2.Uyğunluq prinsipi. Aqrolandşaftların ərazisinin komponentləri təbii-
antropogen uyğunluğu nəzərə almaqla yaradılır və layihələndirilir. Məsələ
ondadır ki, aqrolandşaftların ərazisinin elementləri üzvi surətdə bir-biri ilə
qarşılıqlı əlaqədə olur və vahid sistem yaradırlar. Təbii mühitlə uyğunlaşma-
yan ərazi elementi təbii kompleksin ümumi davamlılığını pozan, hansısa
xarici ―qıcıqlandırıcı‖ rolunu oynayır. Bunun nəzərə alınmaması aqroland-
şaftların yaranmasında izafi maddi xərclərə, çox hallarda isə onların tez
dağılmasına səbəb olur.
Dostları ilə paylaş: |