müxtəlif keyfiyyətli ola bilər: çoxalma üsuluna görə, morfoloji, fizioloji,
davranışa, ölçülərinə və s. Q.X.Şapoşnikov onların daha tam təsnifatını
31
heterogenlik dərəcəsinə görə - az və ya çox homogen (eynicincli) və kəsgin
heterogenlikli populyasiyalar; ölçülərinə görə - elementar və ya lokal,
ekoloji, coğrafi, etoloji populyasiyalar, superpopulyasiyalar.
Populyasiyanın sayı və sıxlığı – onun bioloji strukturunun əsas gös-
təricisidir. Say – fərdlərin verilmiş ərazidəki və ya həcmdəki fərdlərin sayı-
dır. O, heç vaxt sabit olmur. Verilmiş şəraitdə optimal sayın saxlanması po-
pulyasiyada homeostaz adlanır, hansı ki, fərdlərin qarşılıqlı təsirindən yara-
nır. 500-600 başdan az olan populyasiya effektli saya malik deyil. Belə po-
pulyasiya qısa müddətdə məhv ola bilər. Odumun fikrincə populyasiyanın
sıxlığına görə böyüməsinin 3 tipi fərqləir:
1.
Özünü məhdudlaşdırıcı tip;
2.
Sıxlıqdan asılı
olmayan tipli böyümə;
3.
Sıxlığı orta vəziyyətdə olan populyasiyanın böyümə tempinin ən
yüksək olması.
Populyasiyanın sayı vaxta görə dəyişir, ona ―həyat dalğası‖ deyilir.
Populyasiyanın sıxlığı müəyyən sahə vahidinə düşən fərdlərin sayıdır.
Populyasiyanın ekoloji sıxlığı – konkret yaşama yerindəki (biotop-
dakı) sıxlıqdır. Populyasiyanın orta hesabla sıxlığı – müəyyən coğrafi və ya
inzibati ərazi üçün olan sıxlıqdır.
Populyasiyanın biokütləsi onun enerji mübadiləsini hesablamağa im-
kan verir. Biokütlənin ölçü vahidi müxtəlif ola bilər:
1.
Diri çəki və yaş çəki.
2.
Quru çəki, bitkinin biokütləsi 100
0
C-də 2-3 sutka quruduqdan
sonra çəkilir.
3.
Biokütlədə olan sulu karbon C vasitəsilə ölçülür.
Populyasiyanın sayı və sıxlığının dinamikası.
1.
Populyasiyanın nəsil verməsi – artması.
2.
Populyasiyanın fərdlərinin ölüm faizi.
3.
Başqa populyasiyalardan fərdlərin immiqrasiyası.
4.
Başqa populyasiyalara fərdlərin emiqrasiyası.
Dostları ilə paylaş: