ġəkil 2.33.
Müxtəlif yüklənmələrdə əzi elementlər sisteminin vəziyyətinin
zamanca h(t) funksiyalaşma qarfiki. (İzrael, 1979): 1və 7- dəyişmələrin aşağı və
yuxarı kritik həddi; 2 və 6 yol verilən dəyişmələrin aşağı və yuxarı həddi (sistemə
təsirin hədləri); 3- antropogen təsir zamanı sistemin faktiki vəziyyəti; 4- sistemin
normal vəziyyəti; 5- sistemin oyanmış vəziyyət. Faktiki və-ziyyətlə (3 əyrisi)
yuxarı (6) və ya aşağı yol verilən hədlərin təsirini xarakterizə edən təsirin ―ekoloji
ehtiyyat‖ına xarakterizə edən intervallar.
Təsərrüfat fəaliyyəti bütövlükdə biosenozun da yenidən qurulmasına
təsir göstərir. Həm də müxtəlif regionlarda ana suxurlar, axınlar və torpaq
arasında tarazlığın pozulması landşaftlarda dönməyən mənfi dəyişkənliklər
yaradır. Səhralaşma proseslərinin güclənməsi buna misal ola bilər.
Ekosistemin (xüsusilə də aqroekosistemlərin) davamlılığının yüksəl-
dilməsinin əsas şərti ekoloji normativlərə, standartlara və landşaftların istifa-
dəsində təsərrüfat fəalyyətini tənzimləyən digər reqlamentlərin təkmilləş-
dirilməsi və ciddi riayət olunmasıdır.
Təbii mühitin çirklənməsinin ən çox yayılmış göstəriciləri çirklən-
diricilərin yol verilən qatılığıdır. Lakin YVQ, YVT və digər göstəricilər
təbiətdə çirkləndirici maddələrin transformasiyasının xüsusiyyətlərini, kon-
kret fiziki-coğrafi şəraitdə onların biotada toplanmasını həmişə nəzərdə
saxlamır. Ayrı-ayrı təbii komponentlər üçün müəyyənləşdirilmiş normalar
bütövlükdə landşaft üçün azəlverişlidir. Daha çox qəbul olunan ekoloji
normativ kimi ekoloji yüklənmənin yol verilən həddi çıxış edə bilər, hansı ki,
ekosistemin potensial imkanlarını və daxili xassələrini daha tam əks etdirir.
EYVH (ПДЭН) daxili və xarici təsirlərin cəmi kimi, hansı ki, ya ətraf
mühitin keyfiyyətini dəyişmir, ya da onu yol verilən həddə dəyişir, ekosis-
temin komponentlərinin fakorların təsirinə məruz qalmasını, eləcə də bu
faktorların gücünü və akivliyini xarakterizə edir. Ətraf mühitin keyfiyyəti
270
dedikdə, verilən yerdə istənilən populyasiya (birinci növbədə insan populya-
siyası) üçün əlverişsiz nəticələrin olmadığı təbii və ya antropogen ekosis-
temlərin davamlı mövcudluğu başa düşülür. Real aqroekosistemin kom-
ponentlərinə təsir edən antropogen faktorlar müxtəlif olduğundan, praktiki
olaraq yol verilən yüklənmənin vahid göstəricisini təklif etmək mümkün
deyil. Buna görə də hər tip təsir növünün reqlamentinə öz tələbatları müəy-
yənləşdirilir. EYVH ekosistem və landşaftların davamlılığını kompleks gös-
təricisi kimi sistemin strukturunu və funksiyalaşmasını məhsuldarlığa, növ
müxtəlifliyiə, proseslərin intensivliyinə görə xarakterizə edir. Müasir dövrdə
ekoloji normalaşmanın iki mərhələsi qəbul olunur: ekoloji reqlamentləşmə
və ekoloji reqlamentləşmə əsasında ekoloji normativlərin təyin olunması.
Dostları ilə paylaş: |