33
Növ zənginliyinin müxtəlif qradientlərini (coğrafi enlik, mütləq hün-
dürlük, su hövzələrində dərinlik, suksessiya, növlərin fiziki ölçüləri və s.)
fərqləndirmək olar. Onların biomüxtəlifliyin səviyyəsinə təsiri geniş araşdır-
malar mövzusudur.
Orqanizmdən aşağı səviyyə (genetika – populyasiya, fərd, xromo-
sonlar, genlər, nukleotidlər), orqanizm səviyyəsi (sistematika – aləm, şöbə,
tip, sinif, sıra, dəstə, fəsilə, cins, növ, növaltı, populyasiya, fərd) və orqa-
nizmdən yüksək səviyyə (ekologiya – biosfer, biocoğrafi vilayət, biom,
landşaft, ekosistem, biotik qrup, populyasiya).
Növlərin ümumi sayını qiymətləndirməyə ehtiyatla yanaşmaq lazım-
dır. K.Linneyin dövründə 11 min, indi isə 2 mln-a qədər növ müxtəlifliyi
mövcuddur. Alimlər daima heyvan, bitki və mikroorqanizmlərin yeni növü-
nü təsvir edib, ad verirlər. Təqribi hesablamalara görə, bitki növlərinin ümu-
mi sayı 500 mindən çoxdur. Bunlardan 50 minə qədəri itmək təhlükəsi altın-
dadır. O da məlumdur ki, heyvan növlərinin sayı, bitki, göbələk və bakteriya
növlərinin sayından dəfələrlə çoxdur. Həşaratlar ümumi heyvan növlərində
ən çox saya məxsusdur. 1500000-ə yaxın heyvan növündən 1400000-i həşa-
ratlardır. Azərbaycanda 4500-dən artıq bitki növü məlumdur.
Növün hər bir fərdi onun xarakterik əlamətlərinin mənbəyi olan genlə-
rə malikdir. Bakteriyanın DNT- də gen sayı 1000 -ə, göbələklərdə 10000-ə,
ali bitkilərdə 400000-ə yaxındır. Bir çox çiçəkli bitkilərin və heyvanların ali
taksonlarının genlərinin sayı xüsusilə böyükdür. İnsan DNT-si 30 min
gendən ibarətdir.
1.
Genetik müxtəliflik, başqa sözlə, genotipi heteroziqotluq, polimor-
fizm və təbii populyasiyalarda uyğunlaşmanın vacibliyindən doğan geno-
tipik dəyişkənliklər orqanizmlərin populyasiya daxili və populyasiyalar ara-
sı irsən keçən müxtəliflikləri ilə ifadə olunmuşdur. Orqanizmlərin varlığına
DNT səviyyəsində müdaxilə müxtəlif fəsadlar verir. Transgen məhsulların
tərkibində təsadüf edilən qeyri-ənənəvi zülallar insanlarda müxtəlif növ ağır
allergiya hadisələrinə səbəb olur. Müəyyən bir əlaməti daşıyan gen dəyişdi-
rildikdən sonra orqanizmdə digər əlamətlərin kəskin dəyişmələri baş verə
bilir ki, bunlar da daha çox immun sistemi ilə bağlıdır.
2000-ci ildə qəbul olunmuş, dünyada 2003-cü ildə qüvvəyə minmiş
(Azərbaycanda 2005-ci ildən) Biotəhlükəsizliyə dair Kartaxen Protokoluna
görə, hər bir ölkə, şəxs, satışda olan malın mənşəyi, o cümlədən transgen
olması barədə müfəssəl məlumat almaq hüququna malikdir. Transgen bitki
sortları və heyvan cinslərində baş verən, lakin təbiət tərəfindən nəzarət
edilməyən dəyişkənliklərin törədə biləcəyi təhkükələri yadda saxlamaq
lazımdır.
Dostları ilə paylaş: