5.6.2. Aqroekoloji monitorinqin komponentləri
Aqroekosistemin əsas blok komponentləri: atmosfer – su – torpaq və
bitkidir. Bu obyektlərin һəг birinin monitorinqinin keçirilməsinin xüsusiy-
yətləri vardır (Şəkil 5.5).
Torpaq ekoloji monitorinqi qarşılıqlı əlaqədə olan 3 hissədən iba-
rətdir: Torpağın vəziyyətinə və torpaq örtüyünə nəzarət və onların məkan-
zaman dəyişmələrinin qiymədəndirilməsi; torpağın və torpaq örtüyünün və-
ziyyətinin ehtimal olunan dəyişməsinin proqnozlaşdırılması; torpaqda əsas
vasitə və rejimlərin tənzimlənməsinə yönələn elmi əsaslandırılmış tövsyələr
verilməsi. Bir başa onların münbitliyini və kənd təərrüfat məhsuldarlığını
təyin edən.
Monitorinq ənənəvi torpaq və aqrokimyəvi tədqiqatlardan kompleks-
liyi və fasiləsizliyi ilə, məqsəd və vəzifələrinin vəhdəti ilə, onu aparan mü-
təxəssislərin müxtəlif ixtisaslı olması ilə fərqlənir.
Torpaq ekoloji monitorinqi aparmağın təşkili һəm də torpaq sahəsinin
xüsusiyyətlərindən asılıdr. Bu zaman əvəzedən torpağın və torpaq örtüyü-
nün vəziyyəti haqda olan informasiyanın əldə olunması vacib şərtdir (o
cümlədən, aqrotexniki, meliorativ, eroziyaya qarşı və digər tədbirlər).
|