qrupun növ müxtəlifliyi streslərin təsiri ilə azalır. Stresin güclü əlverişsiz
xarici amillərin təsiri altında olan ekosistemdə nadir növlərin sayı azalır,
stresə davamlı növlərin say miqdarı isə artır, dominantlığı güclənir.
Nəticədə stresə uğramış ekosistem üçün növ tərkibinin kasadlığı səciyyəvi
xüsusiyyətə çevrilir. Mühitin hər hansı pozulması, o cümlədən çirklənmə
stres mənbəyi kimi çıxış edir.
Növlərin introduksiyası – bioloji növün arealından kənara buraxıl-
masına deyilir. Reintroduksiya – növün əvvəllər olub, sonradan yox olduğu
rayona yenidən gətirilməsi. Akklimatizasiya – introduksiya olunmuş növün
yeni rayondakı ekoloji şəraitə uyğunlaşaraq nəsil verməklə stabil popul-
yasiya yaratmasıdır. Belə növün fərdlərinin kifayət qədər çoxlıb, təsərrüfat
əhəmiyyətinə malik olması naturalizasiya adlanır.
Dostları ilə paylaş: |