
aktivliyinin təyin olunması.
Göstərilən proqram blokları aqroekoloji monitorinqlə torpaq humu-
sunun vəziyətinə nəzarət etməyin son üsulu deyil. Вu proqram blokları yeni
informasiyaların toplanma dərəcəsindən asılı olaraq sonrakı korrektirov-
kaya, dəqiqləşməyə, təkminləşdirməyə ehtiyac duyurlar. Buna baxmayaraq,
yuxarıda göstərilən proqramların müxtəlif reqionlarda qısa müddətdə torpaq
humusunun kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişmə dərəcəsi və
istiqamətinin qiymətiəndirilməsində həyata keçirilir.
476
Torpaqda humusun problemlərinə görə aqroekoloji monitorinqə baxa-
raq, qeyd etmək lazımdır ki, müxtəlif torpaqların fraksiya qrup tərkibi hu-
musun genetik xüsusiyyətlərini üzə çıxarmağa imkan verir. Lakin hətta
uzunmüddətli əkinçilik üsullarının təsiri zamanı, müxtəlif faktorların təsiri
altında humus maddəsinin təbiətinin dəyişməsini qiymətləndirmək üçün az
əlverişlidir. Ona görə humus birləşmələinin kəmiyət və keyfiyyətinin istiqa-
mətlənmiş tənzimlənməsi, teznogenezin müxtəlif fakltorların təsiri altinda
onların dəyişməsinin diaqnostika metodlarından hazırlanmasını tələb edir.
Bu zaman ən çətin iş torpağa və aqrolandşaftın digər komponentlərinə
texnogen yüklənmənin norması və humus birləşmələrinin deqrdasiyasını
qiymətləndirmənin ekoloji kriteriyalarının işlənib hazırlanmasıdır. Əhəmiy-
yətli dərəcədə onlar bəzən əsaslandırılmayan neqativ nəticələr verir, çox
vaxt isə biosferin komponentlərinə (torpağa, bitki örtüyünə, təbii sulara və
s.) aqressiv texnogen təsirlərdən yaranır. Burada yaranmış vəziyyətin kom-
pleks ekoloji - kimyəvi tədqiqatlarının maddələrinin yerləşdirilməsinin müx-
təlif səviyyəli aparılmasına kəskin ehtiyac yaranır. Yaxşı olardı ki, ayrı -
ayrı ekosistemlər və landşaftlar üçün münasib ekoloji ekspertizalar aparılsın.
Dostları ilə paylaş: |