M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə240/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   236   237   238   239   240   241   242   243   ...   437
Aqrosenopopulyasiyalar  səviyyəsində  aqroekosistemlərin  optimallaş-

dırılmasını  bir  sıra  ekoloji  göstəricilərin  dəyişdirilməsi  yolu  ilə  aparmaq 




280 

 

olar:  sıxlığı  və  məkanca  yerləşdirməni;  fenoloji  xüsusiyyətləri-birinci 



həftədə  cücərtilərin birgə  çıxışı və onların  inkişafının intensivliyi; məkanın 

və  ehtiyatların  maksimum  istifadəsini  təmin  edən,  sortlar  qarışığının  seçil-

məsi hesabına aqrosenopopulyasiyaların differensasiyası. 

 

2.11.5.  Aqrolandşaftların  ekoloji  qiymətləndirilməsinin  metodoloji 



əsasları 

Ərazinin  kənd  təsərrüfat  təşkili  onun  landşaft-tipoloji  və  regional 

müxəlifliyini nəzərə  almaqla həyata keçirilməlidir. Ərazinin rasional təşki-

linin  mühüm  vəzifələrindən  biri  aqrolandşaftın  elə  morfoloji  görünüşünü 

yaratmaqdır ki, təkcə yüksək məhsuldarlığı ilə fərqlənməsin, həm də ekoloji 

müxtəlifliyi,  estetik  cəlbediciliyi  və  saniar-gigiyenik  tələbatlara  cavab  ver-

məsilə fərqlənsin.  

Kənd  təsərrüfaı  ərazisinin  bu  cür  təşkilinə  torpaq  fondunun    landşaft 

müxtəlifcinsliyinin uçotu  və analizi,  dərindən öyrənilməsi  əsasında çatmaq 

olar. Burada vacib  normativ krieriya  aqrolandşaftların  yol  verilən eyni  ob-

razlıq səviyyəsidir: ərazinin texnoloji şəraitinin (torpaqların ölçüləri və kon-

fiqurasiyaları və s.) və biotik tərkibinin (meşələrin sahəsi, tarlalar, çəmənlər, 

kolluqlar, bataqlıqlar və s.) optimal əlaqələndirilməsidir.  

Ekoloji nöqteyi nəzərindən müasir landşaft - qarşılıqlı əlaqədə və tə-

sirdə olan komponentlərin bütöv sistemidir. Landşaftdan ağılla isifadə olun-

ması  prosesi  üçün  konkret  praktiki  vəzifənin  həllinin  nəzəri-metodoloji 

əsasları  hazırlanmalıdır.  Bu  zaman  birinci  dərəcəli  əhəmiyyətli  məsələ 

müasir landşaftın davamlılığının qiymətləndirilməsi (o cümlədən aqroland-

şaftların)  və  onun  optimallaşdırılmasıdır.  ―Davamlılıq‖  dedikdə,  landşatın 

xarici təsirlər zamanı öz strukturunu və funksiyalarını saxlamaq qabiliyyəti 

başa  düşülür.  Landşaftların  optimallaşdırılması  landşaftın  müxtəlif  tərkib 

hissələri  arasında  mövcud  olan  əlaqələrin  saxlanması  və  modifikasiyasına 

görə kompleks tədbirlərin həyata keçirilməsidir. 

    Landşaftın  opimallaşdırılması  və  ekoloji  davamlılığının  qiymətlən-

dirilməsi  zamanı  aşağıdakı  anlayışları  nəzərə  almaq  tövsiyyə  olunur.    Mə-

sələn, torpaq-meliorativ şəraitin analizi və qiymətləndirilməsi üçün torpağın 

əsas təsnifat vahidinə görə onların sahəsi, aqrokimyəvi xarakteristikası, ero-

ziyaya  uğramış  torpaqların  sahəsi,  sürüşmələr,  ikinci  duzlafma,  bataqlaşma 

və s. haqda məlumatlar lazımdır. Neqativ təbii proseslərin səbəbləri açılmalı 

və onların inkişafının tendensiyası, müəyyənləşməli, əlverişsiz hallarla mü-

barizə tədbirləri sistemi hazırlanmalıdır. Kənd təsərrüfatında mənimsənilmə 

üçün  perspekivli  sahələrin  və  bunun  üçün  lazım  olan  meliorativ  işlərin 

müəyyənləşdirilməsi çox mühümdür.   

V.M.Fridlandın (1967) təklif  etdiyi konkret ərazinin antropogen də- 




281 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin