464
olunmasında kənd təsərrüfatı yerlərinin vəziyyətinin qiymətləndirilməsində
müvəffəqiyyətlə istifadə olunur. Çox spektirli çəklişlərin istifadə olunması
müxtəlif tip torpaqlarının vəziyyətinin və onların qranulometrik tərkibininin
qiymətləndirilmıəsinə və üzə çıxarılmasına imkan verir. Yerin süni peyklə-
rin distansiyon müşahidələr torpaqların xəritələşdirilməsi üçün ilkin mə-
lumat verir.
Təbii ekosistemlıərin spektral şəffaflığının dəyişilməsi bitki örtüyünün
pozulması haqqında kəmiyyət informasiyası almağa imkan verir. Alınmış
infoirmasiyalar əsasında səhralaşma dərəcəsini, həddən çox otarılmasnı,
kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin yayılmasını, bitkinin toplan-ma-
sını, itkisini qiymətləndirmək olar.
Kosmik çəkilişlər geobotaniki rayonlaşmanın kamilləşdirilməsi, təbii
senozların və aqrolandşaftların bitki örtüyünün öyrənilməsi, biokütlənin
məhsuldarlığının və ehtiyyatının təyini üçün geniş imkanlar açır.
Daha aktual vəzifə monitorinqin elə sistemini təşkil etməlidir ki, onun
sayəsində qarşıya qoyulan tapşırığın həllində daha mühüm olan xarakteristi-
kanı düzgün seçməyə imkan versin. Öyrənilən prosesslərdə səbəb-nəticə
əlaqələrinin formalaşması və inkişafı haqda informativ göstəricilərin alın-
ması yuxarıda deyilənlərə daxildir. Son nəticədə müxtəlif miqyaslı biosfer
dəyişmələrinin mahiyyətini başa düşməyə və öyrənməyə olan imkanlar
zənginləşir.
Monitorinqin ümumi sistemində məqsədli qaydada metodiki yanaş-
maya, spesifik vəzifələr dəstinin həll olunmasında aqroekoloji monitorinq
xüsusi yer tutur.
Dostları ilə paylaş: