M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə395/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   391   392   393   394   395   396   397   398   ...   437
Qrunt suları - yerin üst qatından sonra ilk sulu laydır, su təzyiqi altın-

da hərəkət edir. Qrunt sularını səthi "güzgü" adlandırılır. Məsaməli boşluq, 

su  ilə doldurulmuş və güzgüdən altda  yerləşən  qatılaşma zonasıdır. Torpaq 

qatının və aerasiya zonasının çirklənmə  dərəcəsi - qrunt sularının çirklənmə 

göstəricisidir.  Beləliklə,  torpaqdan  sızmış  suyun  və  aerasiya  zonasının 

cinsinin  analizi-qrunt  sularının  çirklənməsinin  tədqiqinin  kifayət  qədər 

obyektiv metodudur. 

 

5.6.4.   Aqroekosistemlərin   ekoloji - toksikoloji  qiymətləndirilməsi 

Aqroekoloji  monitorinqin  əsas  tərkib  hissəsi  tədqiq  olunan  obyektin 

ekoloji  -  toksikoloji  qiymədəndirilməsidir.  İqtisadi  məqsədlə  əkinçiliyin 

kimyalaşdırılması,  həmişə  ekoloji  təhlükəsizliyin  tələbatlarına  uyğun  gəl-

mir. Əkinçiliyin  inkişafının müasir mərhələsində ekoloji  təhlükəsizliyə, la-

zimi  ekoloji  məhdudiyyətləri  nəzərə  almaqla,  yalnız  kimyəvi  maddələrin 

optimal dozasının tətbiqi nəticəsində nail olmaq olar. 

Ekoloji  -  toksikoloji  qiymətləndirmə  üçün  göstəricilər  dəstinin  təyini 

özlüyündə sərbəst metodiki vəzifələrdir və onları yerinə yetirərkən aşağıda-

kıları nəzərə almaq məqsədə uyğundur: 1. reqionların torpaq iqlim xarakteri; 

2.  hava  kütləsinin  yerləşmə  xüsusiyətlərini  nəzərə  almaqla,  çoxillik  məlu-

matlar  əsasında  daha  etibarlı  meteoroloji  şəraitin  yaradılması;  3.  müəssisə-

lərin yaxınlığında yerləşən aqroekosistemlərin sənaye tullantıları ilə çirklən-

mə imkanları; toksiki tullantıların həcmi və tərkibi; 4. Torpaqbecərmə texno-

logiyalarının  tətbiqi  və  kimyəvi  vasitələrin  istifadəsi  (gübrələr,  bitki  mü-

hafizə vasitələri, kimyəvi meliorantlar - gips, əhəng). 

Vacib  şərt  suyun,  torpağın,  bitkinin  ilkin  kimyəvi  analizinin  aparıl-

masıdır,  o  cümlədən  biogen  elementlərə  görə:  Cl,  F,  Se,  B,  Br,  As,  N0

3

", 




473 

 

N0



2

", nitroz aminlər; ağır metallara  görə:  Be, Mn, Zn, Pb,  Cd, Cr, Co,Mo, 

Ni, Hg, V, Sn; pestisid qalıqlarına görə: benz(a)piren, dioksinlər. Bu zaman 

texnoloji xəritələrin və arxiv materiallarının istifadəsi məqsədə uyğundur. 

Bir  sıra  rayonlarda  ekoloji  -  toksikoloji  qiymətləndirməni  aparmaq 

üçün  göstəıricilərin  təyini  zamanı  tələbat  torpağın,  suyun  və  bitkilərin  (о 

cümlədən  qrunt  sularının)  nümunələrinin  qamma  -  spektrometriya  və  ra-

diometriyasıdır. 

Göstəriciləri  seçmək  üçün  instrumental  analizlərdən  alınan  nəticələri 

sorğu məlumatları və onların qruplar üzrə ardıcıl differensial sistemi ilə mü-

qayisə  edirlər: 1. normal  miqdarı keçməyən  göstəricilər; 2.  yolverilən miq-

darı keçməyən  göstəricilər; 3. ekoloji  təhlükəli  miqdar  yol  verilən miqdar-

dan artıqdır. 

Ekoloji  -  toksikoloji  qiymətləndirməni  aparmağın  başlıca  şərti  –  se-

çilən göstəricilər üzrə fon ərazisində torpağın, suyun, bitkilərin ilkin analizi-

dir (kifayət qədər böyük pozulmamış landşaftlarda). Bu halda tədqiq olunan 

aqroekosistemin, о cümlədən təbiəti mühafizə tədbirlərindən, ekoloji vəziy-

yətinin  dəyişməsinin  dinamikasını  izləmək  mümükün  olur.  Seçilən  fon 

ərazisinin sahəsi bu və ya digər regionun şəraitindən asılıdır. Kifayət qədər 

meşəlik,  az  miqdarda  sənaye  olan  yerlərdə  bu  sahə  1-1,5  hektar  olur.  Çöl 

reqionlarında  xüsusən  ekoloji  təhlükəli  müəsisslər  olan  yerdə  göstərilən 

sahələr 100-200 dəfə artır (kimya və metallurgiya istehsalı, IES - lər və s.). 

Fon  ərazilərini  nəzərə  almaqla,  qiymədəndirilən  aqroekosistemlərin  yerləş-

dirilməsinə uyğun olaraq bölüşdürmək ( planlaşdırmaq) lazımdır. 

Bitkilərdə  toksiki  birləşmələrin  toplanması  və  bitki  məhsullarının 

keyfiyyətinə nəzarət aqroekoji monitorinqi sistem yaradan vəzifələr sırasına 

daxildir. Bitkiçilik məhsullarının toksikoloji qiymədəndirilməsi, bitkinin be-

cərilməsinin  bütün  texnoloji  kompleksinin  ekoloji  -  iqtisadi  səmərəliliyini 

təyin edir. Aqroekoloji monitorinq vahid proqram üzrə aqrosenozun kompo-

nentlərinə  sistematik  müşahidələri  cəmləşdirir.  Gələcəkdə  isə  һər  bir  poli-

qonda, ləkdə nəzarətin avtomadaşdırılması sistemi nəzərədə tutulur. Məlum 

olduğu kimi, torpağın əsas aqrofiziki  parametrləri: aqreqatlığı, ümumi sıx-

lığı  və  bərk  fazanın  sixlığı,  mineral  və


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin