519
Misal. Qeyri - zəhərli, III və IV təhlükəlilik sinifinə mənsub olan tul-
lantıların yerləşdirilməsinə görə ödəmənin qiymətini hesablamaq tələb
olunur.
Verilənlər. Müəssisədə hər il 40 ton istehsal tullantısı toplanır. Onlar-
dan 20 t tullantı III sinif zəhərliliyə məxsus olanı şəhər (qanuni) zibilxana-
larına daşınır, 10 ton IV zəhərlilik sinifinə mənsub olan tullantı qanunsuz
zibilxanalara göndərilir və 10 ton qeyri-toksiki tullantılar müəssisənin ərazi-
sində yerləşdirilir. III sinif tullantılara görə ödəmənin baza normativi – 12,4
manat/t, IV sinif – 6,2 manat/t, qeyri-toksiki tullantılar – 0,01 manat/t
(cədvəl 7.4). Ərazinin ekoloji əhəmiyyətlilik əmsalı, E
s
= 2 (cədvəl 7.2).
Həlli.
1.
(7.5) formuluna görə 20 ton III sinif zəhərli tullantıların qanuni şə-
hər zibilxanalarda yerləşdirilməsinə görə ödəmənin qiymətini təyin edirik:
P
l
= 20
.
12,4
.
2 = 496 manat
2. (7.7) formuluna əsasən 4-cü təhlükəlilik sinfinə məxsus olan 10 ton
tullantının qanunsuz zibilxanalarda yerləşdirilməsinə görə ödəmənin
qiymətini təyin edirik:
P
sl
= 5
.
10
.
6,2
.
2 = 620 manat
3. 10 ton qeyri-toksiki tullantının müəssisəsinin ərazisində yerləşdiril-
məsinə görə ödəmə (7.6) formulu ilə təyin olunur:
P
l
= 0,3
.
10
.
0,01
.
2 = 0,06 manat
4. Tullantıların yerləşdirilməsinə görə cəmi ödəmə (7.8) formulu ilə
təyin olunur.
P
ü
= 496 + 620 + 0,06 = 1116,06 manat.
Dostları ilə paylaş: