İnersiya-təbii sistemlərin müəyyən həd daxilində xarici faktorların tə-
sirinə öz vəziyyətini dəyişmədən qarşıdurmasıdır.
Həcm–öz vəziyyətini dəyişmədən xarici faktorların yad təsirlərini
absorbsiya etmək xassəsi (kənar maddəlri, izafi enerjini və s.).
Dəyişkənliklərin yol verilən həddi – təbii sistemlərin vəziyyətinin
parametrlərinin maksimal və minimal hədləri, hansı ki, bu hədlər daxilində
sistem davamlıdır və dağılmır.
Təbii sistemlərin baxılan xassələri ilə əlaqədar, Y.A.İzraelin (1984)
təklif etdiyi müxtəlif yüklənmələrdə bəzi sistemlərin vəziyyətinin zamana
görə qrafik sxemi maraq doğurur (şəkil 2.33). Şəkildə verilən rəqəmlərdən
göründüyü kimi, təbii sistemin geri dönməyən dəyişkənliklərindən qaçmaq
üçün, yaxşı olar ki, ekoloji ehtiyat zonasından çıxılmasın.
Ekosistemin öyrənilməsi və uçotunun mühüm praktiki əhəmiyyəti var,
belə ki, ətraf təbii mühitlə daha savadlı qarşılıqlı təsir formalaşdırmağa
imkan verir. Bu təbii tarazlığının dözümsüzlüyü ilə ekosistemdən fərqlənən
aqroekosistemlərin yaradılmasında xüsusilə vacibdir. Təbii şəraitdə ekosis-
temin strukturunun növbələşməsi (məsələn, göllərin böyüməsi, meşələrin
bataqlaşması və s.) tədricən baş verir. Kənd təsərrüfatı istehsalına idarə
269
olunmayan təsirlər zamanı dəyişkənliklər tez baş verə bilər və aqrolandşaft-
ların davamlılığının və onların deqradasiyasına səbəb ola bilər.
Dostları ilə paylaş: |