1:25.000,
yarım səhra-
larda otlaq yerləri 1:
50000;
suvarılan və qurudulan torpaqlarda 1:2000...
1:5.000
və s.) eyni zamanda aparılan tədqiqatların kartoqraflk materialları-
nın dəqiqliyini ayırırlar.
Uzun müddətli şumlama, gübrələr tətbiq etmə, kimyəvi meliorantlar,
suvarma, qurutma və digər aqrokimyəvi və meliorativ tədbirlər nəticəsində
kompleks torpaq konturlarında komponent tərkibi dəyişir. Monitorinq
prosesində bu vəziyyətə ciddi fıkir vermək lazımdır.
Müşahidələrin reprezentativliyinə nail olmaq və torpaq aqrokimyəvi
dəyişmələrin və vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün torpaq müa-
yinələrinin 10 -1 5 ildə bir dəfə, aqrokimyəvi müayinələrin isə hər 5 ildən
bir aparılması məqsədə uyğundur. Belə işlərin təkrar aparılması bir tərəfdən
470
əvvəlki müşahidələrin çatışmazlıqlarını və boşluqlarını aradan götürməyə,
digər tərəfdən təbii və antropogen təsir nəticəsində torpaq örtüyü və xassə-
lərinin dəyişməsində baş verənləri üzə çıxarmağa və fiksə etməyə imkan
verir.
Təkrar torpaq - kartoqrafık müayinələr zamanı aerokosmik məlumat-
ların mahiyyəti çox yüksəkdir, hansı ki, tarla işlərində deşifrovka olunması
məqsədə uyğundur.
Monitorinqin obyektini seçmək, torpaqlardan istifadənin xüsusiyyət-
lərini və torpaq örtüyünün müxtəlif texnogen çirklənmələrə dözümlük dərə-
cəsini nəzərə almaqla, torpaq coğrafi geokimyəvi və təbii- təsərrüfat ra-
yonlaşmaya əsaslanır.
Monitorinq obyektləri bütün əkinçilik zonalarında qoyulur. Onlar tipik
təbii və kənd təsərrüfatı landşaftlarını əks etdirməlidir.
Metod təkcə aqroekoloji tədbirlərin vaxtının savadlı təyininə deyil,
һəm də bitkinin potensial imkanlarını obyektiv qiymətləndirməyə və bu
imkanların reallaşma dərəcəsinin tam tətbiq olunan gübrələmə sistemini,
həm də abiotik faktorlardan asılılığını təyin etməyə imkan verir. Alınan
dinamik göstəricilərə görə ətraf mühitin faktorlarının vəziyyəti və bitkinin
inkişafı, məhsuldarlıq elementiərinin formalaşması və son məhsul arasında
korrelyativ asılılıq qurulur.
Bitkinin vəziyyəti və inkişafının fasiləsiz monitorinqini həyata keçir-
mək üçün avtomatlaşdırılrnış sistemlər tətbiq etmək olar. Belə sistemlər
nəzarət - ölçmə aparatlarının problem - istiqamətləndirici kompleksləridir.
Əkinçiliyin intensivləşməsi şəraitində, xüsusən torpaq becərmə və
kənd təsərrüfatı bitkilərinin səpin qaydalarının pozulmasında, ətraf mühiti
çirkləndirən kimyəvi vasitələrin qalıq miqdarı, biogen elementlərinin aqro-
ekosistemlərdən daşınması (itkisi) müşahidə olunur. Çirkləndirici maddə-
lərə, həm də gübrələrin tərkibində olan sənaye qalıq və tullantıları, kənd tə-
sərrüfatında istifadə ediən çirkab suların çöküntülərində olan ağır metallar
daxildir. Torpağın ağır metallarla çirklənməsi torpaq örtüyü üçün təhlü-
kəlidir, torpağı deqradasiya edir və onun münbitliyini aşağı salır.
Torpaqda ağır metalların toplandığı şəraitdə ekoloji təhlükəsiz məh-
sulun becərilməsi, onların bütövlükdə balansını, eləcə də onun israf mad-
dəsini (filtarsiya və səth suları ilə yuyulması, bitkilərin daşınması və s.)
öyrənməyi tələb edir .
Ağır metalların torpaqda toplanması, onların profil boyunca vertikal
miqrasiyası və hərəkətliyi hələ kifatyət qədər öyrənilməyib. Buna görə bio-
gen elementlərin filtrasiya suyu vasitəsilə torpaqdan miqrasiyası ilə yanaşı,
ağır metalların da (Cd, Zn, Pb, Cr, Cu, Ni və b.) miqrasiyasını оуrənmək
lazımdır. Suyun keyfiyyətini formalaşdıran faktorlar maddələrin transfor-
471
masiyası və qarşılıqlı təsiri, biokimyəvi, bioloji, fiziki- kimyəvi, eləcə də
hidroloji- kimyəvi proseslərdir.
Təbii suların kimyəvi tərkibində aşağıdakı qrup birləşmələr vardır:
1.
Suyun minerallaşma dərəcəsini təyin edən ionlar. Onlar: CI
-
, S0
4
-2
,
НСО
З
-2
, СО
З
-2
anionları və Mg
+2
, Ca
+2
kationlarıdır;
2.
Biogen maddələr: nitratlar (N0
3
), nitritiər (N0
2
), ammonium (NH
4
)
fosfatlar (P0
4
), slisium(Si), azot və fosforun üzvi birləşmələri;
3.
Üzvi maddələr - həqiqi parçalanan və kalloid üzvi birləşmələr;
4.
Suda həll olan qazlar: C0
2
, 0
2
, H
2
və s.;
5.
Mikroelementlər (Li, Pb, Cs, Be, Sr, Ba, Cr, Mo, V, Mn, Br, J, F,
B);
6.
Su məhlullarının turş - qələvi tarazlığını təyin edən hidrogen
ionları;
7.
Radioaktiv elementlər, torpaqla əlaqə və qarşılıqlı təsirdə olan təbii
suyun keyfiyyəti, torpaq prosesləri və torpağa texnogen təsirlərlə sıx bağ-
lıdır.
Antropogen təsir altında təbii sularda müxtəlif çirkləndirici maddələr
ola bilər: nitratlar, nitritiər, pestisidlər, fenol birləşmələri, sintetik səthi -
aktiv maddələr, ağır metallar və s.
Çirkləndirici maddələr suyun filtrasiya axını ilə məsamələrdə qurunt
sularına daxil olur. Aerasiya zonasında toplanaraq onların qrunt sularının
çirklənməsinin ikinci mənbəyi olurlar. Öz növbəsində sonuncular yeraltı
suları və su anbarları çirkləndirirlər. Təsadüfı deyil ki, qrunt sularının key-
fiyyəti һəm təbiətdə elementlərin dövranı və torpaq əmələ gəlmə ilə bağlı
olan təbii proseslərin, həm də antropogen təsirlərin (məsələn, kimyəvi vasi-
tələrin tətbiqi) özünəməxsus inteqral göstəricisidir.
Suyun torpaqdaxili axınının tədqiqinin əsas metodu lizimetrik metod
adlanır. Onun prinsipi torpaq məhlulunu tədqiq etməkdir. Lizimerik təd-
qiqadar praktikasında 3 tip lizimetr tətbiq olunur: torpağın pozulmamış qa-
tından lizimetr-monolitlər; torpağın genetik horizontlarının yerləşməsinə
təbii ardıcıllığının saxlanması ilə səpələnmiş lizimetrlər; eləcə də torpağın
profili boyunca torpaq daxili axınlarda qatılığı öyrənmək üçün müxtəlif
dərinliklərdə yerləşdirilmiş Şilovun modifikasiya etdiyi monolitlərin
lizimetrik qıfları.
Lizimetriyanın əsas çatişmazlıqları - torpağın qurğularda qrunt sula-
rından izolə olunması və bu səbdbdən onda həll olmuş maddələrlə birlikdə,
suyun kapilyalarla yuxarı qalxa bilməməsi, eləcə də torpaq səthi lizimetrin
divarları ilə məhdudlaşır ki, bu da suyun səthi axınını saxlayır, hansı ki, təbii
şəraitdə düşən ümumi yağışların 20-25%-ni təşkil edir. Buna baxmayaraq
bu metod torpaq profili boyunca elementlərin miqrasiyası prosesini atmosfer
472
çöküntülərinin miqdarından asılı olaraq köklərin qidalanma sahəsində əsas
qida elementlərinin kasıblaşması, torpağın tipi və qranulometrik tərkibi,
onun mədəniləşdirilməsi, fıziki - kimyəvi xassələri gübrələmə formaları və
dozası becərilən bitkinin növü və onlarm məhsuldarlığını modelləşdirməyə
imkan verir.
Lizimetriya üsulu ilə torpaqdan götürülmüş infiltratlarda elementlərin
qatılığının müxtəlif faktorların təsirindən dəyişməsi xüsusiyyətinin öyrənil-
məsi göstərdi ki, xüsusən yüksək dozada mineral gübrələrin verilməsi za-
manı torpaq kompleksinin mənimsənilən əsaslarının miqdarı yüksəlir. Onlar
gübrələrin kationları tərəfindən sıxışdırılır və ekvivalent miqdarından mütə-
hərrik torpağın sorbsiya etmədiyi anionlar cəlb olunur (S0
4
-2
,
N0
3-
, CI
-
).
Torpaq daxili axınlar torpaq münbitliyini azaltmaqla bitmir, һəm də qrunt
sularının və daha dərin qatlarda yerləşən yeraltı suların çirklənməsinə səbəb
olur.
Dostları ilə paylaş: |