5.6.7. Meliorasiya torpaqlarında aqroekoloji monitorinqin aparıl-
masının xüsusiyyətləri
Suvarma əkinçiliyi rayonlarında torpağın münbitliyinə, məhsuldarlıq
və alınan məhsulun keyfiyyətinə, səth və qurunt sularının minerallaşması və
çirklənməsinə, suvarmanın, kimyalaşdırma vasitələrinin və digər faktorların
təsirinin daha ətraflı uçotu tələb olunur.
Monitorinqin vəzifəsi torpaq münbitliyinin və hidrogeoloji mühitin
əsas göstəricilərinin vəziyyətinə nəzarət, qiymətləndirmə, praqnozlaşdırma
və idarə etməkdir. Məqsəd məhsul vahidinə daha az su və gübrə sərf etmək-
lə yüksək keyfiyyətli bol məhsul əldə etmək, eləcə də TƏM - in çirklənmə-
sinin qarşısını almaqdır.
Uzunmüddətli stasionar təcrübə bazası və xüsusi paliqonlardan həyata
keçirilən monitorinqin, nişanlanmış azotla lizimetrik və mikrotarla təcrübə-
ləri ilə müşaiyət olunması məqsədə uyğundur. Aqroekoloji monitorinq bü-
tün suvarma əkinçiliyi zonalarında zonadaxili torpaq və hidrogeoloji xüsu-
siyyətlərin uçotu üzrə aparılır. Nəzarət olunan göstəricilərin naboru müxtə-
lif torpaq- iqlim zonalarından variasiya ola bilir.
Torpaqda qida elementlərin hərəkətli formasının miqdarının dinami-
kasını öyrənmək üçün torpaq nümunəsi bu və ya digər bitkinin əsas inkişaf
fazalarında öyrənilir. N0
3
və NH
3
azotunun miqdarı 0-30, 31-40, 41-60, 61-
80, 81-100 sm təbəqələrdə təyin olunur.Vegetasiya dövrünün əvvəlində və
axırında N0
3
azotunun miqqdarı daha dərin qatlarda (l00-120, 121-140, 141-
160, 161-180, 181-200 sm) təyin olunur.
487
Hərəkətli fosfor və kaliumun miqdarı inkişafın əsas fazalarında 0-30 və
31-40 sm qatlarda fiksə olunur. Fosfor və kaliumun hərəkətli miqdarı, bu
elementlərin forması və onların hərəkətlilik dərəcəsi, hətta, lm dərinkkdə, növ-
bəli əkinin 1-ci və axırıncı bitkisinin vegetasiyasının əvvəlində və axırında
ölçülür. Mikroelementlərin, flor və ağır metalların miqdarı, torpağın nitrifi-
kasiya qabiliyyəti və bioloji aktivliyi, asan hidroliz olunan azotun miqdarı tor-
pağın şum qatında bitkinin aktiv vegetasiyasının əvvəlində müəyyənləşdirilir.
Şoran torpaqların yayıldığı ərazilərdə vegetasiyanın əvvəlində və axı-
rında suda həll olan duzların ümumi miqdarı təyin olunur və onların tərkibi
0-30, 31-40, 41-60, 61-80, 81-100 sm və ya qrunt sularınadək (1,5-2 m)
dərinlikdə təyin olunur. Qurunt suları 2m-dən artıq dərinkkdə olduqda,
ölçmələr xüsusi skvajinalarda aparırlır.
Bitkinin inkişaf fazası əsasında duzların ümunıi miqdarı, onların tər-
kibi (о cümlədən nitratiarın miqdarı) təyin olunur. Drenaj şəbəkələrində dre-
naj sularında duzların minerallaşması dərəcəsi və tərkibi, qida maddələrinin,
pestisidlərin qalıq miqdarı fiksə olunur.
Şoran və şorakət torpaqların yayıldığı zonalarda xüsusi melorativ
tədbirlər aparıldıqdan sonra (gips və ya fosfogips, plantaj və ya 3 yaruslu
şumlama və digər tədbirlər) vegetasiyanın əvvəlində və axırında mübadilə
olunan Na-un miqdarını müəyyənləşdirirlər: mq.ekv./ 100 q-la və 0-30, 31-
40, 41-50sm təbəqələrdə udma həcmindən % - lə.
Torpağın turşuluğu (pH mikroaqreqat və duz mübadiləsi) qələviləşmiş
qara torpaqlarda, boz-meşə və çimli-podzol torpaqlarda şum qatında vege-
tasiyanın əvvəlində qiymətiəndirmək lazımdır.
Pestisidlərin tətbiqi nəzərdə tutulan kənd təsərrüfatı bitkilərinin becə-
rilməsində, vegetasiya dövrünün sonunda torpağın şum qatında bu prepa-
ratların və onların metabolitlərinin nitrozaminləri diaqnozlaşdırılır. Torpağın
şum qatının mübadilə kütləsi vegetasiya dövrünün əvvəli və axırı ilə mütə-
nasibdir və 100 sm qədər dərinlikdə torpaq profili boyunca aparılır. Bu
zaman növbəli əkin rotasiyasının müddəti nəzərə alınır. Şum və şumaltı
qatlarının (0-30 - 31-50 sm) aqreqat tərkibini növbəli əkində birinci və axı-
rıncı bitkinin vegetasiyasının əvvəlində müəyyənləşdirirlər. Suvarma şə-
raitində torpağın nəmliyinə daimi nəzarət olmalıdır. Çıxış alınma dövründə
lm dərinliyə qədər hər 10 sm-də 7-10 gündən bir vegetasiya dövründə və
məhsul yığımından əvvəl, eləcə də suvarmadan əvvəl və sonra nümunələr
götürülür. N, P
2
0
5
və K
2
0 ümumi miqdarı, humusun miqdarı ən az rütubət
tutumu, maksimal hiqroskopik, davamlı soluxmanın (saralmanın) nəmliyi,
bərk fazanın sixlığı, şum və şumaltı qatlarda lm qədər dərinlikdə fiksə
olunur (növbəli əkinin birinci bitkisinin vegetasiyasının əvvəlində və axı-
rıncı bitkinin vegetsaiyasının axırında).
488
Humusun fraksiya tərkibi, udma həcmi, mübadilə əsasının tərkibi, turş
torpaqlarda hidrolitik turşuluq, karbonatlıq, kalsium, maqnezium, kükürd,
alüminium, dəmir, mikroelementlər, flor, ağır metalların ümumi miqdarı
növbəli əkin rotasiyasının əvvəli və axırında şum qatında təyin olunur.
Verilən göstəricilərin lazımi müddətdə diaqnostikası üçün burların kö-
məyi ilə şum qatından götürülmüş 5 nümunənin qarışığından və şumaltı qat-
dan götürülmüş 3 nümunənin qarışığından nümunələr götürülür. Torpağın
nəmliyi ləkdə 3 çüxurdan götürülmüş individiual nümunədə təyin olunur.
Makro- və mikroelementiərin bitkidə miqdarını onların inkişafının
əsas fazalarında, alınan məhsulda nitratların, nitritlərin nitroz aminlərin, pes-
tisidlərin qalıqları və onların metobolitləri, flor, ağır metallar qiymətləndi-
rilir. Qurudulan torpaqlar üçün monitorinq onların məkan və zamanca dəyi-
şilmələrinin və vəziyyətlərinin, torpaq örtiiyünün vəzlyyətinin qiymətlən-
dirilməsi və onun mümkün olan dəyişilmələrinin proqnozu, torpağın vəziy-
yəti və rejimlərinin tənzimlənməsi bir başa onun münbitliyini təyin edən
elmi əsaslandırılrnış üsullarının hazırlanmasını birləşdirməkdir.
Qurudulan torpaqlarda mənfi ekoloji nəticələrə gətirilən əsas proses-
lər: bitki məhsullarının nitratlarla, yemlərin isə kaliumun artıq miqdarı ilə
çirklənməsi, torpağın ağır metllarla, pestisidlərlə və digər arzu olunmaz
komponentlərlə çirklənməsidir. Нəг şeydən əvvəl torflu topaqlarda üzvi
maddələrin parçalanamsı xüsusi əhəmiyyət kəsb edir. Üzvi maddənin parça-
lanması və onların itkisinə, onunla birlikdə torpaq qidalandırıcı elementlərin
itkisinə, biogen elementlərin qatılığına, su anbarlarına yaxın yerləşən drenaj-
larda və qrunt sularda texnogenez məhsullarının artmasına səbəb olur.
Qurudulan torpaqların əsas xüsusiyyətləri qida elementlərinin yüksək
dərəcədə hərəkətli olması və bununla əlaqədar onların daha intensiv yuyu-
laraq ətraf su anbarlarına axmasıdır.
Dostları ilə paylaş: |