Dördüncü qanun: hər şey üçün ödəmək lazımdır – heç nə havayı
verilmir. Bu qanun insan ilə biosfer arasındakı qarşılıqlı əlaqəni əks etdirir.
İnsanın təbiətdən götürdüyü hər şeyin gec - tez əvəzi çıxmalıdır. Həqiqətən
də maddələrin qlobal ekoloji dövranı qapalı xarakter daşıyır. Belə ki, qlobal
ekosistem vahid bütövdür, onun çərçivəsi daxilində heç nə udula və itirilə
bilməz. Kommonerin yazdığı kimi bu venselə görə ödəmədən qaçmaq
olmaz, o yalnız gecikə bilər.
Öyrənilən qanuna görə istənilən texnoloji proses ekosisteminin hər
hansı həlqəsinin pozulmasına səbəb olmamalıdır. Əgər pozulma baş versə
kənarlaşdırılmalıdır. Ekosistemdə pozulmaların ən çox sayı elə istehsala
gətirib çıxarır ki, hansı ki, yüksək qapalılıq dərəcəsinə malikdir. Oxşar
istehsalatlarda tullantıları miniumuma çatdırırlar. Material axını isə təbii
sistemlərdəki qapalı maddələr dövranına yaxınlaşdırılır.
Dostları ilə paylaş: |