M ü n d ə r I c a t


 Aqrolandşafların struktur – funksional təşkilinin optimallaş-



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə238/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   437
2.11.4. Aqrolandşafların struktur – funksional təşkilinin optimallaş-

dırılması  –  onların  məhsuldarlığının  və  davamlılığının  artırılmasının 

əsasıdır. 

Kənd  təsərrüfatı  əvvəldən  ayrı-ayrı  ekoloji  prinsiplərin  təbii  istifa-

dəsinə əsaslanmışdır. Kənd təsərrüfatının elmi əsaslarla formalaşmasında bu 

prinsipləri  daha  düşünülmüş  və  məqsədyönlü  istifadə  etməyə  başlamışlar. 

Lakin  indiki  zamanda  da  yalnız  autekoloji  qanunlar  üstünlük  təşkil  edir, 

populyasiya  və  ekosistem  yanaşmaları  dəfələrlə  az  tətbiq  olunur.  Kənd 

təsərrüfatının  məqsədli  qurulması  maksimum  bioloji  məhsulun  alınmasına 

yönəlmişdir.  Buna  uyğun  olaraq  aqrar  istehsal  sistemləri  inkişaf  etdirilir. 

Bununla  yanaşı  aqrar  sektorun  intensivləşdirilməsi  təbii  antropogen  taraz-

lığın  saxlanılmasında  ciddi  əkslik  yaratdı.  Belə  ki,  torpağın  başdan-başa 

şumlandığı  rayonlarda  və  dəfələrlə  kimyəvi  maddələrin  tətbiqi  nəticəsində  

entomofaqların  və tozlandırıcı həşəratların çatışmazlığı yaranır ki, bu da tə-

bii biosenozların  qalması,  mədəni  bitkilərin məhsuldarlığının formalaşması 

üçün təhlükə yaradır. 




276 

 

Ekologiyanın  yeni  nailiyyətləri  mövcud  olanları  təkmilləşdirməyə  və 



kənd  təsərrüfatı  istehsalının  aparılması  üçün  yeni  metodları  hazırlamağa, 

aqrolandşaftların  sabitləşməsi  üçün  bitkiçilikdə  və  heyvandarlıqda  əlavə 

ehtiyatların yaranmasına imkan verir.  

Kənd  təsərrüfatının  ekologiyalaşdırılmasında  əsas  şərt  –  biosenotik 

ekosistem prinsiplərinin istifadə olunmasıdır. Tarlada yalnız produsentlərin- 

mədəni bitkilərin saxlanması praktikasından daha tam və aktiv təbii tənzim-

ləyici mexanizmlərin istifadəsinə keçmək lazımdır.  

İlk növbədə konkret ərazinin landşaft - ekoloji xüsusiyyətlərinin ana-

lizi və uçotu lazımdır. Yaradılan landşaftlar rayonun təbii qanunauyğunluq-

larına uyğun funksiyalaşdırılır.  

Aqrolandşaftın  landşaft–ekoloji  analizi  onun  morfoloji  komponent-

lərinin  bilgilərinə  (tipoloji  kartoqrafiya)  və  regional  fərqlərə  (rayonlaşma-

lara), eləcə də çoxsaylı qarşılıqlı əlaqələrin uçotuna (maddələr və enerji ba-

lansına)  əsaslanır.   

Landşaftın  təsərrüfat  yüklənməsi  onun  təbii  strukturuna  uyğun 

planlaşdırılması  xüsusilə  vacibdir.  Əks  halda  kənd  təsərrüfatının  potensial 

imkanlarına  uyğun  ixtisaslaşmaması  neqativ  proseslərin  yaranmasına  və 

inkişafına səbəb olur. Bu proses davamsız təbii tarazlığı olan landşaftlarda  

xüsusilə təhlükəlidir.  

Antropogen  faktorların  təsirilə  yanaşı,  landşaftın  inkişafının  təbii 

tendensiyasını,  kənd  təsərrüfatı  üçün  əlverişsiz  olan  təbii  hadisələrin  üzə 

çıxmasını da nəzərə almaq lazımdır. Sonuncular tədricən təsir edir, lakin iri 

miqyaslı  olurlar  (iqlim  dəyişməsi,  seysmik,  eroziya  prosesləri  və  s.).  Elə 

təsiri rasional hesab etmək olar ki, o landşaftın yeniləşən ehtiyatlarının geniş 

isehsalını  təmin  esin  (torpağın  münbitliyinin  artırılması,  təbii  və  mədəni 

fitosenozların məhsuldarlığının artması və s.). Landşaftların müxtəlifcinsliyi 

və  dəyişkənliyinin  analizi  –  bütün  ladşaft  kompleksinin  və  təbii  kompo-

nentlərin ayrılıqda qiymətləndirilməsi çoxmərhələli sistemdir.  

Aqroekosistemlərdə ayrı-ayrı biotik komponentlərin dəyişməsi getdiyi 

kimi,  bütövlükdə  sistemin  trasformasiyalaşması  baş  verə  bilər.  Bu  zaman 

onun daxili funksiyalaşması və strukturu pozulur.  

Aqroekosisemlərin  struktur-funksional  təşkilini  onların  biotik  kom-

ponentlərinə  görə  xarakerizə  edən  inteqral  parametrlərin  hazırlanması  baş 

verən  və  mümkün  olan  dəyişmələrin  baş  verməsi  üçün  olduqca  perspek-

tivlidir.  

Bu cür xarakteristika müxtəlif kateqoriyalı biotik məhsulun yaranma, 

istifadə  olunma,  dağılma  və  qalıq  toplantılarını  (ilkin,  ikinci,  qalıq,  ölü), 

eləcə də bioloji dövrana daxil olan maddələrin dövranının bəzi mərhələlərini 

əks etdirir.  



277 

 

1.



 

Canlı biokütlənin ehtiyatı (fito-, zoo- və mikrobiokütlə) q/m

2

 və ya 


t/ha (absalyut  quru maddə hesabı  ilə).  Biokütlə  dedikdə, canlı üzvi  maddə-

nin  ümumi  miqdarı  başa  düşülür.  Absolyut  göstəricilərdən  başqa  müxtəlif 

qrup  orqanizmlərin  və  ya  onların  sahə  vahidinə  düşən  müxtəlif  qrup  orqa-

nizmlərin biokütləsinin nisbəti tətbiq oluna bilər. O cümlədən: bitkilər üçün 

(avtotroflar) – sistematik ekoloji qruplar, assimilyasiya və ehtiyat orqanları-

nın yerüstü və yeraltı hissəsi; heterotroflar üçün- sistematik ekoloji qruplar 

(trofiklər daxil olmaqla) miqrasiya edən zookütlənin payı; mikroorqanizmlər 

üçün – göbələklər, bakteriyalar, aktinomiselər.  

2.

 

Ölü üzvi maddələrin ehtiyatı. Bu qurumuş, ölmüş orqanların, eləcə 



də  meşə  döşənəyi,  torpağın  torf  horizontunda,  çöl  keçəsində  toplanmış 

maddələrin miqdarıdır.  

3.

 

Aqroekosistemin  üzvi  maddələrinin  strukturunun  ineqral  xarakte-



ristikası humus, fitokütlə, zookütlə və biokütlə (mikroorqanizmlər) ehtiyat-

larının nisbəti kimi təsəvvür olunur.   

Aqroekosistemlərin  vəziyyətinin  qiymətləndirilməsində  onların  funk-

siyalaşma  gösəriciləri  də  nəzərə  alınmalıdır.  Bu  sistemin  vəziyyətinin  növ-

bələşməsidir və maddələr ehtiyatının və axınlarının intensivliyinin illik döv-

riyyəsinin  dəyişməsilə  təyin  olunur.  Ekosistemin  funksiyalaşmasının  əsa-

sında bioloji dövran durur, aşağıdakı tip sxemlə həyata keçirilir: artan istiqa-

mətdə ilkin məhsulun yaranması, eyni zamanda tənəffüsə sərf olunması baş 

verir; azalan isiqamətdə - fitofaqlar, ölüm və destruksiya.  

4.

 



Avtotrof  və  heterotrof  komponentlərin  cari  funksiyalaşması.  Onu 

ilkin  və  ikinci  məhsula,  eləcə  də  onların  nisbətinə  görə  qiymətləndirirlər. 

Təmiz  ilkin  məhsul  –  [q/(m

2

.il);  q/(m



2

.gün);  t/(ha.il)]  -  praktiki  olaraq 

fitosenozun məhsuldarlığına uyğun gələn avtotrof orqanizmlərin məhsuldar-

lığıdır.  O,  sisemin  energetik  potensialını  təyin  edir  və  senozun  il  ərzində 

yerüstü və yeraltı təbəqəsində yaratdığı üzvi maddələrin (fitokütlənin) miq-

darı  ilə  xarakterizə  olunur.  Bu  zaman  tənəffüsə  sərf  olunan  enerji  çıxılır. 

Faktiki olaraq bu illik artımdır:  İ

a

= Ü



il

 – E


t

 .  


İkinci  məhsul  heterotrof  orqanizmlərin  istehsal  etdiyi  zoo-  və  fito-

kütləni  əhatə  edir.  Belə  qiymətləndirmə  müxtəlif  qrup  konsumentlərin 

―xəzinəsini‖ qiymətləndirməyə imkan verir. İlkin məhsulun ikinci məhsula 

nisbəti bioloji məhsulun balanslaşmasını əks etdirir.  

5.

 

Töküntü  qalıq  [q/(m



2

.il),  t/(ha.il)]  -  üzvi  maddələrin  miqdarıdır, 

bikinin hər il ölmüş yerüstü və yeraltı hissələrinin cəmidir.  

6.

 



Həqiqi  arım  [t/ha.il]  -  töküntü  qalığını  çıxmaq  şərtilə,  illik  artım 

nəticəsində senozda qalan üzvi maddələrin miqdarıdır.   

7.

 

  Üzvi maddələrin yaranması sürəti - ilkin məhsulun canlı fitokütlə 



ehtiyatına  nisbətidir  %.  O,  çəmən  -  çöldə  ən  yüksək,  meşədə  ən  azdır.  Bu 


278 

 

göstərici  nə  qədər  azdırsa,  maddələrin  toplanması  bir  o  qədər  çoxdur  və 



onların  sonrakı  konservasiyası,  o  çox  olduqca  proseslərin  dinamizmi  də 

yüksəlir.  

8.

 

Üzvi maddələrin ümumi dövranının sürəti - canlı və ölü üzvi mad-



dələrin ehtiyatının məhsula nisbəti (%-lə). Bu kriteriya üzvi maddələrin eh-

tiyyatının  hər  bir  vahidinin  hərəkətliyinin  üzə  çıxmasına  imkan  verir.  Mə-

sələn,  o  polyar  və  iynəyarpaqlı  xətlər  ən  azdır,  çəmən-çöldə  və  səhrada  ən 

yüksəkdir.  

9.

 

 Destruktiv proseslərin sürəti. Yerüsü sistemlərin bioloji dövranın-



da mühüm rol bu proseslərə aiddir. Nəqədər ki, bioloji məhsulun çox hissəsi 

otyeyən  heyvanların  trofik  zəncirinə  daxil  olmadan,  müxtəlif  destrukniv 

agentlərin  təsiri  altında  detrit  formasına  transformasiya  edir.  Canlıların 

istifadə etdiyi fitokütlənin miqdarı, onun ümumi məhsulunun cəmi bir neçə 

faizini  təşkil  edir,  88-99%  ilkin  məhsul  isə  torpağın  detrit  yarımsisteminə 

daxil olur. Destruktiv proseslərin sürətinin göstəricisi kimi hər il daxil olan 

ölü  kütlənin  onun  ehtiyatlarına  olan  nisbəti  istifadə  olunur  (qalıq-döşənək 

əmsalı, %).    

10.

 

Əlavə  olaraq,  əsas  göstərici  kimi  biokimyəvi  dövranın  dəyişmə-



silə baglı olan (xüsusən texnogenez şəraitində) paramerlər tövsiyyə  olunur. 

Bu üzvi maddələrdə kimyəvi elementlərin miqdar göstəriciləridir:   

a)

 

kimyəvi elementlərin illik toplanması, kq/ha.il;  



b)

 

kimyəvi elementlərin qalıqla qayıdan illik miqdarı, kq/ha.il;  



c)

 

fitosenozda  elementlərin  illik  saxlanması  (kimyəvi  elementlərin 



toplanması və onların qayıtması arasındakı fərq kimi təyin olunur, kq/ha.il).  

Sistemin  və  onların  funksiyalaşmasının  əsas  göstəricilərinin  təyini 

onda baş verən daxili  proseslərin ilkin  məhsulun formalaşmasının və onun 

sonrakı  istifadəsi  və  parçalanmasını  tədqiq  etməyə  imkan  verir.  Abiotik 

komponentlərlə qarşılıqlı əlaqə qida elementlərinin dövranı və enerji axınını 

şərtləndirir.  Ekosistem  yanaşmanın  istifadəsi  güman  edir  ki,  analiz  olunan 

kənd təsərrüfatı obyekti qarşılıqlı təsir edən komponentlərdən ibarətdir.  

Aqroekosistem müəyyən tərkibə, sruktura və rejimə malikdir və insan 

tərəfindən  requlə  olunur.  Ona  nəzarət  olmadıqda  aqroekosistemlər  tədricən 

öz xassələrini itirirlər. Təbii ki, aqroekosistemin struktur və funksiyalaşması 

haqda  bilgiyə  malik  olmadan,  balans-maddə-enerji  səviyyəsində  onu  idarə 

etmək üçün heç bir ölçü götürmək olmaz, onlar lazımsız və hətta zərərli ola 

bilər.  Ekosistemin  funksiyalarını  aşağıdakı  istiqamətdə  analiz  etmək  məq-

sədəuyğundur:  enerji  axını;  qida  zənciri  və  şəbəkələri;  məkan  müxtəlifliyi-

nin  strukturu;  qida  elementlərinin  biogeokimyəvi  dövranı;  inkişaf  və  təka-

mül. 


Aqroekosistem – müəyyən texnoloji və sosial faktorların təsiri altında 


279 

 

dəyişən təbii sistemdir. Onun yaradılması ilk növbədə iqtisadi məqsəd daşı-



yır - kənd təsərrüfatı məhsullarının davamlı istehsalı. Bu zaman iqtisadi ma-

raqların ekoloji tələbatlarla harmonik birləşməsi lazımdır. Mahiyyətcə, kənd 

təsərrüfatının idarə olunması aqroekosistemlərin idarə olunmasına bənzəyir. 

İstənilən  aqroekosistemdə əsas təşkilati başlanğıc istehsal və istehlak 

arasında qarşılıqlı əlaqədir. Daxili tənzimləyici mexanizmlər aqroekosistem-

lərdə də  təbii sistemlərdə olduğu kimidir. Buna görə də aqroekosistemlərdə 

özünütəşkiletmə  prosesinin  saxlanmasında,  xarici  tənzimlənməyə  maddə-

enerji  itkisini  azaldır.  Trofik  səviyyədə  qarşılıqlı  təsir  qida  zəncirinə  təsir 

emək vasitəsilə qaydaya salına bilər. Bu zaman əsas diqqəti fizioloji aspekt-

lərə yönəltmək lazımdır: böyümə və inkişaf; enerji daşınması, qida maddələ-

rinin dövranı, eləcə də populyasiyanın doğum və ölüm hallarının tənzimlən-

məsi.  


Aqroekosistemin  məhsuldarlığının  və  davamlılığının  yüksəldilməsinə 

yönəlmiş məhsuldarlıq proseslərinin tənzimlənməsi-birinci dərəcəli əhəmiy-

yətli  vəzifədir.  Ekoloji  əsaslarla  kənd  təsərrüfaının  intensivləşdirilməsi– 

çoxplanlı prosesdir. Bu vəziyyət prinsipcə müxtəlif və qarşılıqlı tamamlayıcı 

bir neçə yanaşmaların tətbiq imkanlarını əvvəldən təyin edir.  


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin